Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə54/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   50   51   52   53   54   55   56   57   ...   123

167 
 
nəzarətinin  vəzifəli  şəxsin  məsuliyyət  mexanizmini  hərəkətə 
gətirməsinə real zəmin kimi çıxış edir.  
Qeyd edək ki, inzibati aktların məhkəmə qaydasında yox-
lanması  üçün meyarların hərtərəfli müəyyənləşdirilməməsi  bir 
çox  mühüm  məqamların  diqqətdən  kənar  qalmasına  yol  aça 
bilər. Belə ki, inzibati akt qanunauyğun olsa da prosedur qayda-
larını  pozmaqla,  yaxud  inzibati  orqanın  səlahiyyət  hədlərini 
aşmaqla və s. üsullarla qəbul oluna bilər. Nəticədə isə vətəndaşın 
hüquqları  və  ya  qanuni  maraqları  pozula  bilər.  Belə  hallarda 
şəxsin inzibati iddia ilə məhkəməyə müraciət etmək hüququna 
malik olması üçün fikrimizcə, inzibati aktlar üzərində məhkəmə 
nəzarətinin meyarları genişləndirilməlidir. 
A. E. Akyazan haqlı olaraq inzibati aktın səlahiyyət, forma, 
üsul, səbəb, mövzu və məqsəd kimi altı ünsürünü ayırd edir
260

Beynəlxalq təcrübədə də inzibati aktların məhkəmədə yoxlanıl-
masının  meyarları  kifayət  qədər  genişdir.  Belə  ki,  məsələn, 
Fransız inzibati hüququna əsasən, inzibati aktın üzərində həyata 
keçirilən məhkəmə nəzarəti dörd meyarı əhatı edir: aktın inzibati 
orqanın  səlahiyyəti  çərçivəsində  qəbul  edilməsi,  qanunauyğun 
olması, səlahiyyətdən sui-istifadəyə yol verilib-verilməməsi və 
üsul və formanın doğru seçilməsi
261

 
İngiltərədə isə inzibati aktların qanunauyğunluğunu  müəy-
yənləşdirmək üçün onun mətnində hüquqi səhvin olub olmaması, 
qanuna  zidd  halın,  məntiqsizliyin,  prosedur  qayda  pozğunluq-
larının olub-olmaması, həmçinin, səlahiyyətdən gizli məqsədlər 
üçün istifadə edilib-edilmədiyi də araşdırılır
262

                                                           
260
 Akyazan A.E. Maddi acıdan idari işlemler / TBB Dergisi, 2009, sayı 85, s. 228 
261
 Neville Brown L., Garner J.F. French administrative law. London: Butterworths, 1967. xiv, 
160 p. front. 22, p.122  
262
Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti yayınları, 
2008, s. 301  


168 
 
Artıq  qeyd  edildiyi  kimi,  inzibati  aktların  hazırda  yalnız 
qanunauyğunluq meyarına əsasən yoxlanılması nəzərdə tutulur. 
Halbuki, aktların qanunauyğunluğu dedikdə onların yalnız məz-
mun  etibarilə  qanunauyğun  olması  deyil,  həm  də  səmərəliliyi, 
mütənasibliyi, məqsədəuyğun olması, müəyyən formaya riayət 
olunmaqla, səlahiyyət  çərçivəsində  qəbul  olunması  da nəzərdə 
tutulmalıdır. 
Respublika  qanunvericiliyində  “mütənasiblik  prinsipi” 
inzibati  icraatın  ümumi  prinsiplərindən  biri  kimi  müəyyənləş-
dirilmişdir
263
.  Bu  prinsip  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqi 
statusuna  (prinsipial  hərəkət  azadlığına)  hər  hansı  müdaxiləni 
nəzərdə tutan tədbirlərin inzibati orqanın güddüyü qanuni məq-
sədə mütənasib olmasını, həmin məqsədə çatmaq üçün öz məz-
munu,  yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi  baxımından 
zəruri və yararlı olmasını nəzərdə tutur. 
Qeyd  etmək  lazımdır  ki,  inzibati  aktın  mütənasiblik  baxı-
mından yoxlanılmasına dair təcrübə nəinki, inzibati məhkəmə-
lərdə həm də Avropa İnsan Hüquqları Məhkəməsində formalaş-
mışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin 26 mart 1992-ci 
il  tarixli  qərarı  ilə    Beljudinin  Fransanın  xarici  işlər  nazirinin 
inzibati aktına qarşı qaldırdığı mübahisəyə baxaraq nazirin icti-
mai qaydanı təmin etmək məqsədilə iddiaçının dövlətin hüdud-
larından  çıxarılması  barədə  qərarını  araşdırmışdır.  Araşdırma 
nəticəsində məhkəmə iddiaçının ailəsindən 13 il ayrı qalmasına 
səbəb  olmuş  bu  aktı  insanların  normal  ailə  həyatı  hüququnu 
pozduğu  (İnsan  hüquqları  və  əsas  azadlıqlarının  müdafiəsinə 
dair  Avropa  Konvensiyasının  8-ci  maddəsi)  və  qanunun 
                                                           
263
 İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanunu. Bakı: Qanun, 2013, s.3 


169 
 
məqsədlərinə mütənasib olmadığı üçün məqsədəuyğun olmayan 
akt kimi qiymətləndirmişdir
264

Hesab edirik  ki,  inzibati  prosessual qanunvericilikdə  inzi-
bati aktın məhkəmə nəzarəti qaydasında yoxlanması meyarları 
sırasında “aktın mütənasibliyi” prinsipinin də yer alması məqsə-
dəuyğun olardı. 
Qeyd edildiyi kimi inzibati mübahisənin ikinci növü kimi 
subyektiv inzibati hüquq barədə mübahisələr, yəni, predmetini 
ümumi hüquq münasibətlərinin iştirakçılarının subyektiv hüquq, 
vəzifə  və  qanunla  qorunan  maraqları  təşkil  edən  mübahisələr 
cıxış edir. 
Məlum olduğu kimi, hüquqi dövlətdə subyektiv hüquqların 
müdafiəsini  təmin  edən  institutlar  mühüm  rol  oynayır.  Sub-
yektiv  hüquqlar  bir  tərəfdən  dövlətin  sosial  rolunun  gücləndi-
rilməsinə,  digər  tərəfdən  isə  vətəndaşların  şəxsi  maraqlarını 
təmin  etməklə  ümumi  hakimiyyətin  məhdudlaşdırılmasına 
yönəlir.  Buna  görə  də  ümumi  hüquqların  realizəsinin  təminat 
tədbirləri mühüm əhəmiyyət daşıyır. Belə təminatlardan biri də 
inzibati orqanların hərəkətlərinin, aktlarının inzibati məhkəmə-
lərdə mübahisələndirilməsidir. 
Məhkəmə hakimiyyətinin rolu dövlətin və cəmiyyətin bü-
tün subyektləri arasında münasibətlərin qanun əsasında cərəyan 
etməsini  təmin  etməkdən  və  meydana  çıxan  mübahisələri  qa-
nunun tələb etdiyi qaydada həll etməkdən ibarətdir
265
. Subyektiv 
inzibati  hüquq  haqqında  mübahisələrin  predmetinə  inzibati 
                                                           
264
 Европейский Суд по правам  человека. Избранные решения.  Постановление 
Европейского  Суда  по  правам  человека  от  26  марта  1992  года  (жалоба  N 
12083/86) 
http://europeancourt.ru/uploads/ECHR_Beldjoudi_v_France_26_03_1992.pdf  
265
 Abullayev Ə.,  Azarov  A., Hüfner K., Röyter V. İnsan hüquqları. Beynəlxalq və 
milli müdafiə mexanizmləri. Bakı, 2008, s. 280  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə