Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə88/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   84   85   86   87   88   89   90   91   ...   123

271 
 
dövlət  hakimiyyətinin  vahidliyi  prinsipinə  zidd  hesab  edərək 
tamamilə  ləğv  etdi.  Elə  həmin  ildə  Federal  İnzibati  Məhkəmə 
yaradıldı  və  inzibati  məhkəmə  icraatının  əvəzinə  vətəndaş 
müraciətlərinə  əsasən  qaldırılan  və  qanunda  formal  prosedur 
qaydaları təsbit olunmayan icraat təsis olundu.  
1953-cü  ildə  Almaniyada  “Sosial  məhkəmələr  haqqında” 
qanun  qəbul  olundu.  Bu  qanun  Konstitusiyada  göstərilən 
inzibati  məhkəmə  icraatının  üç  sahəsindən  birində  prosessual 
münasibətləri  tənzimləyən  ilk  qanun  oldu.  Beləliklə,  maliyyə 
məhkəmə icraatı inzibati məhkəmə icraatının xüsusi növü kimi 
qanunvericilikdə öz təsbitini tapdı. Tədricən, maliyyə-məhkəmə 
yurisdiksiyası da formalaşdı. 
1960-cı  ildə  “İnzibati  Məhkəmə  İcraatı  haqqında”  Əsas-
namə  qəbul  olundu.  Əsasnamədə  inzibati  məhkəmə  icraatının 
inzibati  orqanlardan  asılı  olmayan  məhkəmələr  tərəfindən 
həyata  keçirilməsi  müəyyən  olundu.  Elə  həmin  ildə  inzibati 
yurisdiksiyanın müxtəlif sahələri də qanunvericilik qaydasında 
təsbit  olundu.  Yalnız  az  sayda  məsələlərin  tənzimlənməsi 
torpaqların səlahiyyətində qaldı.  
Nəhayət ki, ötən əsrin 70-ci illərində Almaniya Demokratik 
Respublikasında  inzibati  hüquqa  münasibət  dəyişməyə  baş-
ladı.1976 – cı ildə “İnzibati prosessual fəaliyyət haqqında” qa-
nun  qəbul  olundu
467
  1978-ci  ildə  “İnzibati  və  maliyyə  məh-
kəmələrinin yurisdiksiyası sferasında məhkəmələrin iş yükünün 
azaldılması haqqında” qanun qəbul olundu. 14 dekabr 1988-ci il 
tarixli  “İnzibati  qərarların  məhkəmə  aidiyyəti  və  icraatı  haq-
qında” qanunun qəbul edilməsi ilə ümumi yurisdiksiya məhkə-
mələrinə inzibati qərarların məhdud dairəsindən də olsa şikayət 
                                                           
467
  Заммерман  П.К.,  Старилов  Ю.Н.  Административное    юстиция  (производства)  в 
Германии: история развития и основные черты // Государство и право, 1999, № 7, с. 70-77 


272 
 
vermək imkanı təsbit olundu. 1990-cı il dekabrın 17-də isə inzi-
bati  məhkəmə  prosesinin  yeni  qaydada  tənzimlənməsi  barədə 
qanun qəbul olundu. Qanun inzibati prosesdə çevikliyi və şəffaf-
lığı təmin etməyə yönəlmişdi. 
Beləliklə,  inzibati  məhkəmələrin  yaradılması,  eləcə  də 
hakimiyyətlərşt  bögüsü  nəzəriyyəsinin  praktiki  surətdə  həyata 
keçirilməsi, idarəetmənin konstitusiyon formalarının müəyyən-
ləşdirilməsi, qanunda dövlətlə vətəndaşın qarşılıqlı hüquqlarının 
təsbit olunması, “polis” və “polis fəaliyyəti” terminlərinin məz-
mununun  məhdudlaşdırılması  Almaniyada  dövlətin  çoxsaylı 
sferalarındakı idarəetmə münasibətlərini tənzimləyən yeni inzi-
bati hüququn meydana çıxmasına zəmin oldu. 
Müasir Almaniyada məhkəmə hakimiyyətinin  sistemi  hü-
dudunda  həm  ümumi  inzibati  yurisdiksiyalı,  həm  də  xüsusi 
inzibati  yurisdiksiyalı  (maliyyə,  sosial,  intizam)  inzibati  məh-
kəmələr  fəaliyyət  göstərir.  İnzibati  məhkəmələrin  sistemi 
üçpilləli  struktura  malikdir:  torpaqların  inzibati  məhkəmələri 
(yerli inzibati məhkəmələr), torpaqların yuxarı inzibati məhkə-
mələri və federal inzibati məhkəmə.  
Hər  bir  torpaqda  birinci  instansiya  kimi  vətəndaşların 
vəzifəli  şəxslərin  qərarlarından  verdikləri  şikayətlərə  baxan 
ikidən  dördədək  sayda  inzibati  məhkəmə  fəaliyyət  göstərir. 
İkinci instansiya kimi torpaqlarda fəaliyyət göstərən Ali inzibati 
məhkəmə,  son  instansiya  kimi  isə  Federal  İnzibati  Məhkəmə 
çıxış edir. Ölkədə 52 yerli, 16 apellyasiya və 1 federal məhkəmə 
fəaliyyət göstərir.
468
 Qeyd edək ki, 1952-ci il Konstitusiyasının 
                                                           
468
 Muradov X.H. İnzibati mübahisələrin məhkəmə aidiyyatına dair mülahizələr. Naxçıvan MR 
Ali  Məhkəməsinin  Bülleteni,  2012  (1) 
http://www.supremecourt.nakhchivan.az  /bulleten 
_2012_1_s6c1.html
 


273 
 
95-ci maddəsinin 1-ci bəndinə əsasən yaradılan Federal İnzibati 
Məhkəmə ölkədə fəaliyyət göstərən beş ali məhkəmədən biridir.  
Həm  ümumi,  həm  də  xüsusi  yurisdiksiyalı  inzibati  məh-
kəmələr  ədalət  mühakiməsini  məhkəmə  icraatına  dair  aktlara 
(məsələn, 1965-ci il tarixli “Maliyyə məsələləri üzrə məhkəmə 
icraatı haqqında” qanun, “Sosial məsələlər üzrə məhkəmə icraatı 
haqqında” 1975-ci il tarixli qanun və s.) əsasən həyata keçirirlər. 
İnzibati  məhkəmələrin  səlahiyyət  dairəsi  hüquqpozmanın 
subyektinə görə (Fransada olduğu kimi) deyil, pozulan hüququn 
xarakterinə görə müəyyən olunur. Belə ki, əgər pozulan ümumi 
hüquqdursa, Konstitusiya Məhkəməsinə aid olan işlərdən başqa, 
bütün mübahisələr inzibati məhkəmələrə aid olur. 
Fransada  olduğu  kimi,  Almaniyada  da  inzibati  məhkəmə 
icraatında universal aidiyyət qaydası fəaliyyət göstərir. Bu cür 
aidiyyət  qaydasına  əsasən,  inzibati  tribunallar  (məhkəmələr) 
inzibati  məsələlərlə  əlaqədar  istənilən  şikayəti  onların  aid 
olduqları  ictimai  münasibətlər  sferasını  nəzərə  almadan  baxıb 
həll  edə  bilərlər.  Qeyd  edək  ki,  ədəbiyyatda  haqlı  olaraq  bu 
xüsusiyyət inzibati ədliyyənin kontinental modelini anqlosakson 
modelindən fərqləndirən əsas cəhətlərindən biri hesab olunur.
469
 
Qeyd  edək  ki,  alman  inzibati  hüququnda  publik  hüquq 
sahəsinə  aid  olan  konkret  məsələni  nizama  salmaq  və  ya  həll 
etmək üçün inzibati orqan tərəfindən qəbul edilən hər bir qərar 
və ya sərəncam inzibati akt hesab edilir.
470
 Almaniya “İnzibati 
mühakimə  üsulu  haqqında”qanununa  əsasən,  inzibati  aktdan 
                                                           
469
 Сажина В.В. Административная юстиция: к теории и истории вопроса // Советское гос-
ударство и право, 1989, № 9, с. 40 ; Хаманева Н.Ю. Защита прав граждан в сфере испол-
нительной власти. М.: Изд-во ИГиП РАН -1997, с. 121-122 ;  Конституционное (государ-
ственное) право зарубежных стран. Особенная часть. Страны Европы: Учебник. Т. 3 / Але-
бастрова И.А., Андреева Г.Н., Маклаков В.В., Новикова С.С., и др. Отв. ред. Страшун Б.А. 
М.: БЕК, 1998, с. 402-403 
470
Cəfərov İ.M. İnzibati icraat (elmi–nəzəri şərh). Bakı, 2011, s. 54 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə