Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə81/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   77   78   79   80   81   82   83   84   ...   123

250 
 
qanunun pozulması, qərarın lazımi qaydada əsaslandırılmaması 
və ya mülahizə azadlığından sui-istifadə.
418
 
1995-ci ildə inzibati məhkəmələrə mübahisələndirilən inzi-
bati aktların məzmununu dəyişdirmək və ya inzibati orqana yeni 
inzibati aktı qəbul etmək öhdəliyinin həvalə olunması kimi kimi 
mühüm səlahiyyət də verildi.
419
 30 iyun 2000-ci il tarixli 2000-
597 saylı qanunla məhkəmələrə qanuniliyi onlarda şübhə doğu-
ran  mübahisəli  inzibati  aktın  icrasını  elə  prosesin  başlandığı 
andan etibarən dayandırmaq səlahiyyəti də verildi. 2006-cı ildən 
başlayaraq,  Dövlət  Şurasının  məşvərət  kollegiyaları  ilə 
məhkəmə kollegiyalarının biri-birindən ayrılması üçün cəhdlər 
edilməyə başlandı
420

Beləliklə, aparılan islahatlar nəticəsində inzibati ədliyyənin 
fransız  modeli  əsaslı  dəyişikliklərə  uğrasa  da,  özünün  əsas 
xüsusiyyətlərini də qoruyub saxlaya bildi. Bu cəhətlərdən biri də 
məhkəmə  sisteminin  ikili  xarakterə  malik  olmasıdır.  M.S.As-
lanov  haqlı  olaraq  fransız  modelinin  xarakterik  cəhətlərinə 
mövcud məhkəmə sisteminin ikili xarakterə malik olmasını da 
aid edir.
421
 Məhkəmə sisteminin bu cür xarakterə malik olması 
işlərin  ümumi  və  ya  inzibati  məhkəmələrə  aid  olmasını 
müəyənləşdirməkdə  xeyli  çətinlik  yaradır.  İxtisaslaşdırılmış 
inzibati  məhkəmələrin  mövcudluğuna  baxmayaraq,  inzibati 
işlərin  bir  hissəsinin  ümumi  məhkəmələr  tərəfindən  baxılması 
                                                           
418
  Фромон  М.  Типы  внутригосударственного  административного  права  в  Европе  / 
«Дайджест  публичного  права»  Гейдельбергского  Института  Макса  Планка  ДПП  ИМП, 
2012, № 2, s. 333-334  
419
Fransanın  İnzibati-ərazi  Vahidlərinin  Ümumi  Məcəlləsi  / 
http://www.mobile.uchebniki.ws/
 
156405098203/pravo  
420
 Фромон М. Типы внутригосударственного административного права в Европе // Дай-
джест публичного права» Гейдельбергского Института Макса Планка ДПП ИМП,  2012, 
№ 2, с. 328-332  
421
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 59  


251 
 
Fransada  təbii  olaraq  adiyyət  problemini  meydana  çıxarır.
422
 
Təcrübədə  aidiyyət  probleminin  öhdəsindən  gəlmək  üçün 
vətəndaşlar vəkilin köməyindən istifadə etməli olurlar. Ümumi 
ədalət  məhkəmələri  ilə  inzibati  məhkəmələrin  eyni  zamanda 
mövcud olması onların administrasiya üzərində nəzarət səlahiy-
yətlərində ixtilafların yaranmasına da səbəb olur. Qeyd edək ki, 
fransız  modelinə    bu  səbəbdən  “ikili  inzibati  yurisdiksiya” 
modeli də deyilir.  
M.Fromont bu cür cəhətlərə inzibati aktdan şikayətlər ver-
mək  imkanına  ünvanlandığı  şəxslərlə  yanaşı,  həm  də  maraq-
larına  toxunulan  üçüncü  şəxslərin  də  malik  olmasını  aid  edir-
di
423
.  
1987-ci ildən etibarən müstəqil instansiya kimi çıxış edən 
və  yalnız  mühakimə  funksiyasını  həyata  keçirən  apellyasiya 
inzibati  məhkəmələrində  (cours  administratives  d’appel)  də 
işlərə  baxılmağa  başlandı.  Beləliklə,  Dövlət  Şurasının  inzibati 
yurisdiksiya sistemində yeganə instansiya kimi fəaliyyətinə son 
qoyuldu.  Lakin,  inzibati  apellyasiya  məhkəmələrinin  yaradıl-
ması da Dövlət Şurasının ölkədəki təsirini zəiflətmədi. Əksinə 
o,  eyni  zamanda  həm  birinci,  həm  də  axırıncı  instansiya  kimi 
çıxış  edərək  inzibati  yurisdiksiyalı  məhkəmə  orqanlarına 
həlledici təsir göstərməkdə davam etdi. Fransız politoloqu Maks 
Qunel də bu vəziyyəti təhlil edərək  Fransada inzibati işlər üzrə 
apellyasiya  məhkəmələrinin  yaradılması  faktının  da  Dövlət 
                                                           
422
  Лупарев  Б.Е.  Административно-правовые  споры.  Дис.  …  докт.юр.наук. 
Воронеж, 2003, с. 367  
423
  Фромон  М.  Типы  внутригосударственного  административного  права  в  Ев-
ропе  //  Дайджест  публичного  права»  Гейдельбергского  Института  Макса 
Планка ДПП ИМП, 2012, № 2, с. 331 


252 
 
Şurasının  inzibati  ədliyyə  sistemindəki  dominant  rolunu  də-
yişdirə bilmədiyi qənaətinə gəlirdi. 
424
 
Beləliklə, Şura həm ilk, həm də son instansiya kimi xalqın 
adından qərar qəbul edən məhkəməyə çevrildi. Onun qərarları 
fransız inzibati hüququnun formalaşmasında da əhəmiyyətli rol 
oynadı.  K.Gözlər  haqlı  olaraq  Fransanın  inzibati  hüququnun 
məhz  Dövlət  Şurasının  inzibati  mübahisələri  həll  etmək  üçün 
çıxardığı  qərarlarının  nəticəsində  formalaşdığını  yazır.
425
  P. 
Delvolve  dünya  ölkələrinin  inzibati  yurisdiksiyasından  bəhs 
etdiyi əsərində yazır ki, fransızlara görə, Dövlət Şurası inzibati 
hüququ məhz müvafiq şikayətlərə baxaraq çıxardığı qərarların 
nəticəsində formalaşdırmışdır.
426
  
Fransız  modelində  inzibati  tribunallar  iki  növə  ayrılır: 
ümumi və xüsusi yurisdiksiyalı tribunallar. Ümumi inzibati yu-
risdiksiyalı  tribunallar  inzibati  sferada  ümumi  hüquq  məh-
kəmələri kimi  birinci  instansiya qismində  fəaliyyət  göstərirlər. 
Onların  aidiyyət  dairəsinə  müəyyən  istisnalarla  bütün  inzibati 
mübahisələr  daxildir.  Bu  cür  məhkəmələrin  sisteminə  Dövlət 
Şurasının  rəhbərliyi  ilə  fəaliyyət  göstərən  regional  tribunallar 
daxildir. Bu tribunallar icra hakimiyyətinin  daxilində  fəaliyyət 
göstərirlər. F.S.Mehdiyev haqlı olaraq yazır ki, Dövlət Şurasının 
tərkibinə  daxil  olan  bu  tribunallar  əslində  orqanik  olaraq  icra 
hakimiyyəti qanadında yer alır və məhkəmə hakimiyyətinə daxil 
olmurlar.
427
 
                                                           
424
 Гунель М. Введение в публичное право. Институты Основы Источники. М.: 
Интроатэк, 1995, с. 83  
425
 Gözler K. Ramazan Çağlayan’ın İdare Hukuku ve İdarî Yargılama Hukuku İsimli 
Kitabı Hakkında Eleştiriler. Bursa: Yazarın Kendi Yayını, 2013, s. 23  
426
  Delvolve  P.  Les  jurisdictions  administrative  dans  le  monde.  France  –  Presses 
Universitaires de France. Liban (1999) // La Revue Administrative, № 5, p. 37-45 
427
 Mehdyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz, 2008, s. 68  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə