Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə67/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   63   64   65   66   67   68   69   70   ...   123

208 
 
metodlarından istifadə edir. İngilis hüququna əsasən, məhkəmə 
qərarında müəyyənləşdirilmiş qaydalar sonralar meydana çıxan 
analoji mübahisələrə dair işlərin baxılmasında tətbiq olunmazsa 
ümumi hüququn sabitliyi pozular və o, təhlükə qarşısında qalar. 
Hətta,  presedentlə  hakimin  şəxsi  inancı,  daxili  inamı  arasında 
ziddiyyət yaransa da hakim presedentin tətbiqindən imtina edə 
bilməz
339
. Təəssüf ki, bu, bəzi hallarda inzibati orqanla vətəndaş 
arasındakı  mübahisəni  həll  edən  hakimin  öz  qərarını  yalnız 
presedentə istinad etməklə əsaslandırmasına da səbəb ola bilir. 
Təsadüfi deyil  ki,  ingilis hakimlərindən biri işə baxarkən elan 
etməyə  hazırlaşdığı  qərarın  düzgünlüyünü  heç  nə  ilə  əsaslan-
dırmaq iqtidarında olmasa da, presedentə riayət etməyə borclu 
olduğunu etiraf etmişdi
340

Yeri gəlmişkən qeyd edək ki, ingilis hüquqşünası R.Uolker 
qərarın aşağı məhkəmələr üçün məcburi olan və hüquq norması 
kimi  qiymətləndirilən  hissəsini  “məhkəmənin  müəyyənləşdir-
diyi faktlarla əlaqədar yaranan hüquqi məsələlərə tətbiq olunan, 
qərarın əsaslandığı ziddiyyətlər” kimi anlayış verir
341
. Belə deyə 
bilərik  ki,  anqlosakson  hüquq  sistemində  ədalət  qanunveri-
cilikdə təsbit  olunmuş  hüquq normalarının sisteminə deyil, bu 
sistemin  əsasını  təşkil  edən  məhkəmə  qərarlarına  (presedent-
lərinə) əsaslanır.  
Maraqlıdır  ki,  inzibati  mübahisəyə  baxılarkən  presedent-
lərin  kolliziyası  halı müşahidə olunduqda isə qanuna üstünlük 
verilir.  Qanun  presedenti  ləğv  edə  bilər.  Hakim  inzibati 
                                                           
339
 Дячук И.М. Судебный прецедент как резултат судебного правотворчества. Восточно-
Казахстанский  государственный  университет 
http://www.rusnauka.com/  17_AVSN_2012/ 
Pravo /9_110729.doc.htm
 
340
 Кросс Р. Прецедент в английском праве. М., 1985  
341
Английская судебная система / Пер. с англ. Т.В.Апарова. Отв. ред. Ф.М.Решетников.  
М.: Юрид. лит., 1980, c.47
 


209 
 
mübahisəyə baxarkən analoji məhkəmə prezedentini tapa bilmə-
dikdə  statut  hüququna  müraciət  edir.  Burada  məhkəmə  pre-
sedenti ilə yanaşı, statut hüququnun da özünəməxsus rolu vardır. 
Statut  hüququnun  normalarında  müvafiq  münasibətlərin  tən-
zimlənməsi  nəzərdə  tutulmadığı  təqdirdə,  hakim  özü  müvafiq 
hüquq  normasını  yaratmaqla  kvaziqanunverici  funksiyasını 
həyata keçirir. Ədəbiyyatda haqlı olaraq qeyd  edilir ki,  ingilis 
məhkəməsi statut hüququna münasibətdə daha geniş imkanlara 
malikdir
342
.  Onu  da  qeyd  edək  ki,  ingilis  hüquqşünaslarının 
keçmişdə  olduğu  kimi,  müasir  dövrdə  də  qanunvericinin 
formalaşdırdığı  normalara  münasibətləri  birmənalı  deyildir. 
Onlar bu normalara riayət etməli olduqda özlərini pis hiss edir 
və  tez  bir  zamanda  bu  normaları  hüquq  tətbiqetmə  aktı  olan 
məhkəmə  qərarlarında  əritməyə  çalışırlar.
343
  Bu  səbəbdən  də  
məhkəmələr  tərəfindən  hüququn  normalarının  yalnız  tətbiq 
olunmadığı,  həm  də  yaradıldığı  anglosakson  hüquq  sisteminə 
“məhkəmə təcrübəsi hüququ” da deyilir. 
Beləliklə, hakimlərin qanuna tabe olduğu və onu yalnız şərh 
etmək imkanına malik olduqları roman-german hüquq sistemin-
dən  fərqli  olaraq,  anqlo-sakson  hüquq  sistemli  ölkələrdə  ha-
kimlər  öz  qərarları  ilə  hüququ  yaratmaq  imkanına  da  malik 
olurlar. Qeyd edək ki, inzibati məhkəmə icraatının anqlo-sakson 
modelində məhkəmə presedentinin dominanat rolu ilə əlaqədar 
olaraq məhkəmələr dövlətin idarəetmə sistemində də həlledici 
rol  oynayırlar.  Dövlət  idarəetməsində  həyata  keçirilən  norma-
yaradıcılıq  fəaliyyəti  məhkəmələr  tərəfindən  yaradılan  hüquq 
                                                           
342
 Ümumi hüquq və dövlət nəzəriyyəsi. Dərslik / V.V.Lazarevin redaktəsi ilə. Bakı: 
Qanun, 2006, s. 306 
 
 
343
 Давид Р. Основные правовые системы современности / Перевод В.А.Тума-
нова. М.: Прогресс, 1988 


210 
 
normalarına nisbətən ikinci dərəcəli, tamamlayıcı xarakter kəsb 
edir.  
Anqlo-sakson  hüquq  sistemli  ölkələrdə  inzibati  orqanlar 
mövcud olsa da, onların qruluşu və fəaliyyəti inzibati hüquqla 
deyil,  ölkənin  ümumi  hüququ  ilə  tənzimlənir.
344
  Bu  ökələrdə 
ümumi  hüquqdan  ayrı,  müstəqil  bir  inzibati  hüquq  və  ixtisas-
laşdırılmış  məhkəmələr  tərəfindən  həyata  keçirilən,  məhkəmə 
icraatının müstəqil qolunu təşkil edən inzibati məhkəmə icraatı 
mövcud  deyildir.  Həmin  ölkələrdə  ümumi  hüquqdan  fərqli 
xüsusiyyətlərə  malik  “inzibati  hüquq”  mövcud  olmadığı  üçün 
inzibati orqanlara da fərdlərə tətbiq olunan ümumi hüquq tətbiq 
olunur,  inzibati  mübahisələrə  ümumi  məhkəmələr  baxır  və 
onların  sistemindən kənarda xüsusi inzibati məhkəmələr möv-
cud  olmur.  Çünki,  məhkəmə  sistemi  vahiddir
345
,  yəni,  həm 
fərdlərə, həm də inzibati orqanlara qarşı qaldırılan iddialara eyni 
məhkəmə icraatı qaydalarına uyğun baxılır. 
İnzibati  ədliyyənin  anqlo-sakson modelini  İngiltərə təcrü-
bəsində araşdırmaq fikrimizcə, daha məqsədəuyğundur.  
İlk növbədə onu qeyd edək ki, ingilis hüququnun normaları 
İngiltərənin  ali  məhkəmə  instansiyalarının  çıxardıqları  qərar-
ların  əsas  hissəsindən  götürülən  müddəalardır.  Hələ  XI  əsrdə 
burada  vahid  hüquqi  müstəvinin  yaradılması  məqsədilə  kral 
məhkəmələri (curia regis) yaradılmışdı. Məhz, bu məhkəmələrin 
qərarları ilə tədricən bütün ölkə ərazisində məcburi əhəmiyyət 
kəsb edən normalar işlənib hazırlandı. Bu normaların məcmusu 
isə ümumi hüququ (Common Law) təşkil etdi. 
                                                           
344
 Gözler K. İdare Hukukuna Giriş. Üncüncü Baskı. Bursa: Ekin Kitabevi Yayınları, 
2005,  s.  250  ;    Gözler  K.,  Kaplan  G.  İdare  Hukuku  Dersleri.  XII    baskı.  Bursa: 
EkinYayın evi, 2012,  s. 9-24   
345
 Bénoit P.F. Le droit administratif français. Paris: Dalloz, 1968, p. 71  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə