Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə77/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   73   74   75   76   77   78   79   80   ...   123

238 
 
elementləri  (doktrina,  hüquq  düşüncəsi,  hüququn  sahələri, 
hüququn əsas institutları və s.) özündə əks etdirır. Oxşar hüquqi 
əlamətlərə malik olan hüquq sistemlərinin şərti vahidliyini ifadə 
edən  “hüquq  ailəsi”  anlayışı  əslində  həmin  sistemlərin  forma-
laşdığı ölkələrin dövlətçilik ənənələrindəki, tarixi inkişafındakı, 
hüquq düşüncəsindəki bənzərliyi də ifadə edir. Hüquq ailələrinin 
ən  geniş  yayılmış  təsnifatını  verən  R.David  1950-ci  ildə  qərb 
hüququnun strukturunda roman-german və anqlo-sakson sistem-
lərini fərqləndirirdi
396

XII  əsrdə  Avropa  universitetlərində  çalışan  alimlər  tərə-
findən işlənib hazırlanan və “qitə hüquq ailəsi” kimi də adlan-
dırılan, roman-german hüquq ailəsi  Roma hüququnun resepsi-
yasının  nəticəsidir.  Roman  (Fransa,  Belçika,  Lüksemburq, 
Hollandiya, İtaliya, Portuqaliya, İspaniya) və alman (Almaniya, 
Avstriya, İsveçrə və s.) qollarından ibarət olan bu hüquq sistemi 
Yaponiya,  İndoneziya,  Latın  Amerikası  və  Yaxın  Şərq 
ölkələrinə, Afrika dövlətlərinin  əksər hissəsinə də əhəmiyyətli 
dərəcədə  təsir  göstərmişdir.  Bu  cür  hüquq  sisteminə  malik 
ölkələrdə inzibati məhkəmə icraatının iki əsas modeli fəaliyyət 
göstərir: 
1) fransız modeli; 
2) alman modeli. 
İlk növbədə qeyd etməliyik ki, bu yarımfəsildə məqsədimiz 
bu  və  ya  digər  modelin  səmərəlilik  dərəcəsini  deyil,  onların 
tarixi  inkişaf  prosesini  və  ümumi  inkişaf  tendensiyalarını 
müəyyənləşdirməkdən ibarətdir. 
                                                           
396
  Давид  Р.  Основные  правовые  системы  современности  /  Перевод  с 
французского В.А.Туманова. М.: Прогресс, 1988, c.17 


239 
 
Klassik  model  hesab  olunan  Fransız  modelində  inzibati 
ədliyyə orqanları idarəetmə orqanlarının sisteminə daxil olur və 
ümumi  yurisdiksiya  məhkəmələri  onların  fəaliyyətinə  nəzarət 
etmək səlahiyyətinə malik olmurlar. Bu modelin əsas ideyasını 
icra  hakimiyyəti  orqanlarının  müstəqilliyi  və  ümumi  yuris-
diksiya  məhkəmələrinin  onların  fəaliyyətinə  müdaxiləsinin 
yolverilməzliyi  təşkil  edir.
397
  Qeyd  edək  ki,  bu  ideya  mövcud 
sistemlər  arasında  ən  təmiz  formada  ilk  dəfə  məhz  Fransada 
meydana  çıxmışdır.
398
  İnzibati-hüquqi  xarakterli  mübahisələrə 
baxan orqanların mübahisələrin subyektinin spesifikliyinə görə 
ümumi məhkəmələrdən ayrı fəaliyyət göstərməsi ideyası fransız 
sisteminin  fərqləndirici  xüsusiyyətlərindən  hesab  olunur.  A.V. 
Dicey  haqlı  olaraq  inzibati  ədliyyənin  Fransız  modelini  fərq-
ləndirən  iki  əsas  səbəbi  müəyyənləşdirirdi:  inzibati  orqanlarla 
vətəndaşlar  arasındakı  münasibətləri  tənzimləyən  müddəların 
vətəndaşların  aralarındakı  münasibətləri  tənzimləyən  müddəa-
lardan tamamilə  fərqlənməsi  və  inzibati orqanlarla vətəndaşlar 
arasındakı mübahisələrin ayrıca bir məhkəmə qolunun (inzibati 
məhkəmə  icraatının)  səlahiyyətinə  aid  olması,  yəni,  Fransada 
inzibati rejimin tətbiqi.
399
 
Qeyd  edək  ki,  “inzibati  model”  də  adlandırılan  “fransız 
modeli”  yuxarı  orqanın  tabeçilik  qaydasında  aşağı  orqanın 
inzibati aktının qanuniliyini, əsaslığını və məqsədəuyğunluğunu 
yoxlamasını  nəzərdə  tutur.  Bəzən  inzibati  ədliyyənin  bu 
                                                           
397
  Соловьева  К.А.  Административная  юстиция  в  России:  проблемы  теории  и  
практики: Автореф. дис. ... канд.юр.наук. СПб., 1999, с. 11 
398
  Сажина  В.В.  Административная  юстиция  Великобритании  //  Советское 
государство и право, 1983, № 12, с. 115-119 
399
 Dicey V.A. İntroduction to the Study of the Law of the Constitution. Ninth Edition. 
London: Macmillan, 1948, p. 338  


240 
 
modelini “idarəetmə tipi”
400
 də adlandırırlar. İnzibati ədliyyənin 
bu  modeli  bu  və  ya  digər  dərəcədə  Yunanıstanda,  Kanadada, 
Suriyada, Livanda, Tunisdə, Seneqalda, Kolumbiyada və digər 
ölkələrdə  fəaliyyət  göstərir.  Fransız  (inzibati)  modeli  inzibati 
məhkəmə  icraatında  həm  ümumi,  həm  də  xüsusi  qaydaların 
mövcudluğuna  yol verir. Belə ki, inzibati məhkəmə icraatında 
mülki  prosessual  normalarla  yanaşı,  xüsusilə  inzibati  ədliyyə 
orqanlarının  fəaliyyəti  üçün  işlənib  hazırlanmış  normalar  da 
tətbiq olunur. 
O.Karahanoğulları haqlı olaraq bu modeli mühakimə üsulu 
deyil,  mübahisəni  onu  yaratmış  vəzifəli  şəxsin  və  ya  yuxarı 
orqanın özü tərəfindən həll olunması üsulu kimi qiymətləndirir. 
Müəllif  bu  modelin  tarixi  mənşəyinin  “lütf  etməkdən” 
(bağışlamaqdan) irəli gəldiyi, yəni inzibati orqanın lütf edərək, 
vətəndaşın  hüquqlarını  pozan  hərəkətini  dayandırdığı  və  ya 
aktını ləğv etdiyi qənaətindədir.
401
 
 Fikrimizcə, inzibati ədliyyənin fransız modelini elə Fran-
sanın öz nümunəsində tədqiq etmək daha məqsədəuyğundur.  
Qeyd edək ki, Fransada inzibati ədliyyə XVIII əsrin sonu 
yaransa da, onun əlamətləri daha qədim dövrə təsadüf edir. Hələ 
XII  əsrin  sonlarından  ölkədə  məhkəmə  dairələrində  və 
seneşallıqlarda  yaxşı  təşkil  olunmuş  kral  ədliyyəsi  fəaliyyət 
göstərirdi.  XIII  əsrin  ortalarında  isə  kral  məhkəməsinin 
daxilində  ixtisaslaşma baş  verdi. Paris parlamenti,  sonralar isə 
                                                           
400
  Ведерникова  Н.О.  Административная  юстиция  (опыт  зарубежных  стран)  // 
Судебная реформа: итоги, приоритеты, перспективы. Материалы конференции. 
Серия "Научные доклады". М.: МОНФ, 1997, № 47, c. 52  
401
  Karahanoğulları  O.  Türkiyede  idari  yargı  tarihi.  Ankara  Üniversitesi  Siyasal 
Bilgiler Fakültesi. Doçentlik çalışması. Ankara, 2005, s. 11 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə