Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə57/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   53   54   55   56   57   58   59   60   ...   123

176 
 
Səlahiyyət  həddinin  aşılmasından  irəli  gələn  tipik  hallara 
vəzifə səlahiyyətlərindən sui-istifadəni, vəzifə səlahiyyətlərinin 
aşılmasını,  digər  orqanların  işinə  müdaxiləni,  inzibati  icraat 
qaydalarının  pozulmasını,  qanunsuz  aktın  qəbul  olunmasını, 
vətəndaşın azadlığına qanunsuz müdaxilə olunmasını, qanunun 
müəyyənləşdirdiyi  vəzifələrin  yerinə  yetirilməməsini,  hərəkət-
sizliyi, digər inzibati orqanlara və ya onların vəzifəli şəxslərinə 
təsir göstərilməsini və s. aid etmək olar.  
Əvvəldə də qeyd etdiyimiz kimi, inzibati orqanın səlahiy-
yəti  həm  baxılan  məsələnin  predmeti,  həm  də  aidiyyət  baxı-
mından müəyyənləşdirilir.  Qanunverici “İnzibati icraat haqqın-
da”  AR  qanununda  inzibati  orqanların  aidiyyətını  ümumi  şə-
kildə “aidiyyət” anlayışı vasitəsilə müəyyənləşdirmiş və aidiy-
yətın təsnifat meyarları müəyyən olunmamışdır.  
Hesab  edirik  ki,  aidiyyət  qaydalarının  dəqiqləşdirilməsi 
inzibati  orqanların  fəaliyyətinin  nəticəsində  vətəndaşların  hü-
quqlarının və qanuni maraqlarının pozulmasına səbəb ola bilən 
halların sayını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, idarəetmə 
fəaliyyətinin öz mahiyyətindən də irəli gəlir. Belə ki, bir inzibati 
orqan  bütün  respublika  ərazisində  müvafiq  məsələlər  üzrə 
inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğu halda, digəri 
yalnız konkret ərazidə həmin səlahiyyəti həyata keçirə bilər.  
İnzibati  orqan  öz  səlahiyyətinə  aid  məsələ  barəsində 
aidiyyətində  olmayan  ərazidə  olan  fiziki  və  ya  hüquqi  şəxsin 
hüquqlarına və ya maraqlarına toxunan akt qəbul edərsə bu akt 
da  etibarsız  hesab  olunmalıdır.  Lakin,  yuxarıda  qeyd  olunan 
qanunun  65–ci  maddəsində  inzibati  aktın  etibarsız  sayılması 
üçün  meyarlar  sırasında  aktın  müvafiq  səlahiyyəti  olmayan 
inzibati orqan tərəfindən qəbul edilməsi  göstərilsə də, aidiyyət 
qaydalarına zidd qəbul edilməsi göstərilməmişdir. Hesab edirik 


177 
 
ki,  aidiyyət  qaydasının  pozulması  da  inzibati  aktın  etibarsızliq 
meyarlarından  biri  kimi  müəyyən  olunmalıdır.  Ədəbiyyatda 
haqlı olaraq səlahiyyətin adiyyat  dairəsindən kənarda  yerləşən 
başqa bir coğrafi məkanda istifadə olunması səlahiyyət həddinin 
ərazi baxımından aşılması kimi qiymətləndirilir.
283
  
İnzibati orqanın öz səlahiyyətini qanunla müəyyən olunmuş 
zaman  çərçivəsində  həyata  keçirtmədiyi  halda  da  səlahiyyət 
həddinin aşılması baş verir. Bu halda yaranan inzibati mübahi-
sənin əsasını təşkil edən fakt inzibati orqanın səlahiyyətinə aid 
olan aktı vaxtında qəbul etməməsindən qaynaqlanır.  
Məsələn,  attestasiya  komissiyasının  verdiyi  qiymət  əsas 
götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanun-
vericiliyə  uyğun  olaraq  qərarlar  dövlət  qulluqçusunun  qulluq 
keçdiyi  dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusu-
nun attestasiyadan keçdiyi  gündən sonra ən  geci 2 ay müddə-
tində qəbul edilməlidir
284
. Bu müddət keçdikdən sonra attesta-
siyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə 
keçirilməsi  və  ya  tutduğu  vəzifədən  azad  edilməsi  haqqında 
qərarlar  qəbul  edən  inzibati  orqan  səlahiyyət  həddini  zaman 
baxımından aşmış hesab olunur. 
Fikrimizcə,  inzibati  məhkəmə  təcrübəsində  anlaşılmaz-
lıqlara yol verilməməsi üçün inzibati orqanların aidiyyət qayda-
larının  və  onların  qəbul  etdikləri  aktların  etibarsızlıq  meyar-
larının qanunvericilikdə dəqiqləşdirilməsi zəruridir. 
3. Diskresion səlahiyyətlərdən düzgün istifadə olunmaması. 
                                                           
283
 Demirkol S. Iptal davasında idari işlemin beş ünsürü. s.66. http://dergi.sayistay.-
gov.tr/icerik/der29m5.pdf   
284
 “Dövlət qulluğu haqqında”  Azərbaycan Respublikası Qanunu.Bakı: Qanun,2013, 
s.11  


178 
 
Avropa  Şurası  Nazirlər  Kabinetinin  1980-cı  il  tarixli 
Tövsiyəsində göstərilir ki, mülahizə səlahiyyəti inzibati orqana 
qəbul  edəcəyi  qərarlarda  müəyyən  dərəcədə  sərbəstlik  verən, 
qanuni  şəkildə  qəbul  oluna  bilən  qərarların  içindən  özünün 
uyğun gördüyünü seçmək imkanı verən səlahiyyətdir
285
. Azər-
baycan Respublikası qanunvericiliyində isə diskresion səlahiy-
yətlərə - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün 
qanunauyğun  qərarlardan  birini  seçmək  hüququnun  verilməsi 
kimi anlayış verilir
286

Hüquq ədəbiyyatında mülahizə səlahiyyəti – çərçivəsi qa-
nunvericilikdə  nəzərdə  tutulmuş,  lakin,  məzmunu  bəzi  imkan-
sızlıqlar  səbəbindən  dəqiq  müəyyən  edilməmiş  inzibati  pro-
seduru ifadə edən səlahiyyət kimi qiymətləndirilir
287

A.O.Abdullayev  inzibati  mülahizəyə  idarəçilik  sahəsində 
müxtəlif  işlərin  hüquqi  cəhətdən  həlli  üçün  iş  üzrə  səmərəli 
qərarın  qəbul  edilməsi  məqsədilə  idarəetmənin  subyektinə 
verilmiş məlum müstəqillik dərəcəsi kimi anlayış verir
288

Məlum olduğu kimi, qanunla qorunan maraqlar hüquqazidd 
əməllərlə  yanaşı  diskresiyon səlahiyyətlərdən sui-istifadə nəti-
cəsində  də  pozula  bilər.  Təsadüfi  deyildir  ki,  hüquq  ədəbiy-
yatında maraqların müdafiəsi diskresyon səlahiyyətlər sahəsində 
idarəetmənin qərəzsizliyini və obyektivliyini, onların mümkün 
                                                           
285
 Karahanoğulları O. “Idari takdir yetkisinin kullanilmasina dair R(80) sayili Avropa 
Konseyi Bakanlar Kurulunun Tavsiye Karari” / Ankara Üniversitesi Hukuk Fakültesi 
Dergisi, Cilt 45, Ankara, 1996, sayı 14, s. 327 
286
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.3 
287
Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti 
yayınları, 2008, s. 79  
288
 Abdullayev A.O. İnzibati hüquq: Dərs vəsaiti. Bakı: Qanun, 2005, s. 336 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə