Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə73/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   69   70   71   72   73   74   75   76   ...   123

226 
 
tərəfindən  mübahisəyə  baxılması  qaydası,  inzibati  proses  işti-
rakçılarının prosessual statusu müəyyən olundu. Cəmi 11 mad-
dədən ibarət olsa da, dolğun qanunvericilik aktı olan bu qanun 
öz mahiyyətinə görə inzibati məcəllə kimi də qiymətləndirilir. 
Burada məhkəmə presedentinə xüsusi önəm verilir. Ölkədə 
hər  il  300  cild  məhkəmə  praktikası  nəşr  olunur.
381
  Lakin, 
presedentə  münasibət  burada  nisbətən  sadə  olub,  məhkəmə 
təcrübəsinin  dəyişdirilməsinə  yol  verir.  Məhkəmələr  bu  və  ya 
digər  presedentin  hansısa  səbəb  üzündən  (sosial  dəyişikliklər, 
texniki qüsur və s.) tətbiqə yararsız olduğu barədə qərar çıxara 
bilərlər. Adətən, bu cür qərarlar cəmiyyətdə kütləvi rezonanslara 
səbəb  olur.  Məsələn,  Ali  Məhkəmə  1954-cü  ildə  (Brown  v. 
Board of Education of Topeka) işə baxarkən 1896-cı  il tarixli 
presedentin  tətbiq  olunmasından  imtina  edərək  ağ  dərili 
şəxslərlə  qara  dərili  afroamerikalıların  biri-birindən  təcrid 
olunmuş  şəkildə  təhsil  almasının  konstitusiyaya  zidd  olub, 
vətəndaş  hüquqlarının  pozulmasına  səbəb  olduğunu  müəy-
yənləşdirmişdi.
382
  Beləliklə,  köhnə  presedentin  ləğvi  də  yeni 
presedentin yaranmasına səbəb olmuşdu. 
Amerika  xalqı  öz  inzibati  hüququnu  fərdi  bürokratiyanın 
özbaşınalığından  müdafiə  edən  hüquq  normalarının  məcmusu 
kimi  qiymətləndirır.  Burada  hüquq  normaları  bərqərar  edilir, 
prinsiplər isə bu normaların əsasında formalaşır. Amerika alimi 
E.Freund  hələ  1928-ci  ildə  yazırdı  ki,  inzibati  hüquq  adminis-
trasiyanın yaratdığı hüquq sahəsi olmayıb, əksinə, onun özünə 
nəzarət edən hüquq sahəsidir.
383
 
                                                           
381
  Ümumi hüquq  və dövlət  nəzəriyyəsi.  Dərslik  /  V.V.  Lazarevin  redaktəsi  ilə.  Bakı:  Qanun, 
2006, s. 307  
382
Шумилов М.В. Правовая система США. М.: Международные отношения, 2006,  с. 46  
383
 Freund Е. Cases on Administration Law. St. Paul, 1928, p.1  


227 
 
Onu  da  qeyd  edək  ki,  ölkə  üzrə  vahid  qanunvericilik,  o 
cümlədən də prosessual qanunvericilik mövcud deyil. Ştatların 
əksəriyyətinin  öz  analoji  inzibati  –  prosessual  qanunları  oldu-
ğundan  ölkədə 50 ştat və 1 federal qanunvericilik sistemi fəa-
liyyət göstərir. Ədəbiyyatda göstərildiyi kimi, ölkə hüququndakı 
fərqlərin  çox  hissəsini  də  məhz  ştatların  qanunvericiliyi  ya-
radır.
384
 Onu da qeyd edək ki, hər ştatın inzibati qanunvericilik 
sisteminin  olmasına  baxmayaraq,  inzibati  hüquq  sahəsində 
federasiya  səviyyəli  normalar  ştatın  normaları  ilə  müqayisədə 
daha üstün qüvvəyə malikdir. 
Qeyd edək ki, 1946-cı il tarixli “İnzibati prosedur haqqın-
da” qanunda administrasiyanın fəaliyyətində  açıqlığı, şəffaflığı 
təmin etmək məqsədilə vətəndaşların məlumatlandırılması qay-
daları da təsbit olunmuşdur. Məqsəd onların fəaliyyətində aşkar-
lığın  təmin  olunmasından  ibarət  idi.  Çünki,  hər  bir  halda  açıq 
fəaliyyət daim ictimai nəzarətə açıq olur ki, bu da administrasiya 
ilə vətəndaşlar arasında qarşılıqlı məsuliyyət mexanizminin for-
malaşmasına  səbəb  olur.  Lakin,  qeyd  etməliyik  ki,  qanunda 
vətəndaşların  məlumatlandırılması  qaydasının  təsbiti  də  admi-
nistrasiyanın  fəaliyyətində  şəffaflığı,  vətəndaşların  məlumat 
azadlığını kifayət dərəcədə təmin edə bilmədi.  
Tədricən  inzibati  orqanların  səlahiyyətlərinin  artması  və  
cəmiyyətdə  yaranan  narahatlıqla  əlaqədar  olaraq  Konqres 
onların  fəaliyyətində  açıqlığın  təmin  olunmasına  yönəlmiş  bir 
sira  qanunlar  da  qəbul  etməli  oldu.  Bu  qanunları  da  məntiqi 
olaraq  “İnzibati  prosedur  haqqında”  qanunun  davamı  kimi  
qiymətləndirmək olar. Belə ki, “İnformasiya azadlığı haqqında” 
                                                           
384
 Ümumi hüquq və dövlət nəzəriyyəsi. Dərslik / V.V.Lazarevin redaktəsi ilə. Bakı: 
Qanun, 2006, s. 307  


228 
 
(1967),  “Mandamus  və  aidiyyət  haqında”  (1962  ),  “Şəxsi 
həyatın  toxunulmazlığı  haqqında”  (1974),  “Qərarların  ictimai 
nəzarətə açıq şəkildə qəbul olunmasına dair” (1976) qanunlarla 
“İinzibati  prosedur  haqqında”  qanunun  müddəaları  daha  da 
inkişaf  etdirildi.  Ölkədə  administrasiyanın  fəaliyyəti  üzərində 
ictimai  nəzarətin  gücləndirilməsi  üçün  real  zəmin  formalaş-
dırıldı. 
“Mandamus  və  aidiyyət  haqqında”  (1962)  qanunla  bütün 
federal məhkəmələr inzibati  yəni orqandan  öz hərəkətsizliyinə 
son qoymağı və qanunla etməli olduğu hərəkətləri etməsini tələb 
edən əmr (mandamus) qəbul etmək hüququ qazandılar.  
Qeyd  etmək  lazımdır  ki,  burada  aparılan  hüquqi  islahat-
larda, inzibati prosesin subyektlərinin dairəsinin formalaşdırıl-
masında məhkəmələrin də mühüm rolu olmuşdur. Belə ki, 60-cı 
illərdən başlayaraq, ölkədə ictimai tələbatlarla şərtlənən hüquqi 
islahatların  həyata  keçirilməsi  istiqamətində  məhkəmələrin 
normayaradıcı fəaliyyətində fəallaşma başlandı. Ştatlarda fəaliy-
yət göstərən məhkəmələr hökumət müəssisələrinin öz işçilərinin 
vətəndaşlara vurduqları zərərə görə maddi məsuliyyət daşıdığını 
müəyyənləşdirdilər, administrasiyanın qərarlarından məhkəmə-
yə şikayət verə bilən şəxslərin dairəsini isə əhəmiyyətli dərəcədə 
genişləndirdilər. 
Hazırda ABŞ-da məhkəmə sistemi, o cümlədən də inzibati 
məhkəmə  sistemi  ikili  səviyyədə  təşkil  olunur:  federasiya  və 
ştatlar  səviyyəsində.  Həm  federasiyanın,  həm  də  ştatların 
məhkəmə  sistemi  çoxpilləlidir.  Hər  ştatdakı  məhkəmənin 
yurisdiksiyası  müvafiq  olaraq  öz  ərazisi  ilə  məhdudlaşır.  Hər 
ştatda  minimum  bir  apellyasiya  məhkəməsi  fəaliyyət  göstərir. 
Bəzi  ştatlarda  isə  (məsələn,  Texas,  Kaliforniya,  Arizona) 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə