Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə66/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   62   63   64   65   66   67   68   69   ...   123

204 
 
orqanlarının mövcudluğunu istisna etmir. Məsələn, İngiltərədə 
pensiyalar, əlavə gəlir vergisi və s. üzrə şikayətlərə baxan xüsusi 
tribunalların mövcud olması. 
Kontinental model icra hakimiyyətindən asılı olmayan inzi-
bati  məhkəmələrin  mövcudluğunu,  onların  universal  aidiyyət 
qaydalarına  əsasən  ümumi  xarakterli  istənilən  şikayəti  qəbul 
etməsini  və  fəaliyyətlərinə  ali  inzibati  məhkəmələr  tərəfindən 
nəzarət  olunmasını nəzərdə tutur. Həmin modeldə  xüsusi inzi-
bati məhkəmə icraatı qaydalarına əsasən məhkəmə hakimiyyəti 
çərçivəsində  fəaliyyət  göstərən  ixtisaslaşdırılmış  qurumları 
mövcud olur. Ölkələr üzrə müxtəlif təşkilati struktura malik olan 
bu qurumları belə təsnifləndirmək olar: 
-  ixtisaslaşdırılmış  inzibati  məhkəmələr  (Azərbaycan, 
Avstriya,  Belgiya,  Bolqarıstan,  Yunanıstan,  Almaniya,  İtaliya, 
Polşa,  Portuqaliya,  Türkiyə,  Finlandiya,  Fransa,  İsveçdə  fəa-
liyyət göstərirlər); 
-  ümumi  məhkəmələrin  strukturunda  ixtisaslaşdırılmış 
inzibati  palatalar,  kollegiyalar  (məsələn,  Macarıstanda,  Slova-
kiyada fəaliyyət göstərirlər); 
- ümumi məhkəmələrin strukturunda ixtisaslaşdırılmış pa-
latalar və ayrıca inzibati məhkəmələr (məsələn, İspaniya, Nider-
land, Sloveniya, Çexiya, Slovakiya, İsveçrə). 
Hər  bir  ölkədə  inzibati  məhkəmə  icraatının  öz  xüsusiy-
yətləri  ilə  fərqlənməsinə  baxmayaraq,  bu  institutu  bütövlükdə 
xarakterizə edən ümumi xüsusiyyətlər aşağıdakılardır: 
1)  bütün  modellərdə  inzibati  məhkəmə  icraatının  pred-
metini inzibati mübahisələr təşkil edir. Bu mübahisələrin dairəsi 
və  məzmunu  hər  bir  modeldə  fərqli  olsa  da  onların  hamısı 
inzibati-hüquqi xarakterə malikdir; 


205 
 
2)  hər  bir  model  müxtəlif  orqanların  timsalında  inzibati 
orqanların  fəaliyyətinə  vətəndaş  nəzarətinin  həyata  keçirilmə-
sinə əsaslanır; 
3)  bütün  inzibati  məhkəmə  icraatı  modellərində  yurisdik-
sion  orqan  kimi  xüsusi  olaraq  inzibati  mübahisələrə  baxmaq 
üçün yaradılmış orqan çıxış edir; 
Yalnız bir halda bu rolu administrasiyadan tamamilə müs-
təqil olan və inzibati mübahisələrlə yanaşı digər mübahisələrə də 
baxan ümumi məhkəmələr oynayırlar. Digər hallarda isə yuris-
diksiyon funksiyalar ümumi məhkəmələrdən və inzibati orqan-
lardan kənarda təşkil olunan inzibati məhkəmələrə  həvalə  olu-
nur. İnzibati məhkəmələr insan hüquqları məhkəməsi xüsusiy-
yətinə malikdirlər
332
.  
Yurisdiksiyon orqanlar qismində xüsusi “kvazi məhkəmə-
lərin”  yaradıldığı  ölkələr  də  vardır.  Bəzi  ölkələrdə  inzibati 
məhkəmə icraatı qaydasında yalnız inzibati mübahisələrə deyil, 
həm  də  inzibati  orqanlarla  vətəndaşların  iştirak  etdiyi  mülki 
hüquq münasibətlərindən irəli gələn və inzibati  orqanların  hə-
rəkətləri ilə vətəndaşlara ziyan vurulan mübahisələrə də baxılır. 
Fransada bunlar “ödəmə barədə mübahisə” adlanır
333

4)  heç  bir  modeldə  inzibati  məhkəmə  icraatı  qaydasında 
həyata  keçirilən  məhkəmə  nəzarəti  qeyri-məhdud  səlahiyyətə 
malik deyildir. 
5) inzibati məhkəmə icraatının hər bir modeli üçün inzibati 
mübahisələrin qanunla müəyyənləşdirilmiş prosessual formada 
baxılıb həll edilməsi xarakterikdir.  
                                                           
332
 Yıldırım T. Idari yargı. II Baskı. İstanbul: Beta, 2010,  s.10  
333
 Ведель Ж. Административное право Франции.  М.: Прогресс, 1973, s. 290  


206 
 
Mövcud  olan  sistemdən  asılı  olaraq  inzibati  məhkəmə 
icraatında mülki proses, inzibati proses və ya “kvazi məhkəmə 
prosesi”  forması  tətbiq  oluna  bilər.  Anqlo-sakson  ölkələrində 
“kvaziməhkəmə” prosesi forması dedikdə, “təbii  ədalət müha-
kiməsi” adlanan mühakiməyə xas prinsiplərə (aşkarlıq, çəkişmə, 
dinlənilmək imkanı,  motivli  qərar qəbul  etmək vəzifəsi,  qərar-
dan  şikayət  imkanı  və  s.)  uyğun  həyata  keçirilən  proses  başa 
düşülür.  
 
3.2.  Anqlosakson  hüquq  sistemli  ölkələrdə  inzibati 
məhkəmə icraatının xüsusiyyətləri 
 
Anglosakson hüquq sisteminə malik olan ölkələrdə inzibati 
ədliyyənin müvafiq anqlosakson modeli fəaliyyət göstərir. Hü-
quq ədəbiyyatında “vahid məhkəmə sistemi” də adlandırılan
334
 
bu model ingilis hüququnun mühüm müddəası olan “hüququn 
üstünlüyü” (“rule of law”) prinsipinə əsaslanır və ümumi yuri-
diksiya  məhkəmələrinin  nəzarəti  altında  inzibati  mübahisələrə 
baxan xüsusi tribunalların yaradılmasını nəzərdə tutur. “Hüqu-
qun üstünlüyü” prinsipinə görə, heç kim, hətta, idarə edən şəxs-
lərin  özləri  də  hüquqdan  üstün  hesab  oluna  bilməzlər.
335
  Ədə-
biyyatda haqlı qeyd olunur ki, inzibati ədliyyənin anglosakson 
sistemi bütün vəzifəli şəxslərin məhkəmə qarşısında bərabərliyi 
və  məmurların  vətəndaşların  işlərinə  baxan  məhkəmələrin 
yurisdiksiyasından ayrılmasının yolverilməzliyi doktrinasından 
çıxış edir
336

                                                           
334
Gözübüyük Ş.A. Yönetsel Yargı.17. Baskı. Ankara: Turhan Kitabevi, 2003, s. 3 
335
Yargı  raporu.  Demokratikleşme  sürecinde  yargı  kurumları.  Stratejik  düşünce 
enstitüsü. Ankara: Öncü Basımevi, 2010,  s. 27  
336
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 19  


207 
 
Bu  cür  hüquq  sisteminə  malik  olan  ölkələrdə  “inzibati 
hüquq”  (administrative  law)  fənninin  mövcud  olması,  inzibati 
hüquqa dair kitabların  yazılması
337
  burada  Avropa  ölkələrində 
qəbul edilən anlamda inzibati hüququn mövcud olduğuna dəlalət 
etmir. Ölkədə inzibati hüququn meydana çıxması üçün ümumi 
hüquqla  xüsusi  hüquq  sahələrinin  biri-birindən  ayrılması  da 
tələb olunur.
338
 Anqlo-sakson ölkələrində inzibati hüququn gec 
yaranmasına, kontinental hüquq sisteminə malik olan ölkələrdə 
olduğu  kimi  inkişaf  etməməsinə  hüququn  bu  cür  bölgüsünün 
aparılmaması da səbəb olmuşdur .  
Hüququn  ümumi  və  xüsusi  sahələrə  bölünmədiyi  anqlo-
sakson hüquq sisteminə malik olan ölkələrdə məhkəmə prese-
denti  hüququn  əsas  mənbəyi  hesab  olunur.  Məhkəmə  prese-
dentinin bu ölkələrdəki hakim rolu inzibati məhkəmə icraatında 
da özünü biruzə verir. 
İnzibati məhkəmə icraatında məhkəmə presedenti əvvəllər 
baxılmış işlər üzrə çıxarılan, dövlətin ümumməcburi əhəmiyyət 
verdiyi  oxşar  mübahisələrin  həlli  zamanı  digər  məhkəmələr 
üçün  hüquq  norması  qüvvəsinə  malik  olan  məhkəmə  qərar-
larından  ibarətdir.  Hakimin  qəbul  etdiyi  qərarda  müəyyənləş-
dirdiyi qaydalar digər məhkəmələrdə baxılan işlərə də analogiya 
əsasında tətbiq olunur.  
Hakim  presedent  doktrinası  ilə  baxdığı  inzibati  işin 
arasında analogiyanı müəyyənləşdirə bildiyi həddə presidentdən 
asılı  olur.  Analogiya  aşkar  etdiyi  təqdirdə  hakim  təfsirin 
                                                           
337
 Wade H.W.R. Administrative Law. 6th  ed. Clarendon Press1988 ; Craig P.P. Administratif 
Law. Sweet & Maxwell, 1983 ; Foulkes D. Administrative Law. 6 thed. London: Butter worths, 
1986; De Smith S.A., Brazier R. Constitutional and  administrative  Law.  VI  edition. London: 
Penguin Books, 1989, p.532 
338
 Balta T.B. İdare Hukuku  I: Genel Konular. Ankara: AÜSBF Yayınları. Üniv. Basimevi, 1972, 
s.  140  ;  Старилов  Ю.Н.  Административная  юстииция:  конец  ХIХ  –  начало  ХХ  века. 
Хрестоматия. Ч.1. Воронеж: Изд., Воронежского гос. ун-та, 2004, с. 680 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə