Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə80/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   76   77   78   79   80   81   82   83   ...   123

247 
 
səlahiyyəti verildi. Nəhayət, Dövlət Şurasının icra hakimiyyəti 
üzərində səmərəli məhkəmə nəzarətini  tətbiq etməsi  üçün real 
icra mexanizmi formalaşdırıldı.  
Tədricən Dövlət Şurasının rəhbərliyilə fəaliyyət göstərən və 
idarəetmə orqanlarına və onların vəzifəli şəxslərinə qarşı verilən 
şikayətlərə  baxan  xüsusi  məhkəmələrin  sistemi  yaradıldı. 
Onların üzvləri cəmiyyətdə yüksək nüfuza malik olan, idarəetmə 
məsələləri  üzrə  peşəkarlardan  ibarət  olan  şəxslərin  arasından 
seçilirdi. Bu cür xüsusi məhkəmələr hüquqi xarakterli məhkəmə 
icraatını  obyektiv  olaraq  həyata  keçirirdilər
414
.  Buna  görə  də 
qanunla  qorunan  marağının  pozulduğunu  sübut  edə  bilən 
istənilən şəxs inzibati ədliyyə orqanlarına asanlıqla müraciət edə 
bilirdi.  Qeyd  edək  ki,  Dövlət  Şurasının  rəhbərliyi  ilə  fəaliyyət 
göstərən  inzibati  ədliyyə  orqanları  yalnız  məhkəmə  funksi-
yalarını  deyil,  həm  də  məşvərət  funksiyalarını  həyata  keçi-
rirdilər.  Onlar  hökumətin  təqdim  etdiyi  layihələrə  hüquqi  rəy 
verməklə  daimi  məşvərət  funksiyasını  da  həyata  keçirirdilər. 
Müasir  dövrün  fransız  tədqiqatçıları  da  Fransada  inzibati 
ədliyyənin  geniş  sferanı  əhatə  etdiyini  xüsusi  vurğulayırlar. 
Q.Breban bu barədə yazırdı ki, burada inzibati ədliyyə orqanları 
yalnız  inzibati  mübahisələri  həll  etmir,  həm  də  məşvərət 
funksiyasını  yerinə  yetirərək,  hökumətin  və  ya  nazirliklərin 
qərar  layihələrinin  qanuniliyinin  ilkin  qiymələndirməsini  də 
həyata keçirirlər.
 415
 
1872-ci  ildə Fransada daha bir inzibati məhkəmə  orqanı  - 
                                                           
414
 Фромон М. Типы внутригосударственного  административного  права в  Ев-
ропе  //  Дайджест  публичного  права  Гейдельбергского  Института    Макса  
Планка, 2012, № 2,с. 328  
415
  Брэбан  Г.  Французское  административное  право  /  Под  ред.  и  со  вступ.  ст. 
С.В.Боботова. М.: Прогресс, 1988,  с. 457  


248 
 
İxtilaflar  Tribunalı  yaradıldı.  O,  Dövlət  Şurası  ilə  ümumi 
məhkəmələr arasında səlahiyyət  bölgüsü ilə  əlaqədar meydana 
çıxan mübahisələrə baxırdı. Bu cür inzibati ədliyyə sistemi XX 
əsrin  50-ci  illərinədək  davam  etdi.  50-ci  illərdə  isə  prefektura 
şuraları  ümumi  səlahiyyətli  inzibati  məhkəmələrə  çevrildilər. 
1953-cü ildə inzibati məhkəmələr (tribunallar) yaradıldı.  
Qeyd  edək  ki,  Dövlət  Şurası  1953-cü  ilədək  inzibati  işlər 
üzrə  ümumi  yurisdiksiyaya  malik  olan  məhkəmə  orqanı  kimi 
fəaliyyət  göstərirdi.  1953-cü  ildən  etibarən,  işin  Dövlət  Şura-
sında  baxılana  qədər  inzibati  tribunallarda  baxılmalı  olması 
barədə  qayda  müəyyənləşdirildi.  1963-cü  il  30  iyun  tarixli 
qanunla Dövlət Şurasında islahat aparıldı
416

Fransız  modeli  inzibati  ədliyyənin  klassik  modeli  hesab 
olunsa  da  qeyd  etməliyik  ki,  uzun  zaman  ərzində  bu  model 
faktiki  olaraq  vətəndaşlardan  daha  çox  dövlət  qulluqçularının 
müdafiəsinə  xidmət  etmişdir.  XIX  əsrin  birinci  yarısında 
administrasiyadan  asılı  fəaliyyət  göstərən  inzibati  məhkəmələr 
əsasən,  vətəndaşların  müdafiəsinə  və  qanunçuluğa  nəzarətə 
deyil, əksinə, vəzifəli şəxslərin özbaşınalığına xidmət edirdilər. 
Konstitusiya  və  cinayət  qanunvericiliyi  dövlət  qulluqçularının 
məsuliyyət mexanizmini özündə əks etdirmirdi. 
Tədricən  fransız  modelinin  ilkin  formasının  çatışmamaz-
lıqları  özünü  daha  aydın  biruzə  verməyə  başladı.
 
İdarəetmə 
orqanlarının  vəzifələrinin  genişlənməsi  ilə  əlaqədar  olaraq 
mərkəzləşmə  prinsipi  sistemin  səmərəsinin  azalmasına  və  cə-
miyyətdə narazılıqların artmasına səbəb oldu. Bununla əlaqədar 
                                                           
416
 Структура и роль Государственного Совета  во Франции / Посольство Фран-
ции в Москве. Министерство  Иностранных Дел. Российско-французская серия 
"Информационные и учебные материалы", 1994, № 10, c.19   


249 
 
olaraq,  1982-ci  ildən  etibarən  ölkədə  əks-mərkəzləşməyə  yö-
nələn mühüm islahatlar aparılmağa başlandı.  
Beləliklə, inzibati  məhkəmə icraatının  fransız modeli  təx-
minən iki əsrə  yaxın müddətdə iki instansiyadan ibarət şəkildə 
fəaliyyət  göstərdi.  Strukturu  iki  pillədən  ibarət  olan  inzibati 
ədliyyə  orqanlarının  həddindən  artıq  böyük  iş  yükünün  öhdə-
sindən gəlməsi tədricən çətinləşdi. İşlərə baxılması üçün nəzərdə 
tutulan  müddət  əksər  hallarda  nəinki  pozulur,  hətta,  məhkə-
mələrin təxminən 20%-də işlərin baxılması 2-3 il çəkirdi.
417
 Bu 
kimi  halların  nəticəsində  inzibati  ədliyyə  orqanlarının  struk-
turunda islahatların aparılması zərurəti meydana çıxdı.  
31  dekabr  1987-ci  il  tarixli  qanuna  əsasən,  inzibati 
məhkəmələr  sistemində  islahatlar  aparıldı.  1987-ci  ildə  ölkədə 
inzibati  apellyasiya  məhkəmələri  yaradıldı.  Hazırda  Fransada 
inzibati məhkəmə sistemi üç instansiya üzrə fəaliyyət  göstərir. 
Birinci  instansiya  qismində  həm  ümumi  yurisdiksiyalı  inzibati 
tribunallar, həm də Dövlət Şurası çıxış edir.  
Uzun zaman fransız modelində inzibati məhkəmə icraatının 
obyektiv-hüquqi  xarakterə  malik  olması  iddiaçının  tələblərini 
tam ödəməyə qadir deyildi. Belə ki, hakim mübahisəli inzibati 
aktın  hüquqaziddliyini  müəyyənləşdirdiyi  təqdirdə  onu  yalnız 
ləğv  edə  bilərdi.  Qeyd  edək  ki,  fransız  doktrinası  inzibati 
orqanların  aktlarının  inzibati  ədliyyə  orqanları  tərəfindən  ləğv 
olunması üçün beş əsas müəyyənləşdirir: yurisdiksiyanın möv-
cud olmaması, prosessual və ya formal səhvlərə yol verilməsi, 
                                                           
417
Салищева  Г.  Н.,  Хаманева  Н.Ю.  Административная  юстиция  и  административное 
судопроизводство в Российской Федерации / Акад. правовой ун-т при Ин-те государства 
и права РАН. М., 2001, с. 58  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə