Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə61/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   57   58   59   60   61   62   63   64   ...   123

189 
 
modellərinin, onların xüsusiyyətlərinin və inkişaf proseslərinin 
araşdırılması bu institutun fərqli modellərinə, onların müsbət və 
mənfi cəhətlərinə dair elmi biliklər əldə etməyə imkan verə bilər. 
Məlumdur ki, konkret dövrün tarixi xüsusiyyətləri cəmiy-
yətin inkişafının səviyyəsi ilə müəyyən edilir. Hər bir dövlətin 
inzibati-hüquqi sistemi müasir inkişaf tendensiyaları ilə yanaşı, 
onun fərdi inkişaf xüsusiyyətlərini də özündə əks etdirir. İnzibati 
hüququn hər hansı bir institutunun yaranması və ya sıradan çıx-
ması ölkədə mövcud olan obyektiv şəraitdən, ictimai tələbatdan 
asılı  olur.  Buna  görə  də  ictimai  qaydanın  və  ümumi  rifahın 
mərkəzləşdirilmiş qaydada təmininə ehtiyac olmadığı dövrlərdə 
inzibati hüququn yaranmasına da heç bir sosial zəmin mövcud 
olmamışdır. 
Məhkəmə nəzarətinin spesifik növü olan inzibati məhkəmə 
icraatı  inzibati  orqanların  qanun  çərçivəsində  fəaliyyət  göstər-
məsini təmin edərək inzibati orqanların fəaliyyətində qanunçu-
luğun  və  intizamın  mühüm  təminatı,  vətəndaşların  pozulmuş 
hüquqlarının və qanuni mənafelərinin bərpa vasitəsi, həm də icra 
hakimiyyəti  ilə  məhkəmə  hakimiyyətinin  qarşılıqlı  əlaqə  me-
xanizmi kimi çıxış edir. Onun formalaşması prosesi uzun olub, 
mürəkkəb  inkişaf  mərhələlərindən  keçmişdir.  Qeyd  edək  ki, 
mütəxəssislərin bu institutun anlayışı, xüsusiyyətləri, modelləri 
barədə fikirləri üst-üstə düşmədiyi kimi, yaranma vaxtı barədəki 
fikirləri də biri-birinə uyğun gəlmir.  
Mütləqiyyət  dövründə  sərt  idarəçilik  qaydalarının  müəy-
yənləşdirilməsi, müntəzəm ordunun formalaşdırılması, adminis-
trasiyanın  geniş səlahiyyətlər qazanması və nəhayət, vətəndaş-
ların hüquqlarının və qanunla qorunan maraqlarının mütəmadi 
şəkildə vəzifəli şəxslər tərəfindən pozulması inzibati məhkəmə 
icraatının meydana çıxması zərurətini üzə çıxarmışdır. Belə ki, 


190 
 
elmi  hüquq  ədəbiyyatında  qeyd  olunduğu  kimi,  məhkəmə  ha-
kimiyyəti, dövlət həyatının və ictimai həyatın hüquqi əsaslarını 
kimin  törətməsindən  asılı  olmayaraq  hər  hansı  hüquq  pozun-
tusundan mühafizə etmək səlahiyyətinə malikdir.
302
 
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  məhkəmə  icraatının 
formalarından  biri  olan  inzibati  məhkəmə  icraatının  yaranma 
vaxtı və yeri barədə elmdə vahid fikir mövcud deyildir. Belə ki, 
bir  sıra  mənbələrdə  inzibati  məhkəmə  icraatının  XVIII  -  XIX 
əsrlərdə Fransada təşəkkül tapdığı,
303
 digər mənbələrdə isə onun 
tarixinin qədim və orta əsr Avropa ölkələrindən başlandığı israr 
edilir.
304
  N.Q.Salişeva  isə  yazır  ki,  inzibati  ədliyyə  ideyası  ilk 
dəfə  burjua  cəmiyyətində  meydana  çıxmış,  özünün  sonrakı 
inkişafını isə Fransada, Almaniyada və Avstriyada tapmışdır.
305
 
Bir  qrup  müəlliflər  (məsələn,  M.M.Kovalevski,  F.V.Ta-
ranovski) onun tarixini qədim və orta əsrlər dövründəki Avropa 
ölkələri ilə bağlayırlar
306
.  
Fikrimizcə,  həqiqətən  də  inzibati  məhkəmə  icraatının  ilk 
rüşeymləri qədim və orta əsrlər dövrünə təsadüf edir. Bildiyimiz 
kimi,  hələ  qədim  Yunanıstanda  və  Romada  azad  insanın  hü-
quqları  vəzifəli  şəxslərin  özbaşınalığından  qorunurdu.  Həmin 
dövrdə hələ subyektiv hüquqlar haqqında məsələ nəzəri cəhətdən 
müzakirə olunmasa da şəxsiyyətin azadlığı mühüm dəyər hesab 
                                                           
302
 Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Qanun, 2007, s. 56  
303
Yargı  raporu.  Demokratikleşme  sürecinde  yargı  kurumları.  Stratejik  düşünce  enstitüsü. 
Ankara: Öncü  basımevi, 2010,  s. 27  
304
Aslanov  M.S.  Azərbaycanda  inzibati  ədliyyə.  Bakı:  Azərnəşr,  2009;  Ковалевский  М.М. 
Опыты по истории  юрисдикции налогов во Франции с XIX  века  до  смерти Людовика 
XIV. T.1. M., 1876; Тарановский В.Ф. Отзыв на сочинение С.А.Корфа / Административная 
юстиция в России, СПб., 1910, т. 1-2, с. 19-204; Хомяков Г.А. Административный суд в 
РФ. Kазанский Государственный Университет, 2001 
305
 Салищева Г.Н. Гражданин и административная юрисдикция в СССР.  М.: Наука, 1970 
306
  Ковалеский М.М. Опыты по истории юрисдикции налогов во Франции с ХIХ века до 
смерти Людовика 14. Т.1. М., 1876, с. 6-7; Тарановский В.Ф. Отзыв на сочинение С.А. 
Корфа "Административная юстиция в России" (Т. 1-2. СПб., 1910 ). Юрьев, 1910, с. 19-20
 


191 
 
olunurdu  və  idarə  edənlərin  özbaşınalığından  qorunurdu.  Ədə-
biyyatda  göstərilir  ki,  Afinada  azad  şəxsiyyətin  toxunulmazlığı 
hüququ qanunla qorunurdu. Hər bir yüksək seçkili vəzifəli şəxs 
öz  vəzifəsinin  icrasına  başlamazdan  öncə  and  içirdi  ki, 
məhkəmənin hökmü olmadan heç kimi həbs etməyəcək
307

Romanın Respublikasının vətəndaşları apellyasiya hüququ-
na  malik  olmaqla  hakimiyyət  orqanlarının  özbaşınalığından 
qorunurdular. Romada Respublika dövründə vətəndaşa konsul, 
pretor və ya digər vəzifəli şəxs tərəfindən maddi və ya mənəvi 
zərər  yetirildikdə  o,  müdafiə  üçün  xalq  yığıncağına  müraciət 
edirdi.  Bu  hüququ  müasir  dövrümüzün  “inzibati  şikayət 
hüququ”nun ilk forması da hesab etmək olar. Roma hüququnda 
cavabdehin şəxsiyyəti üzrə verilən iddialar özlüyündə iki növə 
ayrılırdı: actiones in rem (əşya iddiaları) və actiones in personam 
(şəxsi  iddialar).  Əşya  iddiaları  da  öz  növbəsində  üç  qrupa 
bölünürdü:  1.  actiones  rei  persecutoriae  (pozulmuş  əmlak 
hüquqlarının  bərpasına  yönələn  iddialar);  2.  actiones  poenales 
(cavabdehin  cəzalandırılması  məqsədilə  cərimə  tələbinə  dair 
iddialar); 3. actio mixtae (vurulmuş zərərin ödənilməsinə və eyni 
zamanda da cavabdehin cəzalandırılmasına yönələn iddialar)
308

Ədəbiyyatda  haqlı  qeyd  olunur  ki,  qədim  Yunanıstanın 
polis-şəhərlərinin  və  Roma  respublikasının  qanunvericiliyi 
“vəzifəli  şəxs-vətəndaş”  hüquq  münasibətləri  problemini 
müəyyən dərəcədə həll edərək birinci subyektin hakimiyyətdən 
sui  istifadə  etməklə  ikinci  subyektin  hüquqlarını  pozmasına 
imkan vermirdi
309
.  
                                                           
307
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 9  
308
 Иск в гражданском судопроизводстве. Сборник / Под ред. О.В.Исаенковой. М.: Волтерс 
Клувер, 2009,  с. 78 
309
  Абдраимов  Б.Ж.  Административная  юстиция:  Соотношение  моделей  и  выбор  цели. 
Юрист, 2003, № 12 / http\\www. Law. edu.ru. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə