Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə58/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   54   55   56   57   58   59   60   61   ...   123

179 
 
səlahiyyət  həddini  aşmamasını  təmin  edən  vasitə  kimi  də 
qiymətləndirilir.
 289
  
Əgər  inzibati  orqan  tərəfindən  diskresion  səlahiyyət  əsa-
sında qərar qəbul edilərsə məhkəmə bir qayda olaraq, iddiaçının 
tələbinə  uyğun  qərar  qəbul  edə  bilməz  (AR  İPM-in  73.3.1-ci 
maddəsi).  Lakin,  mülahizəyə  əsasən  fəaliyyət  göstərməyi 
özbaşınalıqla,  hüquq  normasının  pozulması  ilə  səhv  salmaq 
olmaz.  Bu  səbəbdən  qanunverici  diskresion  səlahiyyətlər 
əsasında  qəbul  edilmiş  inzibati  aktların  yoxlanılması  və  ya 
həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyünü də 
təsbit  etmişdir.  AR  İPM-in  74-cü  maddəsinə  əsasən,  inzibati 
orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda 
məhkəmə,  həmçinin  inzibati  aktın  və  ya  inzibati  aktın  qəbul 
edilməsindən  imtinanın,  yaxud  inzibati  orqanın  hərəkətsizliyi 
səbəbindən  inzibati  aktın  qəbul  edilməməsinin  diskresion 
səlahiyyətlərin  qanunla  müəyyən  olunmuş  hədlərinə  əməl 
olunmaması  və  ya  diskresion  hüququn  həmin  səlahiyyətlərin 
məqsədinə  uyğun  şəkildə  həyata  keçirilməməsi  baxımından 
qanunsuz olub-olmadığını yoxlayır. 
Bu cür yoxlama inzibati icraatın öz mahiyyəti ilə şərtlənir. 
Belə  ki,  “İnzibati  icraat  haqqında”  AR  qanunu  diskresion 
səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyənləşdirərək 
onların  qanunla  müəyyən  olunmuş  hüdudlar  daxilində  həyata 
keçirilməsinə,  qəbul  edilən  qərarların  həmin  səlahiyyətlərin 
məqsədinə  uyğunluğuna  və  onlardan  istifadə  edərək  hüquq  və 
                                                           
289
 Гнейст Р. Правовое государство и административные суды Германии / Под 
ред. М.И.Свешников. 2-е изд. испр. и доп. СПб.: Тип. В. Безобразова и Ко, 1896, 
c.51 


180 
 
azadlıqların  əsassız  məhdudlaşdırılmasına  yönəldilmiş  qərar-
ların qəbul olunmamasına dair tələbləri müəyyənləşdirmişdir
290

Mülahizəyə  əsasən  fəaliyyət  göstərmək  səlahiyyətinin 
həcmi  müxtəlif  ola  bilər.  İnzibati  orqanın  öz  seçiminə  əsasən 
qərar  qəbul  etmək  hüququ  inzibati  orqanların  fəaliyyət 
sferasının  həddən  artıq  geniş  olması  və  qanunvericilikdə  bu 
fəaliyyətin  hərtərəfli  tənzimlənməsinin  nəinki  məqsədəuyğun, 
həm də qeyri - mümkün olması ilə şərtlənir. Buna görə də qanun 
ya  inzibati  orqanlara  fəaliyyət  çərçivəsi  daxilində  müəyyən 
dərəcədə azadlıq verə bilər, ya da idarəçilik sferasındakı hansısa 
halı nəzərdə tutmaya bilər. 
Birinci  halda  diskresion  xarakterli  səlahiyyətlərin  həcmi 
qanunla müəyyənləşdirilir. Əgər inzibati orqan çıxardığı aktla öz 
səlahiyyətlərini aşarsa həmin akt vətəndaşların hüquq və azad-
lıqlarını,  qanunla  qorunan  maraqlarını  yaxud,  digər  dövlət 
orqanlarının  səlahiyyətlərini  pozduğu  üçün  qanunsuz  hesab 
olunur.  
İkinci  halda  isə  inzibati  orqan  faktiki  olaraq  vətəndaşla 
qanunla  tənzimlənməyən  münasibətə  girir.  Burda  qanunverici 
administrasiyanın konkret vəzifələrini müəyyən etmir, müvafiq 
olaraq vətəndaşda və ya təşkilatda ondan hansısa hərəkəti etməyi 
tələb  etmək  hüququ  deyil,  qanunla  təsbit  olunmayan  maraq 
yaranır.  Bu  maraq  ədəbiyyatda  “faktiki  maraq”  adlanır
291
.  Bu 
maraq fərdin hansısa maddi və ya mənəvi dəyər əldə etmək üçün 
elə  bir  cəhdini  ifadə  edir  ki,  onun  təmin  olunması  qaydası 
qanunla tənzimlənmir.  
                                                           
290
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.8 
291
Дюрягин И.Я. Гражданин и закон. М.: Юрид. лит., 1991, с. 74-75  


181 
 
Qeyd edək ki, müasir xarici dövlətlərin qanunvericiliyində 
də  inzibati  orqanların  öz  mülahizə  səlahiyyətlərindən  düzgün 
istifadə  etməməsi  nəticəsində  yaranan  mübahisələrin  tənzim-
lənməsi qaydasına geniş yer ayrılır. İngiltərə inzibati hüququnda 
mülahizə səlahiyyətindən yanlış istifadə olunması inzibati aktın 
qanunaziddliyini  şərtləndirən  meyarlardan  hesab  olunur
292

Fransanın,  Almaniyanın,  Belçikanın  da  qanunvericiliyində  in-
zibati  orqanın  öz  mülahizə  səlahiyyətini  hakimiyyət  səlahiy-
yətlərini  aşmaqla,  qanunda  göstərilən  məqsədlərə  zidd  şəkildə 
həyata  keçirməsi  inzibati  mübahisənin  predmeti  kimi  nəzərdə 
tutulmuşdur
293
.  
4.  Qanunla  qorunan  şəxsi  maraqların,  həmçinin,  ümumi 
tələbatdan irəli gələn ictimai maraqların pozulması və s.  
Maraqlar inzibati məhkəmə icraatının əsasında duran inzi-
bati mübahisənin meydana çıxmasında mühüm amildir.  İnsan-
larda  dərrakənin  praktikləşməsinə,  yəni,  iradəni  müəyyən-
ləşdirən  amilə  çevrilməsinə  məhz  marağın  səbəb  olduğunu
294
,  
subyektin  obyektə  yiyələnmək  və  məqsədlərinə  nail  olmaq 
cəhdlərinə  münasibətinin  maraqlar  üzərində  qurulduğunu
295
 
nəzərə alsaq inzibati məhkəmə icraatının dövlətin və cəmiyyətin 
maraqlarının qorunmasında mühüm potensiala malik olduğunu 
söyləyə bilərik. 
                                                           
292
  Örücü  E.  İngiltere’de  Idarenin  Sorumlulugu  ve  Yargisal  Denetimde  Kullanılan 
Baslica Idare Hukuku Ilkeleri. Onar Armagani. Istanbul: Fakulteler Matbaasi, 1977, 
s. 660  
293
  Соловьева  А.К.  Концепция  идминистративной  юстиции:  материально-
парвовой аспект // Правоведение, 1998, № 4, s. 52-57 
294
 Кант И. Сочинения в шести томах. Т.4. Ч.1. М., 1965, c. 306 
295
  Демин  М.В.  Проблемы  теории  личности:  социально-философский  аспект. 
М.:  Изд-во Моск. ун-та, 1977, с. 87 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə