Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə85/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   81   82   83   84   85   86   87   88   ...   123

262 
 
- inzibati mübahisənin tərəflərindən biri kimi publik admi-
nistrasiya çıxış etdikdə onun inzibati tribunala aid olması. 
-  inzibati  tribunalların  iki  növə  ayrılması:  ümumi  inzibati 
yurisdiksiyalı tribunallara və xüsusi inzibat yurisdiksiyalı tribu-
nallar. 
-  bu  modeldə  məhkəmələrlə  inzibati  orqanlar  arasındakı 
münaqişələrin  həllinin  müvafiq  inzibati  ədliyyə  orqanlarının 
həyata keçirməsi. 
- inzibati məhkəmənin yalnız hüquqi deyil, həm də faktiki 
məsələlərdən  doğan  iddiaları  həll  etməklə,  administrasiyanın 
fəaliyyətinin  yalnız qanunauyğunluğunu deyil, həm  də məqsə-
dəuyğunluğunu yoxlaması və s. 
İnzibati ədliyyənin klassik modeli hesab olunsa da, müəy-
yən çatışmamazlıqlardan xali olmayan fransız modeli Fransadan 
sonra  Almaniya,  İtaliya,  İspaniya,  Portuqaliya,  Yunanıstan  və 
digər ölkələrin hüququnda da təsbit olundu. Bu model bir sıra 
ərəb, latın amerikası və bəzi fransız dilli Afrika dövlətlərinin də 
inzibati  prosessual  qanunvericiliklərinin,  inzibati  iddia  siste-
minin formalaşmasına öz təsirini göstərmişdir.
446
 
Niderland, Belçika, İtaliya və Yunanıstan da tədricən fran-
sız  modelindən  müəyyən  dərəcədə  imtina  edərək,  özlərinin 
dövlətçilik  ənənələrini  və  ictimai  tələbatlarını  nəzərə  alaraq, 
digər  ölkələrin  təsirindən  bəhrələnərək  səciyyəvi  cəhətlərlə 
xarakterizə olunan özünəməxsus inzibati ədliyyə modelini for-
malaşdırmağa nail oldular. Nəticədə bu ölkələrdə inzibati hüquq 
fransız  hüququndan  fərqli  istiqamətdə  inkişaf  etməyə  başladı. 
Məsələn, İtaliya və Belçika mərkəzləşmədən regionalizmə və ya 
                                                           
446
 Тунина А.Н. Виды административных исков в законодательстве зарубежных 
стран // Молодой ученый, Т.2, 2011, № 3, с. 57-59 


263 
 
müvafiq olaraq federalizmə keçdilər.
447
 Niderlandda isə Dövlət 
Şurası  ilə  yanaşı,  xüsusi  inzibati  məhkəmələr,  eləcə  də  aşağı 
məhkəmələrdə  inzibati  hüquq  sahəsində  ixtisaslaşan  xüsusi 
palatalar yaradıldı. Lakin, bununla yanaşı, Dövlət Şurası da əsas 
inzibati ədliyyə orqanı kimi qalmaqda davam etdi.  
Sonradan  bu  modelə  qarşı  formalaşan  tənqidi  yanaşma 
nəticəsində tədricən yeni, təkmilləşmiş modellər meydana çıxdı. 
Almaniyada da bu modelin dəyişikliklərə məruz qalaraq təkmil-
ləşmiş yeni variantını tətbiq edilməyə başlandı. Alman modeli 
tədricən o qədər inkişaf etdi və təkmilləşdi ki, inzibati ədliyyənin 
müasir dövrdə ən geniş yayılmış modellərindən birinə çevrildi.  
 
 2.  Alman  modeli.  Fransız  modelində  məhkəmə  inzibati 
orqanın tətbiq etdiyi normaya obyektiv nəzarəti həyata keçirdiyi 
təqdirdə, alman modelində inzibati ədliyyə ilk növbədə vətəndaş 
hüquqlarının  məhkəmə  qaydasında  müdafiəsinə  xidmət  edir. 
Hakimiyyətlərin  bölgüsü  prinsipi  baxımından  yanaşdıqda  da, 
inzibati ədliyyənin alman modeli digər modellərlə müqayisədə 
daha çox məntiqi ardıcıllıqla xarakterizə olunur. Fransız mode-
lindən fərqli olaraq, alman modelində inzibati məhkəmələr sırf 
yurisdiksiyon səlahiyyətlərə malik olub, nə inzibati, nə də məş-
vərət funksiyalarına malik olmurlar. 
448
 Bu model fərdi inzibati 
işlərə  baxan,  vahid  məhkəmə  sisteminə  daxil  olan  və  ədalət 
mühakiməsini həyata keçirərkən nə inzibati orqanlardan, nə də 
adi  məhkəmələrdən  asılı  olmayan  ixtisaslaşdırılmış  inzibati 
                                                           
447
  Фромон  М.  Типы  внутри  государственного  административного  права  в 
Европе  //  «Дайджест  публичного  права»  Гейдельбергского  Института  Макса 
Планка ДПП ИМП, 2 (2012), с. 333-334  
448
 Салищева Г.Н., Хаманева Н.Ю. Административная юстиция и администра-
тивное судопроизводство в РФ. M., 2001   


264 
 
məhkəmələrin  yaradılmasını  nəzərdə  tutur.  Alman  modelində 
inzibati mübahisələrə baxılması üçün məhkəmələrə və inzibati 
orqanlara tabe olmayan inzibati məhkəmələr yaradılır. 
449
 
Vətəndaş  inzibati  aktdan  məhkəməyə  şikayət  etməklə 
inzibati  orqanı  mübahisəni  həll  edən  orqan  kimi  çıxış  etmək 
imkanından  məhrum  edir  və  inzibati  orqan  artıq  qəbul  etdiyi 
qərar üçün məsuliyyət daşıyan tərəfə çevrilir.
450
 
Fikrimizcə,  alman  modelinin  təşkilinin  xüsusiyyətlərini 
Almaniyanın  öz  nümunəsində  tədqiq  etmək  daha  məqsədəuy-
ğundur.  
Artıq qeyd edildiyi kimi, inzibati ədliyyənin fransız modeli 
tənqidi  yanaşmaya  məruz  qaldıqdan  sonra  dəyişilmiş  formada 
Almaniyada tətbiq olundu. Fransız doktrinasından fərqli olaraq
alman  doktrinası  idarəetmənin  inzibati  ədliyyədən  tamamilə 
ayrılmalı olduğunu müəyyənləşdirdi. 
Qeyd  edək  ki,  Almaniyada  inzibati  məhkəmə  icraatının 
kökləri XIX əsrin ortalarına təsadüf edir. Həmin dövrdə ümumi 
hüququn xüsusi hüquqdan ayrılması nəticəsində ümumi məhkə-
mələrin aidiyyət dairəsi məhdudlaşdırıldı və idarəetmə üzərində 
nəzarətin  həyata  keçirilməsi  üçün  inzibati  ədliyyə  yaradıldı. 
Almaniyada  inzibati  hüquqa  dair  ilk  sistemli  kitablar  1800-cü 
illərin  ortalarından  etibarən  yazılmağa  başlandı.  İlk  kitablar 
F.F.Mayer  (1857),  A.V.Sarvey  (1884),  O.  Mayer  (1885-1886) 
kimi mütəxəssislərin müəllifliyi ilə nəşr olundu.
451
  
Tədricən  alman  alimləri  inzibati  hüququn  institutlarını 
tədqiq  etməyə  başladılar.  R.  Qneyst  “hüquqi  dövlət”  adlı  elmi 
                                                           
449
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 10  
450
 Kərimov S.Ə., Vəliyeva G.M. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 
Qanunu (Kommentariya). Bakı: Qanun, 2006, s. 402 
451
 Gözler K. İdare Hukuku. Cilt I. Bursa: Ekin Kitabevi Yayınları, 2003, s. 41-112 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə