Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə60/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   56   57   58   59   60   61   62   63   ...   123

185 
 
aşağıdakı  məsələlərin  də  əhatə  olunması  məqsədə  müvafiq 
olardı: 
1) subyektiv hüquq və vəzifələr, azadlıqlar; 
2)  qanunla  qorunan  şəxsi  maraqlar  və  ictimai  tələbatdan 
irəli gələn ümumi maraqlar; 
3) inzibati aktların qanuniliyi; 
4) inzibati aktların məntiqə uyğunluğu
5) inzibati aktların inzibati orqanların səlahiyyəti hüdudla-
rında qəbul olunması; 
6)  inzibati  aktların  prosedur  qaydalarına  riayət  etməklə 
qəbul olunması; 
7) inzibati hərəkətlər; 
8) normativ xarakterli aktların qanunauyğunluğu; 
9) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi; 
10)  vurulmuş  ziyana  görə  kompensasiyanın  ödənilməsi 
tələbi və s. 
Beləliklə, inzibati-hüquqi  mübahisə inzibati  orqanla fiziki 
şəxs  arasında  qanunla  qorunan  maraqların  münaqişəsindən, 
hüquqların  pozulmasından  irəli  gələn  ziddiyyətlərin  mövcud-
luğu ilə xarakterizə olunan kompleks maddi-prosessual inzibati 
hüquq  münasibətidir.  Onun  yaranması  istənilən  halda  konkret 
inzibati  hüquq  münasibəti  tərəflərinin  birində  digər  tərəfin 
hərəkəti (hərəkətsizliyi) ilə özünün hüquqlarının və ya qanunla 
qorunan  maraqlarının  pozulması,  yaxud  gələcəkdə  pozulacağı 
barədə  təsəvvürün  formalaşması  ilə  əlaqədardır.  Onun  ədalətli 
həlli  isə  cəmiyyətdə  inzibati  məhkəmə  icraatının  nüfuzunun 
formalaşmasına səbəb olur. Məhz bu səbəbdəndir ki, demokratik 
cəmiyyətlərdə  inzibati  hüquqi  mübahisələrin  həcmi  və  növləri 
müntəzəm olaraq artır, məzmununa görə mürəkkəbləşir, məhkə-
mələrdə isə bu cür işlərin sayında artım tendensiyası müşahidə 


186 
 
olunur.    Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının 
inzibati-iqtisadi məhkəmələrində baxılan inzibati işlərin sayında 
da  müvafiq  artım  tendensiyası  özünü  göstərir  ki,  bunu  həyata 
keçirilən  məhkəmə  icraatının  səmərəli  və  operativ  olması  ilə 
əlaqələndirmək olar.
298
 
Bununlada  bu  fəsildə  apardığımız  araşdırmanı  ümumi-
ləşdirərək  belə  bir  qənaətə  gələ  bilərik  ki,  inzibati  məhkəmə 
icraatı ümumi idarəetmə sahəsində inzibati orqanların fəaliyyəti 
ilə əlaqədar yaranan inzibati mübahisələrin baxılıb həll olunması 
vasitəsilə vətəndaşların hüquqlarının, azadlıqlarının və qanunla 
qorunan  mənafelərinin  səmərəli  müdafiəsini  təmin  etməklə 
yanaşı, inzibati orqanların fəaliyyətinin qanuniliyinə məhkəmə 
nəzarətini həyata keçirməklə inzibati icraat təcrübəsinin təkmil-
ləşdirilməsinə,  həmçinin  inzibati  orqanların  mövcud  inzibati 
praktikaya uyğun hərəkət etməsinə, inzibati icraatın Azərbaycan 
Respublikasının  Konstitusiyasında  və  Azərbaycan  Respubli-
kasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tu-
tulmuş  prosessual  təminatlar,  habelə  hüququn  və  hüquqi  döv-
lətin  hamılıqla  qəbul  olunmuş  prinsipləri  əsasında  həyata 
keçirilməsinə  zəmin  olan  etibarlı  hüquqi  müdafiə  və  nəzarət 
mexanizmidir. 
 
 
 
 
                                                           
298
  2013-cü  il  ərzində  ədalət  mühakiməsinin  həyata  keçirilməsi,  insan  hüquqlarının 
qorunması  sahəsində  2  saylı  bakı  İnzibati-İqtisadi  məhkəməsinin  gördüyü  işlərin 
vəziyyəti,  qarşıda  duran  vəzifələr  barədə  Ümumiləşdirmə  /2  saylı  Bakı  İnzibati-
İqtisadi Məhkəməsinin arxivi. 2014 
 


187 
 
III FƏSİL 
 
İNZİBATIİ MƏHKƏMƏ İCRAATININ ƏSAS 
MODELLƏRİ 
 
3.1.  İnzibati  məhkəmə  icraatının  modellərinin  ümumi 
səciyyəsi 
 
Siyasi  motivlərlə  əlaqədar  nisbətən  gec  meydana  çıxan 
inzibati hüquq idarəetmənin, icra hakimiyyəti orqanlarının təş-
kili və fəaliyyəti prosesində meydana çıxan hüquq münasibətləri 
ilə  yanaşı,  ümumilikdə  inzibati  orqanların  və  onların  vəzifəli 
şəxslərinin  fəaliyyətini  də  tənzimləyir.  Bu,  inzibati  hüququn 
dövlətin  məzmunu  ilə  sıx  bağlı  olmasından  irəli  gəlir.  Çünki, 
inzibati  hüquq həm  də insan və vətəndaşların hüquqlarının və 
qanunla  qorunan  mənafelərinin  inzibati  orqanlar  tərəfindən 
pozulmasının qarşısını almağa xidmət edir.  
Hüquq ədəbiyyatında haqlı qeyd olunur ki, insan hüquqları 
baxımından  əhəmiyyət  kəsb  edən  pozuntular  daha  çox  dövlət 
məmurlarının törətdiyi pozuntulardır
299
.
 
 
İnzibati orqanların fəaliyyətində hüquq  pozuntuların qar-
şısının alınmasında və onların hüquqi çərçivədə fəaliyyət  gös-
tərməsinin təmin olunmasında inzibati məhkəmə icraatının rolu 
əvəzsizdir. Məhz buna görədir ki, inzibati orqanların və onların 
vəzifəli şəxslərinin fəaliyyətində özbaşınalığa, vətəndaş hüquq-
larının və mənafelərinin pozulmasına yol verilməməsinə xidmət 
edən  inzibati  məhkəmə  icraatı  inzibati  hüququn  mərkəzi 
                                                           
299
Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 33   


188 
 
institutlarından biri olmaqla yanaşı, hüquqi dövlətin də mühüm 
əlamətlərindən biri hesab olunur. 
Qloballaşma  və  inteqrasiya  proseslərinin  milli  hüquq  sis-
temlərinin biri-birinə qarşılıqlı təsirinin artmasına səbəb olduğu, 
siyasi  sistemin  və  hüquq  sisteminin  demokratik  prinsiplərə 
əsasən inkişaf etdiyi müasir dövrdə hər hansı bir institut kimi, 
inzibati  məhkəmə  icraatının  da  müqayisəli  təhlili  mühüm 
əhəmiyyət kəsb edir. Belə ki, akademik R.Ə.Mehdiyevin qeyd 
etdiyi  kimi,  bu  gün  qloballaşma  dünya  proseslərinin  ümumi 
nizamına, iqtisadiyyata, siyasətə və sosial – mədəni məkana yeni 
düzəlişlər  edir.
300
  Bu  cür  düzəlişlər  dövlətin  funksiyalarını, 
prioritetlərini,  eləcə  də  milli  dövlətçiliyin  inkişafını  müsbət 
istiqamətdə dəyişdirə bildiyi kimi, hüquq sisteminin təkmilləş-
dirilməsinə, fərdin hüquq və azadlıqlarının daha etibarlı təminat 
mexanizminin  formalaşdırılmasına,  dövlət  quruculuğunun  hü-
quqi  əsaslarının  möhkəmləndirilməsinə,  cəmiyyətin  daha  da 
demokratikləşməsinə  xidmət  edən  institutların  da  meydana 
çıxmasına  səbəb  olur.  Həmin  institutlardan  birini  də  hüquqi 
dövlətin  mühüm  atributlarından  biri  olan  inzibati  məhkəmə 
icraatı təşkil edir. 
Hələ XX əsrin əvvəllərində rus alimi N.D.Serqiyevski haqlı 
olaraq  elmi  tədqiqatlarda  yalnız  milli  hüquqla  məhdudlaşma-
mağı,  zəruri  mənbə  kimi,  digər  ölkələrin  də  hüquq  sistemini 
araşdırmağı tövsiyə edirdi
301
. Müasir inkişaf mərhələsində hü-
ququn  müxtəlif  institutlarının,  o  cümlədən  də,  inzibati  müha-
kimə  icraatının  müxtəlif  xarici  ölkələrdə  təşəkkül  tapmış 
                                                           
300
Mehdiyev Ə.R. XXI əsrdə milli dövlətçilik. Bakı: “XXI” Yeni nəşrlər evi, 2003, s. 
70 (248 s.) 
301
 Сергеевский Д.Н. Русское уголовное право. Часть общая: пособие к лекциям. 
СПб.: Тип. М.М.Стасюлевича, 1913, c. 2-3 (397 c.)
 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə