Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə56/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   52   53   54   55   56   57   58   59   ...   123

173 
 
yaranan inzibati hüquqi  aktı “örtülü  rədd qərarı” kimi  qiymət-
ləndirir
270
.  M.Ə.Günday  da  idarəetmə  orqanlarının  barəsində 
məhkəməyə  şikayət  verilə  bilən  aktlarının  qəbulu,  yaxud,  hə-
rəkətin  edilməsi  barədə  müraciətlə  bağlı  hərəkətsizliyini 
“üstüörtülü rədd qərarı” kimi qiymətləndirir
271
. A.E.Akyazan da 
qanunla müəyyən olunan müddət ərzində idarənin müraciətə heç 
bir iradə ifadəsini bildirməməsini rədd qərarı hesab edir
272

Qanunvericilik  də  bu  mövqedən  çıxış  edərək  inzibati  or-
qanların  hərəkətsizliyini    vətəndaşların  inzibati  iddialarının 
predmetindən biri kimi müəyyən etmişdir. AR İPM-də inzibati 
orqanın  hərəkətsizliyindən  müdafiəyə  dair  iddialar  qismində 
məcburetmə haqqında iddialar
273
  və inzibati orqanların hərəkət-
sizliyi  nəticəsində  vurulmuş  ziyana  görə  kompensasiyanın 
ödənilməsi tələbinə dair iddialar
274
 nəzərdə tutulmuşdur. 
İddiaçı  arzuladığı  inzibati  aktın  qəbulundan  cavabdeh 
tərəfindən  imtina  edildiyi  hallarda,  həmçinin,  cavabdehin 
hərəkətsizliyi  səbəbindən  (hərəkətsizliyə  qarşı  iddia)  inzibati 
aktın  qəbul  edilmədiyi  hallarda  məcburetmə  haqqında  iddia 
vasitəsi ilə məhkəməyə müraciət edir. İnzibati orqanın şikayətlə 
müraciət edən şəxsə 1 ay ərzində cavab verməməsi şikayətçinin 
tələbinin  qəbul  edilməməsi  hesab  olunur
275
.    İnzibati  orqanın 
hərəkətsizliyindən müdafiə  ilə  bağlı iddia müddəti  AR İPM-in 
39-cu  maddəsində  müəyyən  olunub.  Həmin  maddəyə  əsasən 
                                                           
270
Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 207   
271
 Günday M. İdare hukuku. Ankara: İmaj Yayınçılık, 1997, s. 11 
272
 Akyazan A.E. Maddî açidan idari işlemler / TBB Dergisi, 2009, sayı 85, s. 228  
273
  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi.Bakı:  Qanun,  2013, 
s.15 
274
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.15 
275
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.37 


174 
 
inzibati  orqana  müraciətin  edildiyi  və  ya  şikayətin  verildiyi 
vaxtdan  35  gün  keçənədək  (qanunvericiliklə  daha  qısa  və  ya 
daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) 
məhkəmədə iddia qaldırılmasına yol verilmir.  
2. İnzibati orqanın öz səlahiyyət həddini aşması. 
Məlum  olduğu  kimi,  ümumi  (publik)  hüquq  sahəsinə  aid 
olan  müəyyən  (konkret)  məsələni  nizama  salmaq  və  ya  həll 
etmək  məqsədilə  qəbul  edilmiş  və  ünvanlandığı  hüquqi  və  ya 
fiziki  şəxs  (şəxslər)  üçün  müəyyən  hüquqi  nəticələr  yaradan 
qərar,  sərəncam  və  ya  digər  növ  hakimiyyət  tədbirində  iradə 
ifadə etmək səlahiyyəti olan orqanlar inzibati orqanlardır. Lakin, 
bu hal onların istənilən məsələ ilə bağlı inzibati akt qəbul etmək 
səlahiyyətinə malik olduğuna dəlalət etmir. Təsadüfi deyildir ki, 
qanunvericilikdə  məhz  inzibati  icraatı  həyata  keçirən  və 
müvafiq  inzibati  aktı  qəbul  etmək  səlahiyyəti  olan  inzibati 
orqanlar inzibati icraatın iştirakçıları sayılır
276

İnzibati  hüquqda  “səlahiyyət”  anlayışı  ictimai  qayda  ilə 
birbaşa  əlaqədar  anlayış  olub,  inzibati  orqanların  səlahiyyət-
lərinin qanun çərçivəsindən kənara çıxmamasını nəzərdə tutur. 
İnzibati orqan iradəsini ifadə edərkən öz səlahiyyətlərindən çıxış 
etməlidir.  İnzibati  orqanın  səlahiyyəti  dedikdə,  onun  həm 
baxılan məsələnin predmeti baxımından, həm də ərazi aidiyyətı 
baxımından səlahiyyətli olması nəzərdə tutulur.  
İnzibati orqan yalnız öz səlahiyyəti çərçivəsinə daxil olan 
məsələlərlə bağlı iradə ifadəsini açıqlaya bilər. Qanunda inzibati 
orqanların  aidiyyət  qaydalarını  müəyyənləşdirən  maddədə 
xüsusilə  qeyd  olunur  ki,  inzibati  orqanlar  qanunla  onların 
                                                           
276
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.17 


175 
 
səlahiyyətinə  aid  edilmiş  işlər  üzrə  inzibati  icraatı  həyata 
keçirirlər
277
.  İnzibati  orqan  müraciətə  baxılması  ilə  əlaqədar 
səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə 
borcludur
278
.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa, 
inzibati  orqan  onun  səlahiyyətlərinə  aid  olan  məsələlər  üzrə 
müraciətlərə  baxmağa,  həmin  müraciətlər  üzrə  müvafiq  qərar 
qəbul  etməyə  və  ya  məlumat  verməyə  borcludur.
279
  Ərizəyə 
baxılması  və  həmin  ərizə  üzrə  müvafiq  inzibati  aktın  qəbul 
edilməsi  başqa  inzibati  orqanın  səlahiyyətlərinə  aid  olduğu 
halda, inzibati  orqan  ərizənin  daxil olduğu vaxtdan  ən geci  10 
gün  müddətində  ərizəni  və  ona  əlavə  olunmuş  sənədləri 
səlahiyyətli inzibati orqana göndərməlidir. Müvafiq səlahiyyəti 
olmayan  inzibati  orqan  tərəfindən  qəbul  edilmiş  inzibati  akt 
etibarsız sayılır
280

 Qeyd  edək  ki,  ədəbiyyatda  da  səlahiyyət  həddi  aktın 
qanunilik meyarlarından biri hesab olunur. S.F. Demirqol haqlı 
olaraq inzibati orqanın səlahiyyət həddini inzibati aktın qanuna-
uyğunluğunun  əsas  meyarlarından  biri  kimi  qiymətləndirir
281
.  
F.S.Mehdiyevin fikrincə, inzibati hüquqi aktın qanuni və etibarlı 
ola  bilməsi  üçün  onun  məzmununu  təşkil  edən  iradəni 
səlahiyyətli şəxs ifadə etməlidir
282

                                                           
277
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.4
 
278
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.4 
279
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı: 
Qanun,2013, s.9-10 
280
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.30 
281
 Demirkol S. Iptal davasında idari işlemin beş ünsürü. s.66. http://dergi.sayistay.-
gov.tr/icerik/der29m5.pdf   
282
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 213    


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə