Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə72/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   68   69   70   71   72   73   74   75   ...   123

223 
 
olunur.  Digər  məhkəmə  icraatları  ilə  müqayisədə  icraatın  bu 
növünə dövlət səviyyəsində lazımi diqqət ayrılmasa da, Ədliyyə 
Nazirliyinin  hesabatlarında  bu  sahəyə  nadir  hallarda  istinad 
olunsa da statistik göstəricilərə əsasən ən çox işə məhz inzibati 
ədliyyə  orqanlarında  baxılır.  Belə  ki,  məsələn,  2010-cu  ildə 
inzibati ədliyyə orqanları tərəfindən 650000 işə baxıldığı halda, 
cinayət məhkəmə icraatında 223000, mülki məhkəmə icraatında 
isə 63000 işə baxılmışdır.
375
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  müasir  İngiltərədə  tribu-
nalların fəaliyyəti funksional baxımdan yarandığı vaxtla müqa-
yisədə  mühüm  dəyişikliklərə  məruz  qalmış  və  ictimai-sosial 
tələbatlardan  asılı  olaraq  xeyli  təkmilləşmişdir.  Tribunalların 
mövcud  sistemində  səmərənin  təmin  olunması  üçün  aparılan 
islahatlar  nəticəsində  onların  idarəetmə  orqanlarından  asılı 
olmayan tam müstəqil və sistemli fəaliyyətinə nail olunmuşdur. 
Çeviklik, məlumatlılıq, operativlik anqlosakson modelinin üstün 
cəhətlərinə  aid  olsa  da,  inzibati  ədliyyə  orqanlarının  kifayət 
dərəcədə  sistemsizliyi,  çoxsubyektliliyi,  qanunvericiliyin  sis-
temləşdirilməməsi, ümumi məhkəmələrin inzibati mübahisələri 
həll  etmək  üçün  geniş  səlahiyyətlərə  malik  olması,  ixtisas-
laşdırılmış  məhkəmələrin  əvəzinə  çoxsaylı  tribunalların  və 
komissiyaların fəaliyyət göstərməsi və s. kimi cəhətlər bu mode-
lin çatışmamazlıqları kimi çıxış edir.  
 “Ədliyyə-idarəetmə  sistemi”  də  adlandırılan
376
  anglo-
sakson modelinin parlaq təzahür etdiyi ölkələrdən biri də ABŞ-
dır. Uzun zaman ərzində Amerika hüquqşünasları üçün İngiltərə 
                                                           
375
  http://ajtc.justice.gov.uk/docs/AJTC_at_risk_(10.11)_web.pdf;  Annual  Tribunal 
Statistics  2010-11,  Table  3.2.at:  http://www.justice.gov.uk/downloads/publications/ 
statistics-and-data/tribs-stats/annual-tribunals-statistics-2010-11.pdf  
376
 Gözler K. İdare Hukuku. Cilt I. Bursa: Ekin Kitabevi Yayınları, 2003, s. 41-112   


224 
 
hüququ  örnək  olmuşdur.  Hazırda  ABŞ-ın  hüquq  sistemi  Əsas 
Qanundan,  ümumi  hüquqdan,  ədalət  hüququndan  və  statut 
hüququndan ibarətdir.  
XIX  əsrdə  Amerikanın  ştatları  tədricən,  Böyük  Britani-
yanın  ümumi  hüquqla  ədalət  hüququnu  üzlaşdıran  məhkəmə 
sistemini  formalaşdırmağa  başladılar.  Lakin,  ABŞ-da  ümumi 
məhkəmələr  İngiltərədə  olduğundan  daha  geniş  səlahiyyətlərə 
malik idilər.
377
 Onlar bütün növ mübahisələrə baxırdılar. 1816-
cı ildə ABŞ Ali Məhkəməsi son instansiya qismində Konqresin 
qəbul  etdiyi  qanunların  ABŞ  Konstitusiyasına  uyğun  olub-
olmamasına dair rəy vermək hüququna malik olduğunu bəyan 
etdi.  Ali  məhkəmənin  məhz  bu  mövqeyi  amerika  məhkəmə 
sisteminə xüsusi təsirini göstərdi ki, bu da uzun zaman ərzində 
inzibati ədliyyə orqanlarının mövcudluğuna imkan vermədi. 
Vətəndaşlar  inzibati  aktlardan  şikayətlə  ümumi  məhkə-
məyə  və  ya  barışıq  məhkəmələrinə  müraciət  edirdilər.  Yalnız 
vergilərin  düzgün  tutulmamasına  və  digər  maliyyə  pozuntusu 
hallarına dair şikayətlər ümumi məhkəmələrin səlahiyyətinə aid 
deyildi. Onlara XIX əsrdə Konqresin nəzdində yaradılmış xüsusi 
komitə baxırdı. 1855-ci ildə maliyyə pozuntularına dair verilən 
şikayətlərə  baxmaq  üçün  bir  neçə  şəxsdən  ibarət  olan  xüsusi 
məhkəmə yaradıldı. Məhz bu məhkəmə ilə ABŞ-da kvaziməh-
kəmə  səlahiyyətlərinə  malik  inzibati  qurumların  formalaşdı-
rılmasının əsası qoyuldu.
378
 
XX  əsrin  əvvəllərində  Amerikanın  məhkəmə  icraatında 
B.Britaniyadakı vəziyyətə oxşar durum meydana çıxdı. Ölkənin 
                                                           
377
Хомяков А.Г. Административный суд в РФ. Kазань: Kазанский Гос. Унив., 
2001, с. 35  
378
  Гуссаковский  Н.П.  Административная  юстиция  //  Журн.  Мин.  Юст.  СПб.: 
Сенат, 1906, № 10, с. 82-83  


225 
 
ümumi  yurisdiksiya  məhkəmələrində  idarəetmə  orqanlarının 
qərar  və  hərəkətlərindən  daxil  olan  çoxsaylı  şikayətlərlə 
əlaqədar iş yükü artdı. Buna görə də XX əsrin birinci yarısında 
ümumi  məhkəmələrlə  yanaşı,  kvaziməhkəmə  səlahiyyətlərinə 
malik  olan  və  inzibati  mübahisələrə  baxan  ixtisaslaşdırılmış 
inzibati  orqanlar  kimi  inzibati  tribunallar  da  fəaliyyət  göstər-
məyə başladılar.  
1946-cı  ildə  ABŞ-da  “İnzibati  prosedur  haqqında”  qanun 
qəbul  olundu
379
  Bu  qanunla  ABŞ-da  inzibati  tribunallarla 
ümumi məhkəmələrin aidiyyət dairəsini fərqləndirildi, inzibati 
icraatın  mühüm  prinsipləri,  inzibati  normayaradıcılığı  və 
kvaziməhkəmə  fəaliyyəti,  administrasiyanın  fəaliyyəti  barədə 
vətəndaşların  məlumatlandırılması,  inzibati  sənədlərin  dərc 
olunması qaydasını, vətədaşların inzibati orqanların sənədlərinə 
çıxış imkanına dair müddəalar müəyyənləşdirildi. 
Göstərilən  qanunun  qəbuluna  qədər  inzibati  işə  baxan 
məhkəmə ona dair inzibati orqanda tərtib olunan protokolla tanış 
ola bilməzdi. Məhkəmənin iş üzrə mövcud olan bütün sübutlarla 
deyil, yalnız administrasiyanın öz qərarında əsaslandığı sübut-
larla tanış olmaq hüququ vardı. Bununla əlaqədar ədəbiyyatda 
haqlı  olaraq  qeyd  olunur  ki,  1946-cı  ilə  qədər  ABŞ-da 
administrasiya bu və ya digər faktın mövcudluğuna dair məsələ 
üzrə məhkəmə qərarının çıxarılması zamanı özünü “işin sahibi” 
kimi aparırdı
380

Federal  qanunla  həm  də  müvafiq  inzibati  ədliyyə  orqanı 
                                                           
379
 Козырин Н.А. Административное право и финансовое право. Курск: АНО ЦППИ, 2006, 
c.125 
380
  Никеров Г.И.  Административно-процессуальное  право  США  //  Государство и право, 
1997,  № 12, с. 102-106; Хаманева Н.Ю. Административная юстиция США //Государство 
и право, 1993,  № 3, с. 141-145 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə