Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə68/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   64   65   66   67   68   69   70   71   ...   123

211 
 
XII  əsrdə  İngiltərə  kralı  II  Henrixin  islahatları  kral  haki-
miyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam 
yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə mü-
raciət edə bilərdi. 
Orta  əsrlər  dövründə  məhkəmədə  pozulmuş  hüquqların 
müdafiəsi  və  vurulmuş  ziyanın  əvəzinin  ödənilməsi  üçün  nə-
zərdə  tutulan  vasitələr  çox  məhdud  xarakter  daşıyırdı.  Ziyan 
vuran  şəxsə  yalnız  iqtisadi  məzmunlu  məsuliyyət  tədbirləri 
tətbiq  oluna  bilərdi.  Bu  cür  tədbirləri  tətbiq  edən  məhkəmələr 
“ümumi  məhkəmələr”,  onların  tətbiq  etdiyi  müdafiə  vasitələri 
isə  “ümumi  hüquqi  vasitələr”  (remedies  at  law)  adlanırdı. 
Tədricən  cəmiyyətdə  ictimai  münasibətlərin  məzmununun 
mürəkkəbləşməsi ilə əlaqədar olaraq bu cür müdafiə vasitələri 
fərdlərin  pozulmuş  hüquqlarının  bərpası  üçün  kifayət  etmədi. 
İddiaçı məhkəmədən onun hüquqlarını pozan şəxsə qarşı qeyri-
iqtisadi  məzmunlu  tədbir  tətbit  etməyi  tələb  etdikdə  ümumi 
məhkəmələr  məhdud  səlahiyyətləri  üzündən  bu  iddianın 
qarşısında  aciz  qaldılar.  Nəticədə  iddiaçılar  artıq  kral  məhkə-
mələrinə  iddia  ilə  müraciət  etməkdənsə,  ədalət  naminə  qərar 
verməsi üçün birbaşa kralın özünə petisiyalarla müraciət etməyə 
başladılar.  Tədricən  bu  cür  petisiyaların  əsasında  çıxarılan 
qərarlar  “ədalət  hüququ”,  onlara  baxılması  üçün  məhkəmə 
baxışını  həyata  keçirən  məhkəmələr  isə  “ədalət  məhkəmələri” 
adlandırıldı
346
.  
XVII  əsin  ortalarında  İngiltərədə  hakimlər  idarəçilik  və 
inzibati  mühakimə  icraatı  funksiyalarına  eyni  zamanda  malik 
                                                           
346
Шумилов  В.М.  Правовая  система  США.  М.:  Международные  отношения, 
2006, c. 49 


212 
 
idilər. Bu cür səlahiyyət əsasında onlar sakinlərlə vergi, polis və 
digər orqanlar arasında yaranan mübahisələri həll edirdilər.
347
 
Qeyd  etmək  lazımdır  ki,  müasir  İngiltərə  nə  mükəmməl 
inzibati  hüquqa,  nə  də  səmərəli  inzibati  ədliyyə  mexanizminə 
malik  deyildir.  Lakin,  tarixin  müəyən  dövrlərində  burada  da 
fransız modelinə bənzər bir model də mövcud olmuşdur. Belə 
ki,  Tüdorlar  sülaləsinin  hakimiyyətindən  (1485-1603)  Stüart-
ların  devrilməsinədək  keçən  dövrdə  fransız  nəzəriyyələri  əsa-
sında  formalaşan  oxşar  hökumət  strukturu  burada  da  mövcud 
idi. A.V.Dicey də bu cəhətlə əlaqədar  yazırdı ki, bir zamanlar 
İngiltərədə  də  inzibati  hüquqa  çox  bənzər  bir  hüquq  sahəsi 
mövcud idi
348
. A.İ.Yelistratov da öz dövründə yazırdı ki, inzibati 
ədliyyənin  ingilis  modeli  vahid  ədliyyənin  prinsiplərinin  daha 
ardıcıl şəkildə həyata keçirilməsini, idarəetmə aktlarının ümumi 
məhkəmələrin nəzarətinə tabe olmasını nəzərdə tutur. A.K.So-
lovyova  isə  inzibati  aktların  qanuniliyinə  dair  yaranan  hüquqi 
mübahisələrin  məhkəmə  qaydasında  baxılması  institutunun 
başlanğıcının məhz İngiltərədə qoyulduğu qənaətindədir.
349
  
N.Q.Salişeva isə əvvəllər İngiltərədə məhkəmələrin inzibati 
orqanların  fəaliyyətinə  fəal  nəzarət  etməsi  barədə  səslənən  fi-
kirləri  dəstəkləməklə  yanaşı,  sonradan  onların  bu  sahədəki 
                                                           
347
 Назимов А. Теория конституционализма и самоуправления Р.Гнейста. Яро-
славль: Печатня Губернского Правления, 1881, c. 36 ; Ковалевский М. История 
полицейской администрации (полиция безопасности) и полицейского суда в ан-
глийских графствах с древнейших времен до смерти Эдуарда III. Прага: Типогр. 
В.Нагеля, 1877, с. 189 
 
348
Dicey A.V. İntroduction to the Study of the Law of the Constitution. Ninth Edition. 
London: Macmillan, 1948, p. 379 
349
  Соловьева  А.К.  Административная  юстиция  в  России:  проблемы  теории  и  
практики:  Автореф.  дис.  ...  канд.юр.наук.  Северо-Западная  Aкадемия 
государственной службы. СПб., 1999, с. 12  


213 
 
rolunun  zəiflədiyini  də  xüsusilə  qeyd  edir.
350
  Qeyd  edək  ki, 
məhkəmələrin rolunun zəifləməsi burada XVII əsrin əvvəllərinə 
təsadüf  etmişdir.  Belə  ki,  1603-cü  ildə  hakimiyyətə  gəlmiş 
Stüartlar sülaləsi  İngiltərədə mürəkkəb inzibati mexanizm for-
malaşdıraraq  hakimlərin  fəaliyyətinə  hökumətin  müdaxiləsini 
gücləndirdilər. Hökumət hakimlərdən gördükləri işlər barəsində 
ciddi  hesabatlar  tələb  etməyə  başladı.  Əyalətlərdə  yaradılmış 
şuralar  hakimlərin  fəaliyyətinə  nəzarət  edir,  lazım  gəldikdə 
onlara cərimə tətbiq edir və barələrində tərtib etdikləri hesabatı 
Gizli Şuraya təqdim edirdilər. Bu dövrdə bir tərəfdə F.Bacon, 
digər tərəfdə isə M. Elliot kimi hüquqşünaslarla dövlət xadimləri 
arasında İngiltərədə kontinental Avropa ölkələrində olduğu kimi 
qüvvətli  bir  inzibati  sistemin  yaradılması  barədə  məsələnin 
müzakirəsi gedirdi.  
Məşhur  ingilis  filosofu,  hüquqşünas  və  dövlət  xadimi  F. 
Bacon  (1561  -  1626)  və  onun  tərəfdarları  hesab  edirdilər  ki, 
Tacın  səlahiyyətlərinin  artırılması  despotizmə  səbəb  ola  bilər. 
Digər qrup hüquqşünaslar isə, hökumətə inzibati hüququn prin-
siplərini formalaşdırmaq üçün bir sıra hüquq və səlahiyyətlərin 
verilməsini tələb edirdilər. Kralın tərəfdarları İngiltərədə fransız 
“Droit  administratif”  sisteminə  oxşar  qurumun  -  Müəssisələr 
Məclisinin yaradılmasını təkid edirdilər. 
XIX-XX  əsrlərin  qovuşuğunda  İngiltərədə  sənayenin 
inkişafı, sosial xidmət sahələrinin genişlənməsi, inzibati aparatın 
böyüməsi idarəetmə sahəsində meydana çıxan inzibati mübahi-
sələrin  sayının  da  həddindən  artıq  çoxalmasına  səbəb  oldu. 
Xüsusən də, milli sığorta haqqında (1911), mənzil haqqı barədə 
                                                           
350
 Салищева Н.Г., Хаманева Н.Ю. Административная юстиция и администра-
тивное судопроизводство в РФ. М.: РАН, 2001, с. 12  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə