Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə63/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   59   60   61   62   63   64   65   66   ...   123

195 
 
Qeyd etmək lazımdır ki, inzibati məhkəmə icraatı qəfildən 
formalaşan,  dəqiq  struktura,  əvvəlcədən  müəyyənləşdirilmiş 
imperativ  məzmuna,  konkret  funksiyalara  malik  olan  təzahür 
deyildir. O, müxtəlif dövlətlərdə fərqli inkişaf mərhələlərindən 
keçmişdir.  Məlum  olduğu  kimi,  hər  bir  ölkədə  vətəndaş  hü-
quqlarının müdafiəsi mexanizmi tarixi şərait və ictimai inkişafın 
tələbatları  nəzərə  alınaraq  formalaşdırılır.
316 
İnzibati  məhkəmə 
icraatı  da  vətəndaş  hüquqlarının  müdafiəsi  mexanizmi  kimi 
konkret dövrdə mövcud olan ictimai tələbatla, hüquq düşüncəsi 
və  hüquq  mədəniyyəti,  idarəetmənin  qruluşu  ilə  əlaqədar 
təşəkkül tapmış və mürəkkəb inkişaf mərhələlərindən keçmişdir. 
Nəticədə onun strukturu, təşkilati əsasları, metodları ilə yanaşı 
funksional məzmunu da mühüm dəyişikliklərə məruz qalmışdır. 
Yarandığı vaxtla müqayisədə müasir dövrdə bu institut tam 
fərqli  mahiyyət  kəsb  edir.  Belə  ki,  ilk  vaxtlar  yalnız  obyektiv 
hüququn  müdafiəsinə  yönələn  inzibati  məhkəmə  icraatı  tədri-
cən,  vətəndaşların  subyektiv  hüquqlarının  real  müdafiə  mexa-
nizminə  çevrilmişdir.  XIX  əsrin  ikinci  yarısından  etibarən 
inzibati məhkəmə icraatı vətəndaşların  yalnız hüquqlarının de-
yil,  həm  də  mənafelərinin  müdafiəsinə  xidmət  etməyə  başla-
mışdır.  XXI  əsrin  açıq  demokratiyası  üçün  səmərəli  inzibati 
ədliyyə mühüm əhəmiyyət kəsb edir
317

  
XX əsrin əvvəllərində inzibati ədliyyənin praktiki təşkilinə 
iki  yanaşma  mövqeyi  meydana  çıxdı:  birinci  mövqeyə  görə 
vahid ədliyyə doktrinasına uyğun olaraq ümumi hüquqdan irəli 
                                                           
316
 Чечот М.Д. Административная юстиция. Теоретические проблемы. Л.: Изд-
во Ленингр. Ун-та, 1973 ; Боботов С.В. Административная юстиция Франции: 
доктрина и практика // Советское государство и право, 1981, № 6, с. 127-132 
317
  Securing  Fairness  and  Redress:  Administrative  Justice  at  Risk?  Administrative  
Justice & Tribunals Council. 81 Chancery Lane. London WC2A 1BQ – 2011, s. 7 


196 
 
gələn  məsələlər  ümumi  məhkəmələrin  səlahiyyətinə  verilməli 
idi.  Digər  mövqeyə  görə  isə  onlar  inzibati  məhkəmələr  dok-
trinasına  əsasən  idarəetmənin  daxilində  yaranan  mübahisələr 
xüsusi  inzibati  kollegiyaların  səlahiyyətinə  aid  edilməli  idi. 
Nəzəri  fikrin  bu  iki  istiqamətinə  müvafiq  olaraq  İngiltərədə, 
Şimali  Amerikanın  ştatlarında,  İsveçrədə,  Norveçdə  və  Bel-
çikada  vahid  inzibati  ədliyyə  sistemi,  Fransada,  İspaniyada, 
Portuqaliyada,  Prussiyada  və  digər  alman  dövlətlərində  isə 
xüsusi kollegiyalar sistemi (idarəetmə daxilində) yaradıldı
318

Qeyd etmək lazımdır ki, inzibati məhkəmə icraatı dövlətin 
öz vətəndaşlarının hüquq və azadlıqlarına təzyiq göstərdiyi yer-
də və vaxtda yaranmışdır. Məhz, inzibati məhkəmə icraatı xü-
susi hüquqi mexanizm kimi hakimiyyət orqanları ilə vətəndaşlar 
arasında balansı təmin  etməklə onların  hüquq və maraqlarının 
əsassız müdaxilələrə məruz qalmasına imkan vermir. 
Bildiyimiz kimi, hüququn digər sahələri ilə yanaşı, inzibati 
hüququn da əsas mənbəyi konstitusiyadır. Konstitusiya hüquqi 
tənzimləmənin  əsas  prinsiplərini,  ölkənin  məhkəmə  qruluşunu 
və qanunvericilik sistemini müəyyənləşdirir. Bir çox qərb ölkə-
lərinin    hüquq  sistemi  onların  təsiri  altında  formalaşan  inkişaf 
etməkdə  olan  dövlətlərin  konstitusiyalarında  inzibati  ədliyyə 
institutu  öz  təsbitini  tapmamışdır.  Məsələn,  ABŞ,  Yaponiya, 
Belçika,  İspaniya,  Rumıniya  və  bir  sıra  digər  ölkələrin  kons-
titusiyalarında  inzibati  ədliyyə  institutu  təsbit  olunmayıb.  Bir 
çox  dövlətlərin  konstitusiyasında  isə  sadəcə  olaraq,  inzibati 
ədliyyənin ali orqanlarının adlarına rast gəlmək olur. Məsələn, 
                                                           
318
 Рязановский В.А. Единство процесса. М.: Городец, 1996, с. 37  


197 
 
Almaniyanın,  Fransanın,  Bolqarıstanın,  Çexiyanın  konsti-
tusiyasında  inzibati  ədliyyənin  ali  orqanlarına  dair  müddəalar 
nəzərdə tutulmuşdur
319
.
 
 
İnzibati ədliyyənin məhkəmə hakimiyyətinin müstəqil qolu 
kimi, başda özünün ali məhkəməsi olmaqla fəaliyyət göstərdiyi 
ölkələrə Almaniyanı misal göstərə bilərik. İnzibati məhkəmələr 
haqqında 1960-cı il tarixli əsasnaməyə əsasən, burada konstitu-
siya-hüquqi  mübahisələrdən  başqa  ümumi-hüquqi  xarakterli 
bütün digər mübahisələr inzibati məhkəmələrə aiddirlər. 
Konstitusiyalarnda  inzibati  məhkəmələrin  adı  çəkilməyən 
ölkələrdə bu məhkəmələr ya ümumi yurisdiksiya məhkəmələri 
sisteminin qolu qismində fəaliyyət göstərirlər, ya onların funk-
siyalarını ümumi yurisdiksiya məhkəmələri həyata keçirir, ya da 
bu funksiyalar ixtisaslaşdırılmış inzibati məhkəmələrlə ümumi 
yurisdiksiya məhkəmələri arasında bölüşdürülür.  
Bir sıra ölkələrdə inzibati ədliyyə ixtisaslaşdırılmış inzibati 
məhkəmələr,  digərlərində  ümumi  məhkəmələr,  başqa  qrup 
ölkələrdə isə idarəetmə orqanlarının sisteminə aid olsa da, kva-
ziməhkəmə  hesab  olunan  orqanlar  tərəfindən  həyata  keçirilir. 
Məsələn, İngiltərə və ABŞ-da inzibati tribunallar, Avstriya, Bel-
çika, Bolqarıstan, Yunanıstan, Almaniya, İtaliya, Polşa, Portu-
qaliya, Türkiyə, Finlandiya, Fransa, İsveç kimi ölkələrdə ixtisas-
laşdırılmış  inzibati  məhkəmələr  fəaliyyət  göstərdiyi  halda, 
Macarıstanda  və  Slovakiyada  ümumi  məhkəmələrin  struktu-
runda ixtisaslaşdırılmış inzibati palatalar və kollegiyalar fəaliy-
yət  göstərir.  İspaniya,  Niderland,  Sloveniya,  Çexiya,  İsveçrə 
kimi  ölkələrdə  isə  inzibati  ədliyyəni  ümumi  məhkəmələrin 
                                                           
319
Конституционное (государственное право) зарубежных стран. В 4 т. Тома 1–
2. Часть общая. Учебник  / Отв. ред. проф. Б.А.Страшун. М.: БЕК, 2000  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə