Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə70/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   66   67   68   69   70   71   72   73   ...   123

217 
 
dəyişiklik edildi. 2007- ci ildə “Tribunallar, məhkəmələr və icra 
haqqında”  qanun  qəbul  olundu.  Qanunun  qəbul  olunmasında 
əsas  məqsəd  tribunalların  məhkəmə  sisteminə  aid  olduğunu 
təsbit  etmək,  onların  sistematik  qruluşunu  formalaşdırmaq  və 
onların  məhkəmə  kollegiyalarına  müstəqillik  qazandırmaqdan 
ibarət  idi.  Qanuna  əsasən,  tribunallar  inzibati  orqanlardan 
rəsmən ayrılaraq, müstəqillik qazandılar. Ölkədə iki instansiyalı 
tribunallar sistemi yaradıldı.  
Hazırda  İngiltərədə  birinci  səviyyəli  və  yuxarı  səviyyəli 
tribunallar fəaliyyət göstərir. Birinci səviyyəli tribunallar dövlət 
idarələrinin və agentliklərinin qərarlarından verilən şikayətlərə, 
yuxarı səviyyəli tribunallar isə aşağı tribunalların qərarlarından 
verilən şikayətlərə baxır. Bir neçə palatadan ibarət olan yuxarı 
tribunal  aşağının  qəbul  etdiyi  qərarı  yalnız  hüquqi  baxımdan 
qüsurlu  olduğu  təqdirdə  ləğv  edə  bilər.  Yuxarı  səviyyəli  tri-
bunalın qərarlarından şikayət Apellyasiya Məhkəməsinə verilir.  
2007-ci ildən etibarən ölkədə ən yüksək məhkəmə Lordlar 
Palatasının  yerini  tutmuş  Ali  Məhkəmədir.  Dünya  Bankının 
2010-cu ildə nəşr olunan hesabatına, əsasən, müasir İngiltərədə 
inzibati  məhkəmə  Ali  Məhkəmənin  tərkib  hissələrindən  biri 
kimi çıxış edir. 
2007-ci ildə aparılan islahatlardan biri də Tribunallar Şura-
sının əvəzinə qeyri -hökumət təşkilatı olan – İnzibati Ədliyyə və 
Tribunallar  Şurasının  yaradılması  oldu.  Məşvərət  xarakterli, 
qeyri  hökumət  təşkilatı  olan  -  İnzibati  Ədliyyə  və  Tribunallar 
Şurası  (AJTC),  həmçinin  elmi  tədqiqatların  prioritet  isti-
qamətləri  barədə  də  nazirliyə  öz  tövsiyələrini  verir.  İnzibati 
ədliyyə sisteminin ünsürləri arasındakı münasibətləri nəzarətdə 
saxlayan Şuranın üzvləri ayda bir dəfə iclasa toplanırlar. Şuranın 


218 
 
sədri  Ədliyyə  naziri  tərəfindən  üzvlərinin  arasından  təyin 
olunur
360
.  
Şuraya inzibati məhkəmə sisteminə mütəmadi nəzarəti təmin 
etmək, onların fəaliyyətinə dair illik məruzə hazırlayıb Ədliyyə 
Nazirliyinə  təqdim  etmək,  həmçinin,  tribunallar  sistemində  hər 
hansı bir dəyişikliyə ehtiyac olduqda müvafiq təkliflər hazırlamaq 
həvalə  olundu.  Şuranın  yaradılmasında  əsas  məqsəd  inzibati 
ədliyyə  sahəsindəki  pərakəndəliyi  aradan  qaldırmaq,  daha 
səmərəli inzibati ədliyyə sistemini formalaşdırmaqdan ibarət idi. 
 Beləliklə, XX əsrin ortalarından etibarən İngiltərədə fəaliyyət 
göstərən  tribunallar  2007-ci  ildə  aparılan  islahatlar  nəticəsində 
ölkənin məhkəmə mexanizminin tərkib hissələrinə  çevrildilər və 
məhkəmə  orqanları  sistemində  özünəməxsus  yer  tutdular.  Onlar 
ixtisaslaşdırılmış  məhkəmə  orqanı  kimi  hüququn  konkret 
sahələrində  yaranan  mübahisələri  həll  edirlər.  Burada  tribunallar 
inzibati orqanlardan inzibati məhkəmələrə keçid mərhələsini təşkil 
edirlər.  Hazırda  İngiltərədə,  Uelsdə,  Şotlandiyada  və  Şimali 
İrlandiyada geniş aidiyyət sahəsinə malik olan tribunallar fəaliyyət 
göstərir. Belə tribunallara - torpaq mübahisələri üzrə tribunalları, 
milli sığorta məsələləri üzrə tribunalları, gəlir vergisi, mənzil haqqı 
məsələləri, səhiyyə xidməti və s. məsələlərlə əlaqədar işlərə baxan 
tribunalları  aid  etmək  olar.  Bu  tribunallar  özlüyündə  inzibati 
məhkəmələrin ingilis – amerikan variantı kimi çıxış edir. 
Hər tribunalda işlərə baxılarkən fərqli prosessual qaydalar 
tətbiq edilir. Demək olar ki, hər tribunalın özünəməxsus proses-
sual  qaydaları  mövcuddur.  Bu  qaydalar  Tribunallar  Şurasının 
müvafiq  komitəsi  tərəfindən  hazırlanır  və  tətbiq  olunur.
361
 
                                                           
360
http://ajtc.justice.gov.uk/ 
361
http://www.justice.gov.uk/about/moj/advisory-groups/tribunal-procedure-committee 


219 
 
Tribunalların  yalnız  tətbiq  etdikləri  prosessual  qaydalar  deyil, 
aidiyyət  dairələri  və  müvafiq  olaraq  səlahiyyətləri  də  biri-
birindən fərqlənir. Onu da qeyd edək ki, fərqli xüsusiyyətlərinə
səlahiyyət dairələrinə, prosessual qaydalarına baxmayaraq, tri-
bunalların hamısı üçün ümumi olan bir sıra cəhətlər də vardır. 
Dünya Bankının məruzəsində tribunalların bu cür əsas xüsusiy-
yətlərinə aşağıdakılar aid edilmişdir
362


 
dövlətin heç bir qurumundan asılı olmaması; 

 
müəyyən sahələr üzrə ixtisaslaşma və peşəkarlıq; 

 
fərdi prosessual qaydalara malik olması; 

 
işlərə ictimaiyyətə açıq şəkildə baxılması; 

 
qəti  və  hüquqi  baxımdan  tətbiq  oluna  bilən  qərarlar 
vermək səlahiyyətinə malik olması; 

 
qəbul olunan qərarların əsaslandırılmış olması; 

 
qəbul olunan qərarlardan Ali Məhkəməyə apellyasiya 
şikayətinin mümkünlüyü. 
Xüsusilə qeyd edək ki, İngiltərədə çoxsaylı inzibati tribu-
nalların  fəaliyyət  göstərməsinə  baxmayaraq  burada  inzibati 
ədliyyənin  vahid  prinsipləri işlənib  hazırlanmamışdı.  Nəhayət, 
2010-cu  ildə  Şura  Böyük  Britaniyada  inzibati  ədliyyənin 
mahiyyətini müəyyənləşdirən 7 əsas prinsipi işləyib hazırladı.
363
 
Ölkədə  “yaxşı  (good)  inzibati  ədliyyənin”  əsaslanmalı  olduğu 
əsas  müddəalar  kimi  müəyyənləşdirilən  bu  prinsiplərə  aşağı-
dakılar aid edildi:  
1)  dövlət  xidmətlərinin  istehlakçılarına  və  onların 
tələbatlarına mühüm önəm verilməsi və onlara daima ədalətlə və 
                                                           
362
İngiltere, Galler, Fransa, Almanya ve Hollanda  İdari Yargı Sistemlerindeki Mahkeme Öncesi 
İşlemler.  Türkiye’de  idare  hukukunda  mahkeme  öncesi  işlemlerinin  olası  gelişimine  yönelik 
karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 19  
363
 Principles for Administrative Justice. AJTC, 2010, p.58 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə