Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə74/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   70   71   72   73   74   75   76   77   ...   123

229 
 
məhkəmə  sisteminə  ümumi  və  apellyasiya  məhkəmələri  ilə 
yanaşı ixtisaslaşdırılmış məhkəmələr də daxildir.
385
  
Adətən, məhkəmələr yalnız qanunda müəyyənləşdirilən bü-
tün inzibati instansiyalardan keçmiş işləri icraata qəbul edirlər. 
Yalnız,  inzibati  orqanın  açıq-aşkar  öz  səlahiyyətlərini  aşaraq 
fəaliyyət  göstərdiyi  hallarda  iş  bütün  inzibati  instansiyalardan 
keçməmiş  olsa  da,  icraata  qəbul  edilir.  Ölkədə  ilkin  inzibati 
yurisdiksiya doktrinası qüvvədədir. Bu doktrinaya görə inzibati 
orqan öz fəaliyyət  dairəsinə aid  olan məsələlərə  dair çıxarılan 
qərarların  düzgünlüyünün  yoxlanılmasında  məhkəməyə  nisbə-
tən üstünlük hüququna malikdir. Qeyd edək ki, hələ 1922-ci ildə 
Ali  Məhkəmənin  baxdığı  iş  (Great  Nothera  Ry.  v.  Merchants 
Elevator  Co.)  üzrə  çıxardığı  qərarla  mübahisənin  birbaşa 
məhkəmə baxışına verilməsinin məqsədəuyğun olmadığı müəy-
yən  olunmuşdu.  Müstəsna  olaraq,  hüquqa  aid  məsələlər  üzrə 
ilkin  yurisdiksiya  hüququ  məhkəmələrə  məxsusdur.  Yəni, 
inzibati  orqanların  hüquq  normasını  düzgün  tətbiq  edib-etmə-
diklərini məhkəmələr müəyyənləşdirirlər. 
İnzibati  məhkəməyə  yalnız  mübahisələndirilən  inzibati 
hərəkətin  nəticəsində  bilavasitə  marağı  olan  şəxslər  müraciət 
edə bilərlər.  Məhkəmə baxışının obyektini ilk növbədə, norma-
tiv  və  ya  fərdi  aktlarda  ifadə  olunan  inzibati  hərəkətlər,  həm-
çinin,  kütləvi  informasiya  vasitələri  üçün  məlumatlar,  konsul-
tativ  qərarlar,  müəssisədaxili  direktivlər  və  s.  kimi  çoxsaylı 
inzibati aktlar təşkil edir.  
XX  əsrin  birinci  yarısından  fəaliyyətə  başlayan  inzibati 
tribunallara  vergi  məhkəməsi,  pretenziya  məhkəməsi  və  digər 
                                                           
385
  Шумилов  М.В.  Правовая  система  США.  М.:  Международные  отношения, 
2006,  c. 90  


230 
 
kvaziməhkəmə  səlahiyyətlərinə  malik  qurumlar  aiddir. 
Tribunallarda işlərə aşkarlıq şəraitində, şifahi formada baxılır. İş 
üzrə  çıxarılan  qərardan  narazı  qalan  tərəf  konkret  inzibati 
qurumun  sistemində  fəaliyyət  göstərən  apellyasiya  müəsissə-
sinə, sonra isə ümumi məhkəməyə müraciət edə bilər. 
Qeyd  edək  ki,  anqlo-sakson  modelinə  malik  ölkələrdə 
inzibati  mübahisələrə  həm  kvaziməhkəmə  inzibati  təsisatları, 
həm  də  ümumi  yurisdiksiya  məhkəmələri  baxa  bilər.  Lakin, 
ölkədə  kvaziməhkəmə  səlahiyyətlərinə  malik  olan  inzibati 
tribunalların fəaliyyət göstərməsi özlüyündə heç nəyi dəyişmir. 
İnzibati  tribunallar  məhkəmə  hakimiyyətinin  müstəqil  qolunu 
təşkil etmir, sadəcə ümumi məhkəmələr arasında mövcud olan 
ixtisaslaşdırılmış  məhkəmələr  qismində  çıxış  edirlər.  Bu 
tribunalların yuxarı instansiya məhkəməsi olmadığı üçün onların 
çıxardıqları  qərarlardan  verilən  şikayətlərə  ümumi  məhkəmə 
sisteminə aid  olan  yuxarı  məhkəmələr baxırlar
386
.  Kvaziməh-
kəmələrin inzibati hakimləri dövlət qulluqçusu hesab olunur və 
yüksək statusa malik  olurlar. ABŞ-da inzibati  təsisatlar kvazi-
məhkəmə  funksiyası  ilə  yanaşı,  kvaziqanunvericilik  funksi-
yalarına  da  malikdirlər.  Onlar  ədalət  mühakiməsi  funksiyasını 
həyata keçirməklə yanaşı, prosessual qaydalar da müəyyənləş-
dirirlər. 
ABŞ-da  inzibati  ədliyyə  sisteminə  aşağıdakı  orqanlar  və 
vəzifəli şəxslər daxildirlər:  
- tabeçiliyində olan orqanlarda yaranan mübahisələrə baxan 
icra hakimiyyəti orqanlarının rəhbərləri;  
                                                           
386
De  Smith  S.A.,  Brazier  R.  Constitutional  and    administrative  Law.  VI  edition. 
London: Penguin Books, 1989,  p. 535, 541  


231 
 
-  müxtəlif  mübahisələrə  baxan  icra  hakimiyyəti  orqan-
larının struktur bölmələri qismində çıxış edən ixtisaslaşdırılmış 
komissiyalar;  
-  icra  hakimiyyətinin  strukturunda  yaradılan  ixtisaslaş-
dırılmış inzibati ədliyyə orqanları;  
-  inzibati  ədliyyə  funksiyalarını  həyata  keçirən  məhkəmə 
orqanları (məsələn, federal vergi məhkəməsi, beynəlxalq ticarət 
məsələləri üzrə federal məhkəmə və s.) 
Beləliklə,  anqlo-sakson  modelinin  fəaliyyət  göstərdiyi 
ABŞ-da  da  ixtisaslaşdırılmış  inzibati  məhkəmələr  tərəfindən 
həyata keçirilən, vahid prosessual qaydalarla tənzimlənən xüsusi 
inzibati  məhkəmə  icraatı  mövcud  deyildir.  Bununla  yanaşı, 
idarəetmə  orqanlarından  təcrid  olunmuş  şəkildə  fəaliyyət 
göstərən və prioritet təşkil edən ümumi məhkəmələrdən başqa, 
patent məhkəmələri, vergi məhkəmələri və inzibati hakimlər də 
idarəetmə  sahəsində  yaranan  mübahisələrə  baxırlar.  İnzibati 
ədliyyənin  ixtisaslaşdırılmış  orqanlarının  formalaşdırılması 
qaydası çoxsaylı normativ aktlarla müəyyən olunur.  
Ölkədə  mövcud  inzibati  məhkəmə  icraatı  modelini  təhlil 
etdikdə belə qənaətə gəlmək olur ki, inzibati orqanların səlahiy-
yətlərinin kifayət qədər genişliyi onların mühakimə funksiyasına 
nəinki  təsir  etməsinə,  hətta  bu  funksiyanı  da  öz  əllərində 
saxlamasına səbəb olmuşdur. Həm icra hakimiyyəti orqanlarının 
rəhbərlərinin, həm də həmin orqanların tərkib hissələri qismində 
çıxış  edən  ixtisaslaşdırılmış  komissiyaların  inzibati  ədliyyə 
sisteminə  daxil  olması  burada  inzibati  rejimin  təzahürü  kimi 
çıxış edir. M.S.Aslanov haqlı olaraq qeyd edir ki, həm ingilis, 
həm  amerikan  hüququnda  inzibati  ədliyyə  orqanlarının  fəa-
liyyəti  öz  xarakteri  baxımından  ədalət  mühakiməsi  deyil, 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə