Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə75/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   71   72   73   74   75   76   77   78   ...   123

232 
 
inzibati  yurisdiksiya  hesab  olunur.
387
  Belə  ki,  ölkədə  inzibati 
tribunallar fəaliyyət göstərsə də, onlar məhkəmə hakimiyyətinin 
müstəqil qolu hesab olunmurlar. 
Maraqlıdır  ki,  N.Y.Xamanyova    İngiltərədə  və  ABŞ-da 
mövcud olan inzibati ədliyyə sistemlərini tədqiq edərək onların 
dövlət  hakimiyyətinin  icra  və  məhkəmə  qollarının  kəsiyində 
fəaliyyət  göstərdiyini qeyd edərək bunu uğurlu hal  hesab edir. 
Müəllifin fikrincə, administrasiya ilə fəal qarşılıqlı əlaqə onlara 
baxılan işin mahiyyətinə daha yaxşı bələd olmağa imkan verir, 
ümumi  məhkəmələrin  nəzarəti  altında  işə  baxılması  mübahi-
sənin qanun baxımından düzgün həllinə xidmət edir
388

Hesab  edirik  ki,  müəllifin  bu  fikri  ilə  razılaşmaq  olmaz. 
Tribunalların  qərarlarından verilən şikayətlərə ümumi məhkə-
mə sistemindəki yuxarı məhkəmənin baxdığı bu modeldə inzi-
bati ədliyyə mühakimə funksiyasından daha çox inzibati funk-
siya daşıyır və məhz idarəetmə fəaliyyətinin vasitəsilə inzibati 
mübahisələrin həllinə nail olur.  
Anqlo-sakson  hüquq  sisteminə  malik  olan  ölkələrdən  biri 
kimi, Yeni Zelandiyada da inzibati ədliyyə kifayət qədər mürək-
kəb  hüquqi  təzahür  kimi  çıxış  edir.  Burada  “inzibati  ədliyyə” 
anlayışı  ədliyyənin  doktrinada  müəyyənləşdirilmiş  mühüm 
dəyərləri ilə qarşılıqlı əlaqəli olan ümumiləşdirici anlayış kimi 
çıxış edir.  
Burada  inzibati  ədliyyənin  anqlosakson  modeli  fəaliyyət 
göstərsə də, inzibati məhkəmə icraatının sistemi öz çevikliyinə 
görə B.Britaniyadan fərqlənir. Ölkədə inzibati ədliyyə orqanları 
üçün prosedurların və vətəndaşların tələbatlarından, beynəlxalq 
                                                           
387
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 63  
388
  Хаманева  Ю.Н.  Защита  прав  граждан  в  сфере  исполнительной  власти.  М.: 
ИГИП РАН, 1997, с. 128-129  


233 
 
standartlara  inteqrasiyadan,  cari  siyasi  fəaliyyətin  istiqamət-
lərindən  asılı  olaraq  mübahisələrin  həll  olunması  üsullarının 
müxtəlifliyi də buna bariz sübutdur.  
Müasir Yeni Zelandiyanın inzibati ədliyyə sisteminin inzi-
bati  hüquqa  dair  kontinental  görüşlərə  nisbətən  yaxınlaşdığını 
söyləmək  olar.  Burada  inzibati  ədliyyənin  institusional  struk-
turuna  Ali  Məhkəmənin  İnzibati  bölməsi,  inzibati  tribunallar, 
formal  və  qeyri  -  formal  baxış  keçirən  institutlar,  parlament 
komissiyaları  və  müstəqil  komissiyalar,  tövsiyə  təqdim  edən 
orqanlar  (  bunlara  Vaytanqi  Tribunalı  da  aiddir)  və  “kollektiv 
inzibati ədliyyə” daxildir. 
Yeni Zelandiyada inzibati tribunallar ölkə üzərində Brita-
niya  hökmranlığı    zamanı  yaranan  mübahisəli  işlərə  baxmaq 
üçün yaradılmışdır. Lakin, bu tribunallar inzibati ədliyyənin heç 
bir konkret modeli ilə bağlı olmamışdır. Hazırda ölkədə yüzdən 
çox  ixtisaslaşdırılmış  tribunal  fəaliyyət  göstərir.  Onların 
səlahiyyət dairəsi kifayət qədər geniş olub, ekoloji planlaşdırma, 
immiqrasiya, sosial təminat, güzəştlər, vergi və s. kimi müxtəlif 
sahələrdə  dövlət  orqanları  ilə  vətəndaşlar  arasında  yaranan 
mübahisələri  əhatə  edir.  Bu  tribunalların  fəaliyyəti  “Yeni  Ze-
landiyada  resursların  idarə  olunmasına  dair”  1991-ci  il  tarixli 
qanuna  əsasən  təşkil  olunur.  Burada  tribunalların  fəaliyyətini 
tənzimləyən qaydalar sistemləşdirilməyib, inzibati proses vahid 
aktla  tənzimlənmir  və  hər  tribunalda  işə  baxılmasının  konkret 
qaydası hər proses üçün fərdi şəkildə tribunalın sədri tərəfindən 
müəyyən olunur. 
Məhkəmə hakimiyyətinin müstəqilliyi ölkənin konstitusiya 
qruluşunun əsas prinsiplərindən biri olduğu üçün ölkədə siyasi 
müdaxilədən azad ədliyyə sistemi fəaliyyət göstərir. Qeyd edək 
ki,  Yeni  Zelandiyada  mövcud  inzibati  ənənələr  daha  çevik  və 


234 
 
səmərəli  idarəetmə  üsullarının  formalaşdırılmasında  vasitəçi 
kimi çıxış edir. 
Aparılan  islahatlar  nəticəsində  tribunalların  əksər  hissəsi 
Yeni Zelandiyanın Ədliyyə Nazirliyinin tabeçıliyinə keçmişdir. 
Yeni  Zelandiyanın  inzibati  ədliyyə  sistemini  xarakterizə  edən 
cəhətlərdən biri də dünyadakı heç bir modeldə mövcud olmayan 
unikal inzibati ədliyyə orqanı olan – Vaytanqi Tribunalının möv-
cudluğudur.  Onun  xüsusi  əhəmiyyəti  Böyük  Britaniya  kral 
hakimiyyətinin  nümayəndələri  ilə  ölkənin  yerli  sakinləri  olan 
milli  azlıqlar  arasındakı  mübahisələrin  dinc  yolla  tənzimlə-
məsində ifadə olunur. Vaytanqi müqaviləsinə əsasən, adı çəkilən 
tribunala    Böyük  Britaniya  Tacının  qanuni  maraqları  ilə  yerli 
əhali  arasında  balansın  yaradılması,  fiziki  şəxslərin  və  təş-
kilatların hüquqlarının inzibati özbaşınalıqlardan müdafiə olun-
ması, tövsiyə və məsləhətlərin verilməsi üçün məhdud səlahiy-
yətlərə malik olan tədqiqat orqanı kimi anlayış verilir.
389
 
Məlumdur  ki,  vətəndaş  hüquqlarının  xüsusi  təşkilati-hü-
quqi  təminat  üsullarından  biri  də  ombudsmandır.  Ombudsman 
insan  hüquq  və  azadlıqlarını  müdafiə  edir,  lakin  məhkəmə 
hakimiyyətinə  daxil  deyildir
390
.  Yeni  Zelandiyada  inzibati 
ədliyyə  sisteminin  özünəməxsus  cəhətlərindən  biri  də  burada 
ombudsmanın  inzibati  ədliyyənin  institusional  sisteminə  aid 
olunmasıdır.  Burada  ombudsman  mərkəzi  və  yerli  dövlət 
orqanlarının  inzibati  hərəkətlərindən  və  qərarlarından  verilən 
şikayətləri tədqiq edən “müstəqil tədqiqatçı” kimi çıxış edir.  
                                                           
389
 Шмелев В.И. Административная юстиция в Новой Зеландии. Автореф. дисс. 
… канд. юр. наук. М., 2012, с. 9  
390
Əsgərov  Z.A.  Konstitusiya  hüquq:.  Dərslik.Bakı:  Bakı  Universiteti  nəşriyyatı, 
2006, s. 132  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə