Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə59/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   55   56   57   58   59   60   61   62   ...   123

182 
 
Təsadüfi  deyil  ki,  şəxsin  aktın  qanuniliyinə  dair  müba-
hisənin  həllində  maraqlı  olması  məhkəmənin  həmin  inzibati 
iddianı qəbul etməsinin zəruri şərti kimi müəyyənləşdirilmişdir. 
Qeyd edək ki,  iddiaçının mübahisənin  həllində  maraqlı olması 
öz təbiətinə və məzmununa görə vətəndaşların hüquq və azad-
lıqlarına, qanuni maraqlarına toxunmayan aktların mübahisələn-
dirilməsinə  yol  verilməməsinə  də xidmət  edir. A.Q. Hoyxbarq 
bu barədə haqlı olaraq qeyd edirdi ki, iddiaçı öz iddiasının həl-
lində  maraqlı  deyilsə  məhkəmə  onun  iddiasını  qəbul  etmə-
məlidir
296
. 
Bir məsələni  də qeyd etmək lazımdır ki, iddiaçının inzibati 
məhkəməyə ərizə ilə müraciət edərkən mübahisələndirilən aktın 
onun hansı  hüquqlarını  və maraqlarını pozduğunu göstərməyə 
borclu olması məhkəmə baxışında onun subyektiv hüquqlarına 
və maraqlarına dair məsələlərə də baxılacağına dəlalət etmir. AR 
İPM-də  birbaşa  göstərilir  ki,  bu  tələb  yalnız  iddianı  verərkən 
irəli sürülür. Keçirilən məhkəmə baxışında subyektiv hüquqların 
pozulması digər hallarla yanaşı, yalnız mübahisələndirilən aktın 
qanuniliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edə bilər.  
Maraq meyarının əhəmiyyətini qeyd etməklə yanaşı, onu da 
vurğulamalıyıq ki,  şəxsi maraq meyarını inzibati məhkəmə icra-
atının  başlanmasının  yeganə  əsası  hesab  etmək  olmaz.  Çünki, 
inzibati  orqanın  ümumi  (publik)  hüquq  sahəsinə  aid  olan 
müəyyən  (konkret)  məsələni  nizama  salmaq  və  ya  həll  etmək 
məqsədilə  qəbul  etdiyi  inzibati  akt  siyasi,  iqtisadi  və  sosial 
sferada  yaranan  ictimai  münasibətlərlə  yanaşı,  ümumi  ma-
raqlara,  ictimaiyyət  üçün  əhəmiyyətli  olan  ümumi  tələbatlara 
toxunan münasibətləri də tənzimləyir.   
                                                           
296
 Гойхбарг А.Г. Курс гражданского процесса. Л., 1928, с. 109 


183 
 
Deməli,  iddiaçının  şəxsi  marağı  olmasa  da,  onun  qanunla 
qorunan  şəxsi  maraqlarına  ziyan  vurulmasa  da,  müstəsna 
hallarda publik hüquqdan irəli gələn bəzi mübahisələr əsasında 
da  inzibati  məhkəmə  icraatının  qaldırılması  mümkündür.  Bu 
zaman  iddiaçının  şəxsi  marağının  olmaması  səbəbindən 
məhkəmənin  inzibati  iddianı  qəbul  etməməsi  publik  hüquq 
sahəsində münaqişələrin dərinləşməsinə səbəb ola bilər. Belə ki, 
məsələn,  bir  qrup  şəxs  özlərinin  maraqlarına  toxunmasa  da, 
ictimai  maraqlar  naminə  inzibati  orqanların  fəaliyyətinin 
müəyyən  sferasında  maraqlı  ola,  inzibati  orqanların  bu  və  ya 
digər aktlarından narazı qala bilərlər.  
Məsələn,  uşaq  hüquqlarının  qorunması,  təbiətin  mühafi-
zəsi, tütünün zərərinin təbliği və s. məşğul olan şəxslər öz şəxsi 
maraqları  pozulmasa  da,  inzibati  orqanların  hərəkəti  (hərəkət-
sizliyi)  və  ya  aktları  onlarda  narazılıq  yaratdığı  halda  ictimai 
müraqlar  naminə  inzibati  məhkəməyə  iddia  ilə  müraciət  edə 
bilərlər.  Bu,  inzibati  mübahisənin  yalnız  şəxsi  deyil,  həm  də 
ictimai  və  dövlət  maraqlarının  müdafiə  vasitəsi  kimi  çıxış 
etdiyini  bir  daha  təsdiq  edir.  Yeri  gəlmişkən  qeyd  etmək 
lazımdır ki, Yaponiya qanunvericiliyində inzibati iddiaların bir 
növünü  də  məhz  bu  cür  ictimai  maraqlara  əsaslanan  “xalq 
iddiaları” təşkil edir. 
Nəzərə  almaq  lazımdır  ki,  Avropa  Şurasının  təsiri  ilə 
formalaşan inzibati hüquqi doktrinada “actio popularis” adlan-
dırılan  və    ictimai  maraqlara  əsaslanan  inzibati  iddia  ümum-
avropa  standartı  kimi  qəbul  olunmur.  Onun  qanunvericilikdə 
təsbit  edilib-edilməməsi  hər  ölkənin  milli  qanunvericiliyinin 
mülahizəsinə  aid  edilir.  Buna  görə  də  Avropanın  bir  çox 
dövlətlərində, eləcə də inzibati ədliyyənin fransa modelini qəbul 
edən  ölkələrdə  “actio  popularis”  müstəqil  inzibati  iddia  kimi 


184 
 
qəbul olunmur. Almaniya qanunvericiliyi də yalnız qəbul olun-
muş inzibati aktla hüquqları pozulmuş şəxsin inzibati iddia ilə 
məhkəməyə  müraciət  etməsinə  yol  verərək  “actio  popularis”i 
qəbul etmir
297

Hesab edirik ki, AR İPM-də inzibati hüquqi mübahisənin 
anlayışının  verilməməsi  inzibati  işlərin  aidiyyət  meyarlarının 
müəyyənləşdirilməsinə  də  öz  neqativ  təsirini  göstərir.  Aidiy-
yətin düzgün müəyyənləşməsi  üçün predmetin  dəqiq  müəyyən 
olunması  vacibdir.  Aidiyyət  məsələsinin  düzgün  müəyyən-
ləşdirilməməsi  təcrübədə  həm  məhkəmə  orqanları,  həm  də  id-
diaçı üçün çətinliklər yaradır, vaxt itkisinə, mübahisənin həllinin 
uzanmasına səbəb olur. Bu məsələ ilə əlaqədar məhkəmə təcrü-
bəsində bir sıra anlaşılmazlıqlar da yaranır. Fikrimizcə, inzibati 
mübahisənin  anlayışı,  əlamətləri,  tərkib  elementləri  qanun-
vericilik  səviyyəsində  dəqiqləşdirilərsə,  məhkəmələr  arasında 
aidiyyət qaydaları ilə bağlı anlaşılmazlıqlara da son qoyular.  
Hesab edirik ki, AR İPM-də inzibati hüquqi mübahisənin 
anlayışı  və  predmeti  müəyyənləşdirilməlidir.  Fikrimizcə,  inzi-
bati  mübahisənin  anlayışı  formalaşdırılarkən  yalnız  inzibati 
hüquq münasibətlərindən deyil, publik xarakterli digər  hüquq 
münasibətlərindən irəli gələn mübahisələrin də əhatə olunması 
məqsədəuyğun olardı. Çünki, inzibati icraat qaydasında inzibati 
orqanların  çıxardığı  inzibati  akt  yalnız  inzibati  hüquq  müna-
sibətlərinə  deyil,  ümumi  (publik)  hüquq  sahəsinə  aid  olan 
müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək 
məqsədilə  qəbul  edilən  hakimiyyət  tədbiridir.  Fikrimizcə, 
inzibati  hüquqi  mübahisənin  predmetinin  genişləndirilməsi  və 
                                                           
297
 Зоммерман К.П., Старилов Ю.Л. Административное судопроизводство (юс-
тиция)  в  Германии.  История  развития  и  основные  черты  //  Государство  и 
право,1999, № 7, с. 70-77 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə