Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə64/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   60   61   62   63   64   65   66   67   ...   123

198 
 
strukturunda  yaradılmış  ixtisaslaşdırılmış  palatalar  və  ayrıca 
inzibati məhkəmələr həyata keçirirlər. 
İnzibati  məhkəmələrin  mövcud  olmadığı  ölkələrdə  isə 
ümumi məhkəmələr və ya inzibati tribunallar fəaliyyət göstərir. 
Məsələn,  İngiltərədə,  İtaliyada  ümumi  məhkəmələr  də  inzibati 
məhkəmə icraatını həyata keçirirlər. İnzibati tribunallar ixtisas-
laşdırılmış orqanlar olsalar da inzibati məhkəmələrdən fərqlənən 
spesifik xüsusiyyətlərə malik olub, ümumi məhkəmələrin nəza-
rəti altında fəaliyyət göstərirlər.  
Mərkəzi Asiya (Tacikistan, Qırğızıstan, Türkmənistan) ölkə-
lərində isə inzibati prosesi qeyri-iddia icraatı kimi müəyyənləşdirən 
mövqe  üstünlük  təşkil  edir.  Bu,  inzibati  məhkəmə  icraatına, 
inzibati  mübahisələrin  baxılıb  həll  olunması  qaydalarına  dair 
normaların vahid aktda sistemləşdirilməməsində də təzahür edir. 
Ölkələrin  müxtəlif  qanunvericilik  aktlarında  dağınıq  şəkildə 
nəzərdə tutulan bu normalar daha çox bəyənnamə xarakter daşıyır. 
Beləliklə,  mahiyyətcə  əsas  vəzifəsi  inzibati  mübahisələri 
baxıb həll etməkdən ibarət olan inzibati ədliyyə orqanları ayrı-ayrı 
ölkələrdə  müxtəlif təşkilati formalarda,  fərqli üsullarla  fəaliyyət 
göstərirlər.  İnzibati  məhkəmə  icraatının  vahid  modeli,  konkret 
təsnifat  sistemi  mövcud  deyildir.  Elmi  ədəbiyyatda  inzibati 
ədliyyənin  müxtəlif  modelləri  (tipləri)  fərqləndirilir.  Bir  sıra 
müəlliflər  vətəndaşların  icra  hakimiyyətinin  və  onların  vəzifəli 
şəxslərinin  hüquqazidd  hərəkətlərindən  və  qərarlarından  hüquqi 
müdafiəsinin dörd əsas üsulunu fərləndirirlər. Bu üsullar müvafiq 
olaraq inzibati ədliyyənin dörd modeli adlandırılır. Bunlara inzibati 
model, ümumi məhkəmə modeli, kvaziməhkəmə (anqlosakson) və 
inzibat-məhkəmə (alman) modelləri aid olunur
320

                                                           
320
  Ведерникова  Н.О.  Административная  юстиция  (опыт  зарубежных  стран)  //  Судебная 
реформа:  итоги,  приоритеты,  перспективы.  Материалы  конференции.  Серия  "Научные 


199 
 
M.S.Aslanov  və  A.K.Solovyova  isə,  inzibati  ədliyyənin 
təşkilinin  3  modelini  fərqləndirirlər:  anqlosakson  (anqlo  – 
amerikan), fransız və alman modelləri
321
. Qeyd edək ki, hələ XX 
əsrin əvvəllərində S.A.Korf da  inzibati  ədliyyənin  modellərini 
məhz bu cür təsnifləndirirdi
322
.
 
Müəlliflərdən A.B.Zelentsov isə 
inzibati ədliyyənin ən geniş yayılmış modellərinə fransız, alman, 
ispan və anqlosakson modellərini aid edir
323

İ.M.Cəfərov və A.N.Artomonov isə təşkilati prinsipə əsa-
sən, tarixən inzibati ədliyyənin üç əsas modelinin formalaşdığını 
yazırlar:
324 
1.inzibati  ədliyyə  funksiyalarının  ümumi  yuris-
diksiya  məhkəmələrinə  həvalə  olunduğu  unifikasiya  edilmiş 
model  (ABŞ,  B.Britaniya,  Kanada);  2.  inzibati  ədliyyə  orqan-
larının icra hakimiyyəti  sisteminə daxil olduğu idarəetmə tipli 
model  (fransız  modeli)  (Fransa,  Portuqaliya,  Yunanıstan);  3. 
ixtisaslaşdırılmış  inzibati  məhkəmələrin  vahid  məhkəmə  sis-
teminin bir hissəsi olduğu məhkəmə tipli model (alman modeli) 
(Almaniya, Avstriya, Finlandiya) 
Türk  hüquq  ədəbiyyatında  inzibati  məhkəmə  sisteminin 
özünün  daxilində  də  iki  əsas  inzibati  mühakimə  tipi  fərqlən-
dirilir:  mühakimə  funksiyası  ilə  yanaşı,  inzibati  vəzifələr  də 
daşıyan və üzvlərinin hakimlərdən ibarət olması zəruri olmayan 
                                                           
доклады".  М.:  МОНФ,  1997,  №  47,  с.  52-60;  Галлиган  Д.B.,  Полянский  В.В.,  Старилов 
Ю.Н. Административное право: история развития и основные современные концепции. 
М.:  Юристъ,  2002;  Старилов  Ю.Н.  Административная  юстиция.  Теория,  история, 
перспективы. М.: Норма, 2001 
321
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 54 ; Соловьева А.К. 
Перспективы  развития  административной  юстиции  в  России:  организационный  и 
формальный подход // Правоведение, 1999, № 1, с. 66-72 
322
  Корф  А.С.  Административная  юстиция  в  России.  III  книга.  Очерк  теории 
административной  юстиции. СПб.: Типография Тренке и Фюсно, 1910, с. 434–439  
323
  Зеленцов  А.Б.  Административно-правовой  спор:  вопросы  теории.  М.:  Изд-во  РУДН, 
2005, с. 75 
324
 Cəfərov İ.M. İnzibati icraat (elmi – nəzəri şərh). Bakı: Adventa, 2011, s. 13; Артамонов А.Н. 
Формирование и развитие органов административной юстиции в России. Автореф. дисс. 
... к.ю.н. М., 2004,c.13 


200 
 
orqanların  həyata  keçirdiyi  inzibati  mühakimə  və  yalnız  məh-
kəmə  funksiyalarını  həyata  keçirən,  üzvləri  inzibati  vəzifə  da-
şımayan hakimlərdən ibarət olan məhkəmənin həyata keçirdiyi 
inzibati mühakimə
325 
Qeyd edək ki, T.B.Balta məhkəmədə hə-
yata  keçirilən  inzibati  mühakimə  sistemini  “idarədənkənar 
mühakimə quruluşu” da adlandırır
326
.  
 Dünya  təcrübəsinə  nəzər  salsaq  görərik  ki,  məhkəmə 
orqanları  sisteminin  hüquq  sahələri  üzrə  ixtisaslaşdırılması 
prosesi  uzun  müddət  davam  etməkdədir.
327
  İnzibati  ədliyyə 
funksiyasını  müxtəlif  dövlətlərdə  müxtəlif  cür  adlandırılan 
orqanlar  fərqli  üsullarla  həyata  keçirsələr  də  bu  funksiyanın 
mahiyyəti dəyişmir. Hər bir ölkənin inzibati ədliyyə sisteminin 
strukturu, fəaliyyət üsulları, səlahiyyətləri və s. ölkənin ümumi 
tarixi inkişaf xüsusiyyətləri, hüquq sistemi, inkişaf səviyyəsi və 
dövlətçilik ənənələri ilə, habelə, tarix boyu həmin cəmiyyətdə 
administrasiyanın  hakim  rolunun  dərəcəsindən  asılı  olaraq 
müəyyənləşir. 
İnzibati  məhkəmə  icraatı  ölkədə  qəbul  olunan  inzibati 
ədliyyə  nəzəriyyəsindən  asılı  olaraq  inzibati  mübahisələri, 
inzibati  məhkəmələr  arasındakı  aidiyyətla  bağlı  ixtilafları  həll 
etməyə, inzibati aktın qiymətləndirilməsinə, şərhinə və s. yönələ 
bilər. Qeyd edək ki, inzibati ədliyyə orqanlarının aidiyyət sferası 
müxtəlif  ölkələrdə,  modellərdə,  hətta  modellər  daxilində  də 
fərqlənə  bilər.  Məsələn,  Yeni  Zelandiyada  inzibati  ədliyyənin 
                                                           
325
  Karahanoğulları  O.  Doçentlik  çalışması.  Ankara  Üniversitesi  Siyasal  Bilgiler  Fakültesi.  
İnternet Paylaşımı. Ankara, 2005, s. 16 .; Dünyada İdari Yargının bu günü. Danıştay Başkanlığı. 
Ankara: Danıştay Yayın Bürosu Yayınları, 2002 ; Balta T.B. İdare Hukuku Ders Notlan II İdarî 
Yargı (Teksir). Ankara, 1968, s. 37    
326
 http//www.law.edu.ru 
327
Muradov X.H. İnzibati mübahisələrin məhkəmə aidiyyatına dair mülahizələr. Naxçıvan MR 
Ali  Məhkəməsinin  Bülleteni,  2012  (1)  http://www.supremecourt.nakhchivan.az/bulleten_ 
2012_1_s6c1.html 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə