Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə65/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   61   62   63   64   65   66   67   68   ...   123

201 
 
anqlosakson modeli fəaliyyət göstərir. Lakin, digər anqlosakson 
ölkələrindən  fərqli  olaraq,  burada  milli  azlıqlarla  kral  haki-
miyyətinin  nümayəndələri  arasında  yaranan  mübahisələrə 
baxmaq üçün xüsusi inzibati ədliyyə orqanı-Vaytanqi Tribunalı 
təsis olunmuşdur
328

Strukturundan,  fəaliyyət  üsullarından,  modellərindən  asılı 
olmayaraq  inzibati  məhkəmə  icraatının  müstəqilliyinin  təmini 
və  mükəmməl  fəaliyyət  metodlarının  işlənib  hazırlanması 
səmərəli  idarəetmə  və  vətəndaşların  rifah  səviyyəsinin  təmini 
üçün mühüm əhəmiyyət  kəsb edir. Təsadüfi deyil ki, səmərəli 
dövlət  idarəçiliyi  “xoşbəxtlik,  şəxsi  xoşbəxtlik”  kimi  də 
qiymətləndirilir.
329
 
Beləliklə,  beynəlxalq  təcrübədə  inzibati  məhkəmə  icra-
atının  sistemi,  əsas  ünsürləri,  təşkilati  formaları  ölkədə  tətbiq 
edilən  modeldən  asılı  olaraq  fərqli  xüsusiyyətlərə  malik  olur. 
İnzibati məhkəmə icraatının modelinin formalaşmasına bir neçə 
əsas meyar təsir göstərir ki, bunlardan biri də ölkədə hakim olan 
doktrinadır. Belə ki, məsələn, fransız hüquq doktrinasına görə, 
idarəetmə  aparatı  hüququn  xüsusi  sahəsinə  əsasən  fəaliyyət 
göstərməli olan xüsusi sferadır. Doktrinaya görə, ümumi mülki 
məhkəmələr  xüsusi  hüquqa,  inzibati  ədliyyə  isə  ümumi  hüquq 
sahələrindən olan inzibati hüquqa əsaslanmalıdır.
330
 Fransadan 
                                                           
328
  Ведерникова  О.Н.  Административная  юстиция  (опыт  зарубежных  стран)  //  Судебная 
реформа:  итоги,  приоритеты,  перспективы. Материалы конф. сер.  «Научные  доклады», 
М.: МОНФ, 1997, № 47, с. 52-60; 
Административное  право  зарубежных  стран  /  Под  ред.  В.Я.Кикотя,  Г.А.Василевича, 
Н.В.Румянцева. М., 2012, с. 128; Шмелев И.В. Административная юстиция в Новой Зе-
ландии. Дис. ... канд. юр.. наук. М., 2012, с. 97 
329
Kobia  R.  Səmərəli  dövlət  idarəçiliyi:  zamanın  çağırışları  /  Beynəlxalq  elmi  konfransın 
materialları. Bakı, 2012, s.17  
330
Салищева Г.Н., Хаманева Ю.Н. Административная юстиция и административное судо-
производство в РФ. М: ИГП РАН Академический правовой университет при институте 
государства и права РАН, 2001, с. 4  


202 
 
başqa bir sıra digər Avropa ölkələrində də (Almaniya,  İtaliya, 
İspaniya,  Yunanıstan,  Türkiyə  və  s.)  inzibati  orqanlara  özəl 
şəxslərin tabe olduğu hüquqdan fərqli bir hüquq sahəsi –inzibati 
hüquq  tətbiq  olunur,  onların  əleyhinə  qaldırılan  işlərə  inzibati 
məhkəmələrdə  həyata  keçirilən  inzibati  məhkəmə  icraatı 
qaydasında baxılır.  
Alman doktrinası isə, administrasiyanın inzibati ədliyyədən 
tamamilə  ayrılmasını,  ixtisaslaşdırılmış  inzibati  məhkəmələrin 
yaradılmasını və onların müstəqil fəaliyyət göstərməli olduğunu 
nəzərdə  tutur.  Qeyd  edək  ki,  inzibati  ədliyyənin  alman  mo-
delində  digər  modellərdən  fərqli  olaraq,  inzibati  ədliyyə 
orqanlarının özləri də ümumi və xüsusi yurisdiksiyalı orqanlara 
ayrılırlar.  Burada  inzibati  mübahisələrə  onların  yarandıqları 
hüquq  sahəsindən  asılı  olaraq  sosial,  maliyyə  və  ya  intizam 
məhkəmələrində baxılır. 
İngilis hüquq doktrinasına görə, bütün vəzifəli şəxslər məh-
kəmə qarşısında bərabərdirlər və məmurların işlərinin adi vətən-
daşların işlərinə baxan məhkəmələrin yurisdiksiyasından ayrıl-
ması yolverilməzdir. 
Faktiki  olaraq,  əksər  dövlətlərdə  inzibati  məhkəmələr  iki, 
bəzi ölkələrdə isə (məs, Prussiyada, Fransada) üç instansiya üzrə 
fəaliyyət göstərirlər. 
Beləliklə, elmi ədəbiyyatlarda inzibati ədliyyənin modelləri 
müxtəlif şəkildə təsnifləndirilir. Modellərin müxtəlifliyi hər bir 
ölkənin  keçdiyi  tarixi  inkişaf  yolu,  hüquq  sistemi,  dövlətçilik 
ənənələri, idarəçilik forması, hakim hüquq doktrinası və s. kimi 
obyektiv şərtlərlə bağlıdır. Hazırda dünyada mövcud olan hüquq 
ailələrinə nəzər saldıqda onların hər birində özünəməxsus inzi-
bati ədliyyə modelinin formalaşdırdığını müşahidə edə bilərik. 
Bu  dövlətin  konkret  münasibətlərdə  hüquqa  əsaslanmasından, 


203 
 
onun  prinsiplərini  rəhbər  tutmasından  irəli  gəlir.  Z.A.  Əsgəro-
vun qeyd etdiyi kimi, hüquqi dövlətdə hüquq – dövlət və şəxsiy-
yəti bir-birilə əlaqələndirən, onların  arasında mübahisələri həll 
edən başlıca sosial tənzimləyicidir.
331
  
Müxtəlif  ölkələrdə  formalaşan  hüquq  sistemindən  asılı 
olaraq  inzibati  məhkəmə  icraatının  modellərini  iki  əsas  növə 
ayırmaq olar: 
1. Anqlosakson hüquq sistemli ölkələrdə inzibati məhkəmə 
icraatı 
2. Roman-german hüquq sisteminə malik ölkələrdə inzibati 
məhkəmə icraatı 
Anqlosakson  modeli  ABŞ,  Kanada,  İrlandiya,  Hindistan, 
Avstraliya,  İngiltərə  və  s.  ölkələrdə  fəaliyyət  göstərir.  Həmin 
model  kvaziməhkəmə  orqanlarının  administrasiya  ilə  fəal  qar-
şılıqlı əlaqədə olmasına əsaslanır. Bu isə onlara işin mahiyyətini 
daha yaxşı anlamağa imkan verir.  
İnzibati  məhkəmlərdən  fərqli  olaraq  inzibati  tribunallar 
ümumi  yurisdiksiya  məhkəmələrinin  nəzarəti  altında  fəaliyyət 
göstərirlər.  Bu  nəzarət  onların  baxdıqları  iş  üzrə  çıxardıqları 
qərarların qanuniliyini müəyyənləşdirməyə xidmət edir. 
Anqlo-sakson ölkələrində inzibati icraat ümumi məhkəmə 
icraatı qaydalarına əsasən həyata keçirilir. Bu ölkələrdə hakim 
fikrə görə administrasiya da fərdlərlə eyni qaydalara tabe olduğu 
üçün  onların  arasında  yaranan  hüquqi  mübahisələr  də  ümumi 
məhkəmələrdə  adi  qaydada baxılmalıdır. Lakin,  belə  bir fikrin 
mövcudluğu  həmin  ölkələrdə  inzibati  işlərin  ayrı-ayrı  kate-
qoriyaları üzrə ixtisaslaşdırılmış kvaziməhkəmə və ya məhkəmə 
                                                           
331
Əsgərov  Z.A.  Konstitusiya  hüququ:  Dərslik.  Bakı:  Bakı  Universiteti  nəşriyyatı, 
2006, s. 91 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə