Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə62/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   58   59   60   61   62   63   64   65   ...   123

192 
 
M.S. Aslanov yazır ki, orta əsrlər dövründə də inzibati əd-
liyyənin  ünsürlərinə    təsadüf  olunmuşdur
310
. XVIII əsrin orta-
larında İngiltərədə barışıq hakimi vəzifəsini tutan şəxs idarəetmə 
və inzibati ədliyyə funksiyalarını həyata keçirir, sakinlərin vergi, 
polis və digər dövlət orqanları ilə mübahisələrini həll edirdi
311

Feodalizm dövründə Fransada, Almaniyada, İtaliyada vətəndaş-
ların  ümumi  (publik)  hakimiyyət  orqanlarının  hərəkətlərindən 
verdikləri şikayətlərə ümumi məhkəmələr baxırdı.  
Qərbi Avropa ölkələrində “inzibati ədliyyə” XIX əsrdə ge-
niş vüsət aldı. Vətəndaşların inzibati məhkəmə icraatı vasitəsilə 
öz  hüquqlarını  müdafiə etmək  imkanı  1875  –  ci  ildə  Avstriya 
qanunvericiliyində,  1899-cu  ildə  isə  İtaliya  qanunvericiliyində 
təsbit olunmuşdur. 
Beləliklə, inzibati məhkəmə icraatının ilkin rüşeymləri orta 
əsrlər dövründə mövcud olsa da, o, bir institut kimi, XIX əsrdə 
Avropada  geniş  yayılmış  hüquqi  dövlət  konsepsiyası  ilə 
əlaqədar təşəkkül tapmışdır. Çünki, mənşəyi qədim yunan şəhər-
polislərinə  təsadüf  edən  hüquqi  dövlət  konsepsiyası  dövlətlə 
şəxsiyyət  arasındakı  əlaqələrin  məzmununu  ifadə  etməklə 
yanaşı, insanın hüquq və azadlıqları ilə də sıx təmasdadır.  
Bildiyimiz  kimi,  hüquqi  dövlətin  mühüm  əlamətlərindən 
birini inzibati hakimiyyətin məhz qanun çərçivəsində və qanuna 
zidd olmayan üsullarla fəaliyyət göstərməsi təşkil edir. Z.A.Əs-
gərov  haqlı  olaraq  hüquqilik  əlamətinin  dövlət  hakimiyyətinin 
məhdudlaşdırılmasını şərtləndirdiyini və bu məhdudlaşdırmanın 
dövlətin  özbaşınalığının  qarşısını  almağa  xidmət  etdiyini 
                                                           
310
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 15  
311
 Ковалевский М. история полицейской администрации (полиция безопасности) и поли-
цейского суда в английских графствах с древнейший времен до смерти Эдуарда III . Прага, 
1877, с. 189 


193 
 
yazır.
312
  Ş.Gözüböyük  isə  göstərir  ki,  demokratik  cəmiyyətdə 
inzibati  orqanların  özlərini  hüquq  müddəlarına  bağlı  hesab 
etməsi,  bu  müddəalardan  kənara  çıxdıqda  isə  sanksiya  ilə 
üzləşməsi  hüquqi  dövlət  ideyasının  zəruri  ünsürü  və  eyni 
zamanda təbii nəticəsidir.
313
 
Beləliklə,  inzibati  orqanların  özbaşınalığının  qarşısını 
almaq, onların qanun çərçivəsində fəaliyyət göstərməsini təmin 
etmək  zərurətinin  meydana  çıxması  ilə  əlaqədar  olaraq  XIX 
əsrdə  Qərbi  Avropanın  bir  sıra  ölkələrində  (Fransada, 
Almaniyada, İspaniyada, İtaliyada, Hollandiyada, Belçikada və 
s.)  inzibati  məhkəmələr  yaradıldı  və  kontinental  inzibati 
ədliyyənin nəzəri əsasları formalaşdırıldı. 
XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  burjua  cəmiy-
yətindəki sosial-iqtisadi proseslər nəticəsində formalaşan sosial 
dövlət  nəzəriyyəsinin  inkişafı  ilə  əlaqədar  inzibati  məhkəmə 
icraatı institutu daha da möhkəmləndi. Belə ki, sosial dövlətin 
mahiyyəti  cəmiyyətdə  yalnız  idarəetmə  qaydasının  və  şəxsi 
hüquq  və  azadlıqların  toxunulmazlığını  deyil,  həm  də  vətən-
daşlara  sosial  və  iqtisadi  hüquq  və  azadlıqlar  təqdim  etməklə 
onların müəyyən rifah səviyyəsini təmin etmək öhdəliyini də öz 
üzərinə  götürür.  Təsadüfi  deyildir  ki,  XVIII  –  XIX  əsrlərin 
görkəmli  mütəfəkkirləri  –  T.Hobbs,  İ.Kant,  G.  Hegel  ədaləti 
dövlətin öz vətəndaşları qarşısında üzərinə götürdüyü ən mühüm 
öhdəlik kimi qiymətləndirirdilər.   
Dövlətin sosial dövlətə keçidlə əlaqədar öz üzərinə bir sıra 
əlavə  öhdəliklər  götürməsi  müvafiq  olaraq  onun  aparatının 
böyüməsini,  inzibati  orqanların  səlahiyyətlərinin  artmasını  və 
                                                           
312
 Əsgərov Z.A. Konstitusiya hüququ. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, s. 90  
313
 Gözübüyük Ş.A. Amerika ve Türkiye’de  İdarenin  Kazai  Denetlenmesi. Ankara: 
Ankara Univers. Siyasal Bilgiler Fakültesi Yayınları, 1961, s. 20   


194 
 
dövlət qulluqçularının sayının çoxalmasını da zərurətə çevirdi. 
Ədəbiyyatda göstərildiyi kimi, sosial dövlət prinsipi idarəetmə 
orqanlarına yeni öhdəliklər yükləməklə onun fəaliyyət sahəsini 
genişləndirdiyi  kimi,  səlahiyyətlərini  də  artırdı.
314 
Nəticədə 
sosial  dövlətə  keçidlə  əlaqədar  dövlətlə  fərdlərin  mənafelərin 
toqquşması, vətəndaşın hüquq və azadlıqlarının administrasiya 
nümayəndələrinin  qanunsuz  hərəkətləri  nəticəsində  pozulması 
üçün əlavə zəminlər də meydana çıxdı. Bunların qarşısını almaq 
üçün  səmərəli  təsir  və  nəzarət  mexanizmlərinin,  icraat  üsul-
larının müəyyənləşdirilməsi dövrün zərurətinə çevrildi. Ədəbiy-
yatda haqlı qeyd olunur ki, inzibati orqan öz fəaliyyəti ilə hüquq 
və  azadlıqlara  hər  hansı  bir  şəkildə  müdaxilə  etdiyi  və  ya  edə 
biləcəyi və məhz bu baxımdan hüquq və azadlıqlarla bağlı təmi-
natlara da əhəmiyyətli dərəcədə təsir edəcəyi halda, həmin hü-
quq  və  azadlıqlara  əməl  olunması  tələblərinə  cavab  verən  və 
həmçinin, onların hüquqi müdafiəsini təmin etmək üçün yetərli 
olan  icraat  qaydaları  müəyyən  olunmalıdır.
315
  İnzibati  məhkə-
mələrin təşkilatlanması məhkəmə sisteminin icra hakimiyyətinə 
nəzarətini gücləndirə bilər. 
 Beləliklə,  vətəndaşların  hüquq  və  azadlıqlarının  adminis-
trasiyanın  qanunsuz  hərəkətləri  nəticəsində  pozulması  ehtima-
lının artması ilə əlaqədar olaraq, inzibati orqanların fəaliyyətinin 
qanun  çərçivəsindən  kənara  çıxmamasını  təmin  etmək  üçün 
inzibati  mühakimə  icraaatının  formalaşdırılması  XIX  əsrdə 
dövrün zəruri tələblərindən birinə çevrildi.  
                                                           
314
 Mehdiyev S.F. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti.Bakı: Qafqaz Universiteti, 
2008, s. 42  
315
 Kərimov S.Ə., Vəliyeva G.M. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası 
Qanunu. Kommentariya.  Bakı: Hüquq ədəbiyyatı, 2006, s. 21  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə