Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə89/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   85   86   87   88   89   90   91   92   ...   123

274 
 
narazı  qalan  vətəndaş  məhkəmədən  öncə  həmin  inzibati  aktı 
qəbul etmiş inzibati orqana müraciət etməlidir. Etirazın qanunda 
nəzərdə  tutulan  müddət  və  forma  qaydalarına  uyğun  verilmə-
məsi  inzibati  məhkəmədə  inzibati  aktın  ləğv  olunmasına  dair 
işin qaldırılmasını qeyri - mümkün edə bilər. Lakin, inzibati or-
qanın öz mülahizəsinə əsasən, etiraz müddəti ötürüldüyü halda 
da, müraciəti qəbul etmək hüququ var. Çünki, bu hal özlüyündə 
inzibati  orqanı  yanlış  akt  qəbul  etmək  ehtimalından  çəkindir-
məyə  yönəlir.  Lakin,  başqasına  fayda  verən  inzibati  akt  etiraz 
sahibinə öhdəlik gətirəcəyi hallarda müddət aktın fayda verdiyi 
şəxsləri qorumağa xidmət etdiyi üçün inzibati orqanın gec edilən 
müraciəti qəbul etmək hüququ yoxdur.
471
 
Xüsusi  inzibati  yurisdiksiyalı  inzibati  məhkəmələr  kimi 
çıxış  edən  maiyyə  məhkəmələri  maliyyə  orqanlarına  qarşı 
vergilərlə, rüsumlarla əlaqədar qaldırılan iddialara baxır. Ölkədə 
maliyyə-məhkəmə yurisdiksiyası iki pillədən ibarətdir: Almani-
yanın hər bir torpağında bir və ya bir-neçə maliyyə məhkəməsi 
fəaliyyət  göstərir.  1950-ci  ildə  AFR-in  Əsas  Qanununun  95-ci 
maddəsinin 1-ci hissəsinə əsasən, Federal Maliyyə Məhkəməsi 
yaradıldı.  Myunxendə  təsis  olunmuş  Federal  Maliyyə  Məhkə-
məsi kassasiya instansiyası qismində fəaliyyət göstərir. Torpaq-
ların maliyyə məhkəmələrinin senatları üç peşəkar hakimdən və 
iki iclasçıdan ibarətdir. 
Sosial  məhkəmələr Sosial  Məsələlər üzrə  Federal Məhkə-
mənin  rəhbərliyi  ilə  fəaliyyət  göstərir.  Bu  məhkəmələr  vətən-
daşlarla  sosial  təminat  sahəsində  fəaliyyət  göstərən  orqanların 
vəzifəli şəxsləri arasında yaranmış sosial mübahisələrə baxırlar. 
Maliyyə məhkəmələrindən fərqli olaraq, sosial məhkəmələr üç 
                                                           
471
 Florian S. Verwaltungsrecht. Richter Verlag, 2004, p. 56  


275 
 
pilləli  struktura  malikdir.  Sosial  və  maliyyə  məhkəmələri  ilə 
yanaşı,  Almaniyada  ümumi  inzibati  –  məhkəmə  yurisdiksi-
yasının formalaşdırılması vahid federal prosessual hüquqla eyni 
zamanda, kifayət qədər üzün müdddət ərzində formalaşdı.  
18  may  1990-cı  ildə  ADR  ilə  AFR  arasında  dövlət 
müqaviləsinin bağlanmasından sonra AFR-in Əsas Qanununun 
19-cu  maddəsinin  4-cü  abzasında  müəyyənləşdirilmiş  məhkə-
məyə  şikayət  hüququnun  təminatları  buraya  da  şamil  olundu. 
Birləşmə haqqında müqavilə 1990-cı ilin 3 oktyabrında qüvvəyə 
mindikdən  sonra  isə  AFR  –  in  yüksək  dərəcədə  inkişaf  etmiş 
federal  inzibati  prosessual  hüququnun  böyük  hissəsi  keçmiş 
ADR-in  də  ərazisinə  şamil  olunmağa  başlandı.  Almaniyanın 
yeni  beş  torpağında  inzibati  məhkəmə  icraatının  formalaş-
dırılması keçmiş ADR-də dövlət-hüquq münasibətlərinin forma-
laşdırılmasının əsas vəzifələrindən biri kimi çıxış etdi. 
Hazırda Almaniyada inzibati ədliyyə orqanlarının sisteminə 
aşağıdakılar aiddir: 
1. Birinci instansiya inzibati məhkəmələr; 
2.  Torpaqlarda  apellyasiya  instansiyası  kimi  fəaliyyət 
göstərən yuxarı inzibati məhkəmələr; 
3.  Kassasiya  instansiyası  kimi  fəaliyyət  göstərən  Federal 
İnzibati Məhkəmə. 
 Beləliklə,  inzibati  ədliyyənin  alman  modelini  xarakterizə 
edən cəhətlərə bunları aid edə bilərik: 
- konstitusiya-hüquqi mübahisələrdən başqa bütün ümumi-
hüquqi xarakterli mübahisələr inzibati məhkəmələrə aid olunur.  
-  inzibati  ədliyyə  orqanlarının  sisteminə  federal  inzibati 
məhkəmə rəhbərlik etməsi. 
-  inzibati  məhkəmə  icraatının  icra  hakimiyyətindən  asılı 
olmadan müstəqil fəaliyyət göstərməsi. 


276 
 
-  məhkəmə  hakimiyyətinin  sistemi  daxilində  həm  ümumi 
inzibati  yurisdiksiyalı,  həm  də  xüsusi  inzibati  yurisdiksiyalı 
(maliyyə, sosial, intizam) inzibati məhkəmələrin yaradılması.  
- inzibati məhkəmələrin üçpilləli struktura malik olması. 
-  həm  ümumi,  həm  də xüsusi  yurisdiksiyalı  inzibati  məh-
kəmələrin  ədalət  mühakiməsini  həyata  keçirərkən  məhkəmə 
icraatına dair aktlara əsaslanması; 
-  ümumi  mübahisələrin  və  xüsusi  mülki-hüquqi  mübahi-
sələrin fərqləndirilməsi sayəsində inzibati məhkəmələrin ümumi 
məhkəmələrdən ayrılması. 
-  inzibati  məhkəmlərin  məhkəmə  sisteminin  daxilində 
ədalət mühakiməsinin müstəqil qolunu təşkil etməsi. 
- inzibati məhkəmələrin ixtisaslaşma prinsipi əsasında təş-
kil olunması; 
-  inzibati  məhkəmələrin  səlahiyyət  dairəsinin  hüquqpoz-
manın subyektinə görə deyil, pozulan hüququn xarakterinə görə 
müəyyən olunması. 
-  inzibati  məhkəmələrin  fransız  modelindən  fərqli  olaraq, 
yalnız yurisdiksiyon səlahiyyətlərə malik olması və s. 
Almaniyanın  müasir  inzibati  məhkəmələri  administra-
siyadan tam müstəqil şəkildə fəaliyyət göstərirlər. Ədəbiyyatda 
qeyd  olunur  ki,  bütün  inzibati  məhkəmələrin  ümumi  və  əsas 
vəzifəsi – məmurların vətəndaşlara qarşı baş verə biləcək qeyri-
qanuni  hərəkətlərinin  qarşısını  almaqdır.
472
  Qeyd  edək  ki,  ha-
zırda  alman  modelinə  bənzər  modellər  bir  sıra  digər  Avropa 
ölkələrində  də  (Avstriyada,  İsveçrədə,  Portuqaliyada
473
)  fəa-
liyyət göstərir.  
                                                           
472
 Şabanov R., Yanq R. Azərbaycanda müasir dövlət qulluğu modeli axtarışı: dünya təcrübəsi 
kontektində. Bakı, 2004, s. 80 
473
 Puget H. Les institutions administratives etrangeres. Paris: Dalloz, 1969, p. 229 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə