Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə71/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   67   68   69   70   71   72   73   74   ...   123

220 
 
hörmətlə yanaşılması;  
2)  insanlara  müstəqil,  açıq  və  özlərinə  uyğun  gələn  pro-
sedur qaydalardan istifadə etməklə qərarları mübahisələndirmək 
və özlərinə vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək 
imkanının verilməsi
3)  insanların  dolğun  şəkildə  məlumatlandırılmasını  təmin 
etmək və onlara öz problemlərini mümkün qədər çevik və əsaslı 
şəkildə həll etmək imkanının yaradılması; 
4)  qərarların  əsaslandırılmış,  qanuni  olması  və  vaxtında 
qəbul edilməsi; 
5) fəaliyyətin uzlaşdırılmış və ardıcıl xarakterli olması; 
6) fəaliyyətin proporsional və səmərəli olması; 
7) fəaliyyətdə ən yüksək davranış standartlarına əsaslanma, 
şəxsi təcrübə əsasında öyrənməyə səy göstərməklə yanaşı mün-
təzəm olaraq təkmilləşmə. 
Göründüyü kimi, bu prinsiplər vətəndaşların inzibati məh-
kəmə icraatına daha asan çıxışını, mübahisələrin ədalətli, əsaslı 
və  qanunauyğun  şəkildə  həll  olunmasını  nəzərdə  tutmaqla  öl-
kədə inzibati məhkəmə icraatının əsas istiqamətlərini müəyyən-
ləşdirməyə də xidmət edir. Şuranın yaradılmasında da əsas məq-
səd məhz bu sistemin ədalətli, açıq və səmərəli fəaliyyətini tə-
min etməkdən ibarət idi.
364
  
Qeyd  edək  ki,  Dünya  Bankının  hesabatında  haqlı  olaraq 
Böyük  Britaniyada  inzibati  məhkəmələrlə  İnzibati  Ədliyyə  və 
Tribunallar Şurası inzibati məhkəmə sisteminin “düşüncə quru-
mu” kimi qiymətləndirilmişdir.
365
 
                                                           
364
 Tribunals, Courts and Enforcement Act 2007. Schedule 7 (13) (1) 
365
İngiltere, Galler, Fransa, Almanya ve Hollanda  İdari Yargı Sistemlerindeki Mahkeme Öncesi 
İşlemler.  Türkiye’de  idare  hukukunda  mahkeme  öncesi  işlemlerinin  olası  gelişimine  yönelik 
karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 22  


221 
 
İnzibati ədliyyənin anqlosakson modelindən bəhs edərkən 
onu  da  qeyd  etmək  lazımdır  ki,  burada  inzibati  aktın  məqsədi 
kimi  ünsürə  mühüm  önəm  verilir.  İngilis  hüququnda  məqsəd 
ünsürü  bütün  inzibati  aktların  təməl  ünsürü  hesab  olunur. 
İnzibati orqanın aktı ictimaiyyətə fayda vermək üçün deyil, şəxsi 
və ya siyasi məqsədlərlə qəbul edildiyi təqdirdə əsas məqsədin-
dən  kənara  çıxmış  hesab  olunur.  Bu  hal  ingilis  inzibati  hüqu-
qunda  “səlahiyyətin  aşılması”  (ultra  vires  )  kimi  qiymətləndi-
rilir. 
366
 Qeyd edək ki, Böyük Britaniyada inzibati məhkəmənin  
konstitusion əsaslarından birini də məhz “ultra vires” doktrinası 
təşkil edir.
 
 
A.V.  Dicey  “İntroduction  to  the  Study  of  the  Law  of  the 
Constitution”  adlı  əsərində  “ultra  vires”  doktrinasını  sistem-
ləşdirərək onun mahiyyətinin məhkəmələrin inzibati orqanların 
öz  səlahiyyətlərini  aşıb-aşmadığını  müəyyənləşdirməsindən 
ibarət olduğunu göstərirdi
367
.  
Qeyd edək ki, ingilis doktrinasında bəzi müəlliflər məhkə-
mələrin  “ultra  vires”  səlahiyyətlərinin  genişlənməsini  uyğun-
laşdırılmış “ultra vires”
368
, bəziləri isə “common law” baxımın-
dan
369
  şərh  etməyə  çalışırlar.  Uyğunlaşdırılmış  “ultra  vires” 
yanaşmasına görə qanunverici orqan istədiyi zaman presedentlə 
yaradılan müddəaların tətbiqini qanunlarla əngəlləyə bilər. Belə 
                                                           
366
 Karamustafaoğlu T. İngiliz İdare Hukuku ve Ultra Vires Doktrini. Ankara Üniversitesi Hukuk 
Fakultesi Dergisi. Ankara: Ajans-Türk Matbaası, 1964, s. 48 
367
 Dicey V.A. İntroduction to the Study of the Law of the Constitution. Ninth Edition. London: 
Macmillan,1948, p. 377  
368
 Forsyth C. Of Fig Leaves and Fairy Tales: The Ultra Vires Doctrine, the Sovereignty of Par-
liament and Judicial Review. Judicial Review and the Constitution. Oxford and Portland Oregon. 
North America: Hart Publishing, 2000, p. 30 ; Elliot M. The Ultra Vires Doctrine in a Constitu-
tional Setting: Still the Central Principle of Administrative Law // Judicial Review and the Con-
stitution. Oxford and Portland Oregon. North America: Hart Publishing, 2000, p. 99  
369
Elliot M. The Ultra Vires Doctrine in a Constitutional Setting: Still the Central Principle of 
Administrative Law // Judicial Review and the Constitution. Oxford and Portland Oregon. North 
America: Hart Publishing, 2000,  p. 99 


222 
 
olan halda isə məhkəmələr də bu qanunlara əməl etməlidirlər. 
370
 
Göründüyü  kimi,  uyğunlaşdırılmış  “ultra  vires”  yanaşması 
inzibati  məhkəmə  icraatında  parlament  dominantlığını  qəbul 
edir.  Qeyd  edək  ki,  A.V.  Dicey  də  öz  dövründə  parlament 
dominantlığını inzibati mühakimənin konstitusiyon əsaslarından 
biri kimi qiymətləndirirdi
371
.  
M.K.Elliott uyğunlaşdırılmış “ultra vires”-in ümumi hüquq 
(common  law  )  sisteminə  çox  bənzədiyini  göstərir  və 
məhkəmələrin hər hansı bir aktın hüquqauyğunluğunu yoxlamaq 
kimi səlahiyyətinin olduğunu yazır
372
. Müəlliflərdən T.R.Allan 
isə  onun  mövqeyini  dəstəkləsə  də,  bu  iki  yanaşmanı  biri-
birindən  ayıran  elə  də  mühüm  xüsusiyyətlərin  olmadığını 
vurğulamışdır.
373
 
P.P.Greyq isə uyğunlaşdırılmış “ultra vires” - in qanunve-
rici  orqanın  ümumi  iradəsini  ifadə  etdiyini  və  onun  “common 
law”  modelinə  daha  çox  yaxınlaşdığını  xüsusi  olaraq  qeyd 
edir.
374
 
Beləliklə, İngiltərədə hüquqla ədalət mühakiməsinin vahid-
liyi,  məhkəmə  presedenti  və  statut  hüququ  dominant  mövqe 
tutur,  inzibati  ədliyyə  orqanlarının  sistemi  çoxsaylı  subyekt-
lərdən  ibarət  olub,  prosessual  qaydalardakı  sistemsizlik  və 
xüsusi  məhkəmə  icraatının  mövcud  olmaması  ilə  xarakterizə 
                                                           
370
 Erhürman T. Birleşik Krallık idare hukukunda ultra vires. Doğu Akdeniz Üniversitesi Hukuk 
Fakültesi Dergisi, 2012, № 61 (2), s. 601 
371
 Dicey V.A. İntroduction to the Study of the Law of the Constitution. Ninth Edition. London: 
Macmillan,1948, p. 371 
372
 Elliot M. The Ultra Vires Doctrine in a Constitutional Setting: Still the Central Principle of 
Administrative Law // Judicial Review and the Constitution. Oxford and Portland Oregon. North 
America: Hart Publishing, 2000,  p. 83-107 
373
 Allan T.R.S. The Rule of Law as the Foundation of Judicial Review. Judicial Review and the 
Constitution. Oxford and Portland Oregon. North America: Hart Publishing, 2000, p. 413 
374
 Craig P.P. FBA. Competing Models of Judicial Review. Judicial Review and the Constitution. 
Oxford and Portland Oregon. North America: Hart Publishing, 2000, p. 375-376 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə