Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə92/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   88   89   90   91   92   93   94   95   ...   123

283 
 
IV FƏSIL 
 
AZƏRBAYCAN RESPUBLIKASINDA INZIBATI 
MƏHKƏMƏ ICRAATININ FORMALAŞMASI VƏ 
NORMATIV-HÜQUQI ƏSASLARI 
 
Məlumdur ki, hüquq və azadlıqların məzmunu kimi müda-
fiə mexanizmləri də bəşəriyyətin sosial-mədəni inkişafının dai-
mi  problemlərindən  biri  olmuşdur.  İnsanların  sosial  fəaliyyəti, 
daxil  olduqları  ictimai  münasibətlər,  həyat  şəraitləri  ilə  üzvi 
surətdə bağlı olan bu məfhumlar ictimai şüurda formalaşdıqdan 
sonra dövlətin ənənəvi güc və müstəqillik kimi cəhətlərlə səciy-
yələndirilməsindən imtina edən
480
 hüquqi dövlətin əsas prinsip-
lərinin məğzinə çevrilmişlər. Müasir hüquqi dövlətlə şəxsiyyət 
arasındakı  qarşılıqlı  münasibətlər  insan  hüquqlarının  və  azad-
lıqlarının, qanunla qorunan mənafelərinin prioritetliyi, dövlətin 
müdaxilə  səlahiyyətlərinin  məhdudluğu,  inzibati  orqanların 
fəaliyyəti üzərində məhkəmə nəzarəti vasitəsilə sosial münaqi-
şələrin qarşısının alınması, sosial ədalətin bərpa olunması kimi 
meyarlara  əsaslanır.  Hazırda  bütün  demoqratik  dövlətlərin 
siyasətinin mərkəzində insanın hüquq və azadlıqları, sosial rifahı 
və etibarlı hüquqi müdafiə mexanizmləri dayanır. 
Hüquq  və  azadlıqlara  münasibət  müasir  hüquqi  dövlətin 
siyasi-hüquqi əsaslarından birini təşkil edir. Z. A.Əsgərov haqlı 
olaraq  hüquq  və  azadlıqları  hüquq  sisteminin  nüvəsi  hesab 
edir.
481
  Dövlət  vətəndaşların  hüquqlarını,  azadlıqlarını  və  qa-
                                                           
480
 Erdoğan M.R. Anayasa ve Özgürlük. Ankara: Yetkin Yayınları, 2002,  s. 18 
481
 Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, s. 102  


284 
 
nunla  qorunan  maraqlarını  inzibati  orqanların  mümkün  özba-
şınalıqlarından  qorumaq  üçün  səmərəli  hüquqi  təminat  və 
müdafiə  vasitələri  formalaşdırır.  Qeyd  edək  ki,  Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respub-
likası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı 
Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr 
olunmuş konfransdakı  çıxışında dövlət  siyasətinin  mərkəzində 
Azərbaycan  vətəndaşının  durduğunu  və  hər  şeyin  Azərbaycan 
vətəndaşı üçün edildiyini xüsusilə vurğulamışdır.”
482
 
Dövlətin  idarəetmə  sistemində  icra  hakimiyyətinin  təşkili 
və həyata keçirilməsi zamanı yaranan, dəyişən və xitam olunan 
ictimai  münasibətləri  nizama  salan  inzibati  hüquq  onlara 
cəmiyyətin  və  dövlətin  maraqlarına  uyğunluq  xarakteri  verir. 
Ədəbiyyatda qeyd olunduğu kimi, vətəndaşların və cəmiyyətin 
inzibati özbaşınalıqdan, sui-istifadədən, diqqətsizlikdən, dövlət 
idarəetmə  aparatının  vəzifəli  şəxslərinin  özbaşınalığından 
mühafizəsinin təmin edilməsi inzibati hüququn məqsədlərindən 
biridir.
483
  İnzibati  hüquq  subyektlərinin  qeyri-bərabər  hüquqi 
vəziyyətini, inzibati hakimiyyət səlahiyyətlərinə malik olanların 
vətəndaşların  və  təşkilatların  hüquq  və  azadlıqlarına  təsir  və 
müdaxilə    etmək  imkanını  təsbit  edir.  Hakimiyyət  münasibət-
lərinin  inzibati  hüquqi  tənzimlənməsi  inzibati  orqanların 
fəaliyyəti sferasına demokratik başlanğıcların tətbiq olunmasını 
təmin  edir.
484
  Rus  alimi  İ.M.Qaliy  haqlı  olaraq  hesab  edir  ki, 
inzibati  hüquq  münasibətlərinin  nəzəriyyəsi  hüquqi  dövlətin 
təşəkkülü  prosesi  ilə  bilavasitə  əlaqəli  şəkildə  inkişaf  edir.  Bu 
                                                           
482
 http://www.president.az/articles/7340 
483
 Абдуллайев А.О. Инзибати щцгуг (Ы-ЫЫ щисся): Дярс вясаити (Азярбайъан дилиндя). 
Бакы: Ганун, 2005, s. 31  
484
 Бахрах Д. Н.,  Россинский Б. В., Старилов Ю. Н. Административное право: Учебник 
для вузов. М.: Норма, 2007, с. 69  


285 
 
isə  vətəndaşların  hüquq  və  azadlıqlarının  hakimiyyət  orqan-
larının özbaşınalığından qorunması üçün xüsusi müdafiə mexa-
nizminin yaradılmasını zəruri edir.
485
 
Hüquqi  tənzimləmənin  növlərindən  biri  olan  inzibati 
hüquqi  tənzimləmə  inzibati  orqanların  həyata  keçirdikləri 
inzibati  icraatın  vahid  qaydalarını,  ümumi  və  prosedur  prin-
siplərini, inzibati orqanların məsuliyyətini müəyyənləşdirməklə 
yanaşı,  inzibati  mübahisələrdən  yaranan  işlərin  də  inzibati 
məhkəmə  icraatı  qaydasında  baxılması  qaydalarını  və  prin-
siplərini, inzibati məhkəmə icraatının subyektlərinin prosessual 
hüquqi  vəziyyətini  tənzimləyir.  İnzibati  hüquqi  tənzimləmə 
mexanizmi  hüquqi  tənzimləmə  sisteminin  bir  hissəsi  olub, 
ümumilikdə  ictimai  münasibətlərə  tənzimləyici  təsir  göstərən 
hüquqi  vasitələrin  (normalar,  hüquq  münasibətləri,  hüququn 
tətbiqi aktları) məcmusundan ibarətdir. 
486
  
Məlumdur ki, inzibati orqanla vətəndaş arasında yaranan və 
inzibati-huqüq  normaları  ilə  nizama  salınan  ictimai  münasi-
bətlərdə iştirak edən tərəflər inzibati hüquq normaları ilə müəy-
yən  edilən  qarşılıqlı  hüquq  və  vəzifələr  daşısalar  da,  inzibati 
orqan mütləq şəkildə üstün hüquqa malik olur. Müasir hüquqi 
dövlətdə  inzibati  hüquqi  tənzimləmə  inzibati  orqanın  inzibati 
icraatda üstün hüquqi vəziyyəti ilə yanaşı, öz aktlarına və hərə-
kətlərinə  (hərəkətsizliyinə)  görə  vətəndaş  qarşısındakı  məsu-
liyyət  mexanizmini  də  müəyyənləşdirməklə  tərəflər  arasında 
tarazlığın yaradılmasına yönəlir. Ədəbiyyatda haqlı olaraq müa-
sir dövrdə hüquqda “üstün tərəf” anlayışının əvəzinə “tarazlıq” 
                                                           
485
 Галий И.М. Рассмотрение судами дел, возникающих из административно-правовых от-
ношений. Автореф. дис.... канд. юр. наук. М., 2007,  
486
 Фатеев  П.ППонятие и структура механизма административно-правового регулирова-
ния \\ Вопросы управления. Выпуск № 3 (12) сентябрь 2010г. 
http://vestnik
. uapa.ru/ru-ru/is-
sue/2010/03 
 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə