Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə69/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   65   66   67   68   69   70   71   72   ...   123

214 
 
(1915)  qanunların  qəbulundan  sonra  ümumi  məhkəmələrin  iş 
yükü həddindən artıq artdı.
351
 Bu cür iş yükü ilə əlaqədar olaraq, 
XX əsrin əvvəllərində administrasiyanın hərəkətlərindən verilən 
şikayətlərə baxmaq üçün xüsusi orqanların – inzibati tribunal-
ların yaradılması zərurəti meydana çıxdı. 
Qeyd edək ki, İngiltərədə “kral səhv etməz” (the King can 
do  no  wrong)”
352
  şüarı,  yəni,  kralın  məsuliyyət  daşımaması 
haqqında müddəa 1947-ci ilədək geniş şəkildə tətbiq olunurdu. 
Maraqlıdır ki, bu müddəa kralın yalnız öz davranışlarına deyil, 
həm  də  Taca  xidmət  edən  məmurların  (Crown  servants)  hərə-
kətlərinə  və  aktlarına  da  aid  edilirdi
353
. Dövlət qulluqçularının 
hərəkətləri  və  aktları  nəticəsində  vurulan  zərərlərlə  əlaqədar 
məhkəməyə  müraciət  etmək  Taca  qarşı  iş  qaldırmaq  kimi  an-
laşıldığından  təcrübədə  buna  yol  verilmirdi.  İngilis  qanunve-
riciliyində  “inzibati  orqan”  anlayışı  mövcud  olmadığı  üçün 
dövlət qulluqçuları ilə vətəndaş arasında inzibati mübahisə ya-
randığı təqdirdə vətəndaş birbaşa Taca qarşı iddia qaldırmış he-
sab olunurdu
354
 
Nəhayət ki, 1947-ci ildə qəbul olunan “Crown Proceeding 
Act” ilə vətəndaşların  Taca qarşı müqavilədən  yaranan müba-
hisələrə dair iddia qaldırmaq hüququ (right to sue the Crown in 
contract)” və dövlət qulluqçularının hüquqazidd hərəkətlərindən 
                                                           
351
Усанов  Е.В.  Административная  юстиция  в  России  и  зарубежных  государ-
ствах. М., 1999, c.69 
352
  De  Smith  S.A.,  Brazier  R.  Constitutional  and    administrative  Law.  VI  edition. 
London: Penguin Books, 1989, p. 133  
353
  Gözler  K.  Devlet  başkanları.  Bir  karşılaştırılmalı  anayasa  hukuku  incelemesi. 
Bursa: Ekin kitab evi yayınları, 2001, s. 109 
354
  Erhürman  T.  Birleşik  Krallık  idare  hukukunda  ultra  vires  /  Doğu  Akdeniz 
Üniversitesi Hukuk Fakültesi Dergisi, 2012, № 61 (2), s. 612   


215 
 
yaranan  məsuliyyət  qanunvericilikdə  öz  təsbitini  tapdı.
355
  Be-
ləliklə,  1947-ci  ildən  etibarən  qanunvericilikdə  dövlət  qulluq-
çularının  bağladıqları  müqavilələrə  və  etdikləri  hüquqazidd 
hərəkətlərə görə hüquqi məsuliyyəti təsbit olundu.  
Qeyd  edək  ki,  burada  inzibati  ədliyyə  orqanları  ümumi-
ləşdirilmiş  şəkildə  “inzibati  tribunallar”  adlandırılsa  da,  onlar 
müxtəlif  təşkilati-hüquqi  formalarda  (tribunal,  komitə,  komis-
siya)  fəaliyyət  göstərirlər.  Hər  tribunalın  iş  üslubunu  müvafiq 
nazirlik  müəyyənləşdirir.  Tribunallarda  inzibati  mübahisələrə 
açıq  şəkildə,  çəkişmə  prinsipi  əsasında  baxırlar.  İş  üzrə  qərar 
sadə səs çoxluğuna əsasən, yazılı formada çıxarılır. Qərardan hər 
iki tərəf apellyasiya tribunalına şikayət verə bilər. 
1958-ci ildə “Tribunallar və digər inzibati ədliyyə orqanları 
haqqında”  qanun,  1971-ci  ildə  isə  “Tribunallar  və  tədqiqatlar 
haqqında” qanun qəbul olundu. Məhz, bu qanunlar tribunalların 
fəaliyyətinin normativ əsaslarını müəyyən etdi.  
 Tədricən  ölkədə  maliyyə,  sosial  təminat,  nəqliyyat,  kənd 
təsərrüfatı və s. kimi məsələlərlə əlaqədar mübahisələrə baxan 
ixtisaslaşdırılmış inzibati məhkəmələr yaradıldı
356
. Bununla da 
ixtisaslaşdırılmış qurumlar kimi çıxış edən tribunalların həyata 
keçirdiyi  yeni  nəzarət  forması  meydana  çıxdı.  Əsasən  xüsusi 
məqsədlərlə, müvəqqəti fəaliyyət üçün  yaradılan  tribunalların 
fəaliyyəti inzibati orqanlar tərəfindən dəstəklənirdi. Cəmiyyətə 
isə  onlar  inzibati  orqanların  qərarlarından  verilən  etirazlara 
baxan müstəqil qurum kimi təqdim olunurdular
357
. Bu qurumlar 
                                                           
355
De  Smith  S.A.,  Brazier  R.  Constitutional  and    administrative  Law.  VI  edition.  London: 
Penguin Books, 1989, p. 625- 643  
356
 Ridley  F.F. Controle jurisdiction neletnouvelles protections en Grande Bretagne // Admin-
istration et administrйs en Europe. Paris, 1984, p. 119-120 
357
İngiltere, Galler, Fransa, Almanya ve Hollanda  İdari Yargı Sistemlerindeki Mahkeme Öncesi 
İşlemler.  Türkiye’de  idare  hukukunda  mahkeme  öncesi  işlemlerinin  olası  gelişimine  yönelik 
karşılaştırmalı bir araştırma. Dünya Bankası, 2010, s. 19  


216 
 
məhkəmə orqanı olmasalar da, faktiki olaraq məhkəmə funksi-
yalarını yerinə  yetirirdilər. Bu səbəbdən də ədəbiyyatda onları 
“inzibati məhkəmələr”  adlandırırdılar.  
Qeyd  edək  ki,  Böyük  Britaniyanın  inzibati  mühakimə 
sistemində 1991-ci ildən etibarən beş kateqoriya üzrə 70 inzibati 
məhkəmə (tribunal) yaradıldı: İqtisadi tribunallar (Les tribunaux 
conomiques), Vergi tribunalları (Les tribunaux fiscaux), Sosial 
tribunallar  (Les  tribunaux  sociaux),  Azadlıqlarla  bağlı  məsə-
lələrə  baxan  tribunallar  və  Daşınmaz  əmlakla  bağlı  mübahi-
sələrə baxan tribunallar (Les tribunaux immobiliers)
 358
.  
İnzibati  məhkəmələr  Ali  Məhkəmənin  müəyyən  dərəcədə 
peşəkarlıq səviyyəsinə malik olan, lakin, eyni dövrdə cinayət və 
mülki  işlərə  də  baxan  hakimlərindən  təşkil  olunur.  İnzibati 
məhkəmələr  həm  dövlətin  və  nazirlərin  hərəkətlərinə  dair 
verilən etiraz ərizələrinə baxır, həm də aşağı məhkəmələrin və 
tribunalların  fəaliyyətinə  nəzarət  edir.  Onların  qərarlarından 
Apellyasiya  Məhkəməsinin  hüquq  bölməsinə  şikayət  vermək 
olar.  Qeyd  edək  ki,  2000-ci  ildən  etibarən  İngiltərədə  İnzibati 
Məhkəmə  Ali  Məhkəmənin  3  bölməsindən  biri  olan  Kral 
Məhkəməsinin  (Queen’s  Bench)  tərkib  hissələrindən  biri  kimi 
fəaliyyət  göstərir.  Kral  məhkəməsinin  qərarları  İngiltərədə 
ümumi hüququn mühüm mənbələrindən biri hesab olunur
359
.  
2006-cı il aprelin 3-də ölkədə Tribunallar Şurası yaradıldı. 
Ədliyyə Nazirliyinin bölmələrindən biri kimi fəaliyyət göstərən 
Şura  tribunalların  təşkilati  fəaliyyətinə  görə  məsuliyyəti 
müəyyən olundu.  
2007-ci ildə ölkədə daha əhatəli tribunal sistemi formalaş-
dırmaq məqsədilə islahatlar aparıldı və tribunalların sistemində 
                                                           
358
Candan T. Britaniya idari mahkemeleri // Türkiyə Barolar Birligi Dergisi, 1992 / 4, s. 489   
359
 Gürgen  L.O. İngiliz mahkemeleri teşkilatı. Ankara: Barosu Dergisi, 1968,  s. 1000    


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə