Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə84/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   80   81   82   83   84   85   86   87   ...   123

259 
 
və vəzifələri haqqında” qanun və 2577 saylı “İnzibati mühakimə 
üsulu haqqında” qanuna əsasən, ölkədə birinci instansiya inzi-
bati məhkəmələr və vergi məhkəmələri quruldu və Danıştay həm 
xüsusi  vəzifələri  olan  ilk,  həm  də  son  instansiya  məhkəməsi 
statusuna malik oldu.  
Onu da qeyd etmək lazımdır ki, hazırda inzibati ədliyyənin 
Türkiyədə qurulan modelində apellyasiya mexanizminin  möv-
cud olmaması onun bu ölkənin  hüquq sisteminə  tamamilə  yad 
olması  mənasını  vermir.  Belə  ki,  1869-cu  ildə  ölkədə  Apel-
lyasiya Məhkəməsinin (Yargıtayın) təməli hesab olunan Müha-
kimə Divanı Ədliyyəsinin (Divan-ı Ahkam-ı Adliye) qurulması 
ilə Osmanlı dövründə ilk dəfə olaraq iki instansiyalı məhkəmə 
sistemi  qurulmuşdu.  1879-cu  ildə  qəbul  olunan  Usulü  Muha-
kemat-ı  Cezaiye  qanununa  əsasən  ölkədə  apellyasiya  məh-
kəmələri  yaradılmışdı.  Lakin,  bu  apellyasiya  məhkəmələri  24 
aprel  1924  tarixli  469  saylı  qanunla  şəriət  məhkəmələri  ilə 
birlikdə ləğv olundu. Beləliklə, fəaliyyətləri gözlənilən faydanı 
verməyən apellyasiya məhkəmələri 1924-cü ildə ləğv olundular. 
2004-cü  ildə  qəbul  olunan  5235  saylı    “Ədliyyə  mühaki-
məsini  həyata  keçirən  ilk  dərəcə  məhkəmələrinin  quruluşu, 
vəzifə və səlahiyyətləri haqqında” qanunun qəbul olunması ilə 
apellyasiya  məhkəmələri  “bölgə  ədliyyə  məhkəmələri”  adı 
altında  yenidən  ölkənin  məhkəmə  sisteminə  daxil  edildilər. 
Bölgə  ədliyyə  məhkəmələrinin  yaradılması  ilə  ölkədə  üç 
instansiyalı ümumi məhkəmə sistemi bərqərar olundu.
443
 Lakin, 
bu inzibati məhkəmə sisteminə təsir etmədi. İnzibati məhkəmə 
sistemi iki instansiyadan ibarət şəkildə fəaliyyətinə davam etdi. 
                                                           
443
 Saygın E. Idari yargıda istinaf mahkemesi tartışmaları üzerine bir analiz / İstanbul 
Üniversitesi Hukuk Fakultesinin Mecmuesi, 2011, № 1 – 2, s. 639  


260 
 
Hazırda bölgələrdə fəaliyyət göstərən inzibati məhkəmələr 
aşağı məhkəmələrin prosessual normalara əməl edib-etmədiyini, 
normanın  doğru  tətbiq  olunub-olunmadığını,  səlahiyyətlərdən 
düzgün  istifadə  edilib-edilmədiyini  yoxlamaq  səlahiyyətinə 
malik  olsalar da, iş  üzrə  yeni  qərar qəbul  etmək səlahiyyətinə 
malik  deyillər.  Ölkədə  inzibati  apellyasiya  sistemi  tətbiq 
olunduğu təqdirdə isə bu məhkəmələr apellyasiya mərhələsində 
birinci  instansiya  məhkəməsinin  qərarını  həm  prosessual 
qaydalara  əməl  olunması,  həm  də  əsaslı  olub-olmaması  baxı-
mından  yoxlayaraq,  birinci  instansiya  məhkəməsinin  qəbul 
etdiyi qərarın doğru olub-olmadığına dair qərar vermək səlahiy-
yətinə də malik ola bilər.
444
  
Beləliklə,  inzibati  ədliyyənin  Türkiyədə  formalaşmış  mo-
delində  apellyasiya  mexanizmi  mövcud  olmasa  da,  inzibati 
məhkəmə  icraatında  tədricən  formalaşan  iş  yükü  apellyasiya 
sisteminin  formalaşdırılması  zərurətini  üzə  çıxarmışdır. 
445
 
Təsadüfi deyil ki, 2009-cu ildən etibarən ölkədə aparılan məh-
kəmə  islahatlarının  gündəmində  duran  məsələlərdən  birini  də 
məhz inzibati məhkəmə sistemində inzibati apellyasiya məhkə-
mələrinin  yaradılması  təşkil edirdi.  Hətta ölkənin  Ədliyyə  Na-
zirliyi ilə İsveç Beynəlxalq Məhkəmələr İdarəsi arasında 2007-
ci  ildə  imzalanmış  ikitərəfli  fəaliyyət  proqramının  da  mövzu-
larından  birini  məhz  inzibati  məhkəmə  icraatında  mövcud 
sistemin  yenidən  qurulması  və  inzibati  apellyasiya  məhkəmə-
lərinin də bu sistemdə yer alması təşkil etmişdi. Bundan başqa, 
                                                           
444
 Sancakdar O. İdari Yargıda İstinaf Sistemi Üzerine Düşünceler // Danıştay ve İdari 
Yargı Günü 144 Yıl.Sempozyum Kitabı. Danıştay  Hizmetlerini Güçlendirme Vakfı. 
ANKARA, 2012, s. 23  
445
  Avcı  M.  İdari  Yargıda  İstinaf.  Türkiye  Barolar  Birliği  Dergisi.  Sayı  96.  Eylül-
Ekim.  Ankara,  2011,  s.  180  http://portal.ubap.org.tr/App_Themes/Dergi/2011-96-
1139.pdf 


261 
 
Ədliyyə  Nazirliyinin  2009-cu  il  tarixli  Məhkəmə  İslahatları 
Strategiyasında da inzibati məhkəmə icaatında apellyasiya məh-
kəmələrinin qurulması və fəaliyyətə başlaması qarşıya məqsəd 
kimi qoyulmuşdu. Hazırda da ölkədə bu istiqamətdə işlər davam 
etməkdədir. 
Beləliklə,  inzibati  məhkəmə  icraatına  fransız  modelinin 
əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 
-  inzibati  məhkəmə  sisteminin  üç  instansiyadan  ibarət 
olması. 
- idarəetmə orqanlarının həm fərdi, həm də normativ xarak-
terli istənilən hüquqi aktının inzibati mübahisənin predmeti ola 
bilməsi. 
- inzibati aktların ləğv olunmasına – onu qəbul edən orqanın 
müvafiq  yurisdiksiyaya  malik  olmamasının,  prosessual  və  ya 
formal səhvlərə yol verməsinin, qanunu pozmasının, qərarı la-
zımi qaydada əsaslandırmamasının və ya mülahizə azadlığından 
sui-istifadə etməsinin səbəb olması. 
-  məhkəmə  sistemi  ikili  xarakter  daşıdığı  üçün  təcrübədə 
işin  inzibati,  yaxud,  ümumi  məhkəməyə  aid  olduğunu  müəy-
yənləşdirməyin çətin olması.  
- vətəndaşların  istənilən  inzibati  aktın şərhi üçün  ərizə  ilə 
inzibati məhkəməyə müraciət etmək imkanına malik olması. 
- inzibati  tribunallar icra hakimiyyətinin  sistemində, lakin 
“fəal  administrasiyadan  ayrılmaqla”,  yəni,  birbaşa  operativ-
sərəncam  və  normayaradıcı  fəaliyyəti  həyata  keçirən  orqan-
lardan ayrı fəaliyyət göstərmələri. 
- ümumi hüquqdan irəli gələn mübahisələrə baxan inzibati 
məhkəmələrin  sisteminin  adi  məhkəmələrdən  inzibati  müba-
hisənin subyektinə (ümumi administrasiyaya) görə fərqlənməsi. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə