Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə51/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   47   48   49   50   51   52   53   54   ...   123

158 
 
İnzibati  hüquqi  mübahisələrin  təsnifatı  maddi-hüquqi  və 
prosessual  xarakterə  malik  olan  kompleks  hüquq  münasibət-
lərinin  xüsusi  növləri  kimi  çıxış  edir.  Təsnifat  meyarlarının 
müəyyənləşdirilməsi  həm  elmi,  həm  də  təcrübi  baxımdan 
mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  inzibati  mübahisələrin 
həlli  qaydalarının,  prossual  müdafiə  vasitələrinin,  aidiyyət 
qaydalarının  müəyyənləşdirilməsində  bu  meyarlar  mühüm 
əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, inzibati mübahisənin predmeti onun təsnif-
ləndirilməsi  üçün  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Təsniflən-
dirmə  dedikdə,  ənənəvi  olaraq  təzahürlərin  ümumi  əlamətlərə 
müvafiq olaraq siniflər üzrə bölgüsü, sinif dedikdə isə, ümumi 
əlamətlərə malik olan təzahürlərin məcmusu nəzərdə tutulur. Bu 
təzahürlərin bölgüsü isə mühüm əhəmiyyət kəsb edən müxtəlif 
əlamətlərə əsasən aparılır ki, bu cür  əlamətlər elmi ədəbiyyat-
larda  əsasən  “meyarlar”  adlandırılır.  Təsnifləndirmə  mübahi-
sənin subyekt tərkibi, predmetinin məzmunu, tərəflər arasındakı 
əlaqənin  xarakteri,  mübahisəli  maddi  hüquq  münasibətinin 
iqtisadi və ya qeyri - iqtisadi məzmuna malik olması və s. kimi 
çoxsaylı əsaslara əsasən aparılır. Təbii ki, heç də bütün meyarlar 
deyil,  yalnız mühüm  əhəmiyyət  kəsb edən meyarlar təsniflən-
dirmənin  əsası  kimi  qiymətləndirilə  bilərlər.  Fikrimizcə,  məhz 
bu  səbəbdən  ümumiləşdirici  termin  olan  “meyar”ın  əvəzinə 
“təsnifləndirmənin  əsasları”  terminindən  istifadə  etmək  daha 
məqsədəuyğun olardı. 
Ədəbiyyatda  inzibati  mübahisələrin  vahid  təsnifat  sistemi 
mövcud  deyildir.  Məsələn,  A.Ş.Gözüböyük  predmetinin  məz-
munundan asılı  olaraq inzibati  mübahisələri 3 növ üzrə  təsnif-
ləndirir: 
1) inzibati aktların ləğv olunması tələbinə dair mübahisələr; 


159 
 
2) bir hüququn pozulmasının əvəzində müəyyən hərəkətin 
edilməsini  və  ya  vurulmuş  ziyanın  əvəzinin  ödənilməsini  nə-
zərdə tutan mübahisələr (tam mühakimə mübahisələri); 
3) hüquq normasının təfsirindən və konkret məsələyə tətbi-
qindən yaranan mübahisələr.
243
 
Bu təsnifatı qəbul edən A.R.Uyanık yazır ki, ləğvetmə tələ-
binə  dair  mübahisələrin  predmeti  ancaq  inzibati  aktlar  olduğu 
halda, tam mühakimə mübahisələrinin predmetini həm inzibati 
müqavilələr, həm də inzibati hərəkətlər təşkil edə bilər
244

S.N.Maxina  isə  inzibati  mübahisələrin  növlərini  müəy-
yənləşdirərkən  şikayət  olunan  aktın  normativ  yaxud,  qeyri-
normativ olmasına əsaslanır
245

İ.L.Baçilo  subyektlər  arasındakı  münasibətlərdə  haki-
miyyət - tabeçilik dərəcəsinə görə inzibati mübahisələrin subor-
dinasiya, koordinasiya və reordinasiya mübahisələri kimi  növ-
lərini fərqləndirirdi
246
. Qeyd edək ki, Ukraynanın inzibati hüqu-
qunda  da  məhz  bu  əsaslardan  çıxış  edilərək  inzibati  mübahi-
sələrin növləri müəyyən olunur. Ədəbiyyatda tərəflərdən birinin 
digərinə  münasibətdə  sərəncam  və  ya  nəzarət  funksiyalarını 
həyata  keçirtmək  səlahiyyətinə  malik  olduğu  münasibətlərdən 
yaranan  mübahisələr  “subordinasiya  mübahisələri”,  dövlət 
hakimiyyət  səlahiyyətlərinin  ümumi  vəzifələrin  həlli  üçün 
ictimai  həyatın  müəyyən  sahələrinə,  ümumi  fəaliyyətə  yönəl-
məsindən  yaranan  münasibətlərdən  irəli  gələn  mübahisələr 
                                                           
243
 Gözübüyük A.Ş. Yönetim Hukuku. Ankara, 1989, s. 303   
244
 Uyanık A. İdari yargıda iptal davalarının degerlendirilmesi / Mevzuat dergisi, yıl 
6, sayı 61, Ocak 2003, http://www.mevzuatdergisi.com    
245
  Махина  С.Н.  Административный  процесс:  проблемы  теории,  перспективы 
правового регулирования. Воронеж: Изд-во ВГУ, 1999, с. 172–173 
246
 Бачило И.Л. Организация советского государственного управления. Право-
вые проблемы. М.: Наука, 1984  


160 
 
“koordinasiya  mübahisələri”,  idarəetmə  obyektinin  idarəet-
mənin  subyektinə  müəyyən  hərəkətləri  etməsi  üçün  müraciət 
etmək hüququna malik olduğu münasibətlərdən yaranan müba-
hisələr isə “reordinasiya mübahisələri” adlandırılır
247

Y.N.Starilov inzibati mübahisələri məzmun meyarına görə 
təsnifləndirərək mühafizəedici və tənzimləyici mübahisələr kimi 
fərqləndirir
248
.  
Qeyd edək ki, beynəlxalq təcrübədə inzibati mübahisələrin 
məzmunundan  asılı  olaraq  iddiaların,  bəzən  isə  hətta  məhkə-
mənin  çıxardığı  qərarların  da  növləri  fərqləndirilir.  Məsələn, 
Yaponiya qanunvericiliyində mübahisələrin məzmunundan asılı 
olaraq  inzibati  iddiaların  dörd  növü  fərqləndirilir:  “kokoku”, 
“todjişa”,  “xalq  iddiası”  (actions  populares)  və  “kikan”  (yəni, 
orqanlarla  təşkilatlar  arasında  yaranan  mübahisələr)
249
.  “Ko-
koku”  və  “todjişa”  tərəflərin  hüquqlarının  və  qanuni  maraqla-
rının  pozulmasından  irəli  gəlir  və  subyektiv  iddiaların  əsasını 
təşkil edir. “Xalq iddiaları” və “kikan” adlı iddialar isə obyektiv 
hüququn qanuni göstərişlərinin səhv icrasından yaranan müba-
hisələr üzrə qaldırılır və həmin göstərişlərin dəqiq icrasına dair 
tələblə bağlı olur. 
Amerika  qanunvericiliyində  isə  məhkəmə  nəzarəti  qayda-
sında  çıxarılan  qərarlar  mübahisənin  növündən  asılı  olaraq 
müxtəlif  cür  adlandırılır.  Belə  ki,  “mandamus”  adlı  qərarı  ilə 
məhkəmə inzibati orqanı təmsil edən vəzifəli şəxsə vətəndaşın 
narazı qaldığı hərəkətsizliyinə son verməyi və qanunla nəzərdə 
                                                           
247
 Административное право Украины. Учебник / Под общей ред. СВ.Кивалова. 
X.: Одиссей, 2004, с. 68 
248
 Старилов Ю.Н. Административное право в 2 ч. Ч.1. История. Наука. Пред-
мет. Нормы. Воронеж: Изд-во Воронеж. ун-та, 1998, с. 387  
249
  Козырин  А.Н.  Административное  право  зарубежных  стран:  Учебное  посо-
бие. М.: Спарк, 1996, с. 90  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə