Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə49/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   45   46   47   48   49   50   51   52   ...   123

152 
 
edilmədiyi  hallarda,  məhkəmə  mübahisə  ilə  bağlı  işi  aidiyyət 
qaydalarına  uyğun  olaraq  müvafiq  səlahiyyətli  məhkəməyə 
göndərir.  
Səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki 
baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə, birdən 
çox məhkəmə özünü səlahiyyətli saydıqda və mübahisə ilə bağlı 
işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi 
aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə 
instansiyası tərəfindən müəyyən edilir 
224
 
İddia  hüququnun  ilkin  şərtlərindən  olan  məhkəmə  aidiy-
yətına dair qeyd olunanları ümumiləşdirərək göstərmək olar ki, 
inzibati mübahisələrin aidiyyət qaydalarının düzgün müəyyən-
ləşdirilməsi vətəndaşların hüquq və maraqlarının daha peşəkar-
lıqla və keyfiyyətli müdafiəsinə və bununla bağlı ədalət müha-
kimə icraatının daha səmərəli həyata keçirilməsinə mühüm təsir 
göstərən meyarlardan biridir. 
Beləliklə, istənilən hüquqi və ya fiziki şəxs hüquqları və ya 
qanunla qorunan maraqlarının inzibati orqanların hərəkəti və ya 
hərəkətsizliyi  nəticəsində  pozulmasını  əsaslandırdığı  hallarda 
qanunla müəyyənləşdirilmiş prosessual müddət ərzində aidiyyət 
qaydalarına riayət etməklə inzibati məhkəmə icraatında inzibati 
iddia qaldıra bilər.  
Yeri gəlmişkən qeyd edək ki, ədəbiyyatda inzibati və iqti-
sadi mübahisələrin eyni bir məhkəmədə baxılmasının əleyhinə 
haqlı  fikirlər  də  səslənməkdədir.  Məsələn,  F.S.Mehdiyev  gös-
tərir  ki,  iqtisad  məhkəmələri  ilə  inzibati  məhkəmələri  birləş-
dirmək ayrıca bir uğursuzluqdur. Bunun səbəbi sadədir: iqtisadi 
                                                           
224
  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi.Bakı:  Qanun,  2013, 
s.21 


153 
 
işlər mahiyyətcə mülki işlərdir və orada ictimai  maraq meyarı 
tətbiq  olunmur.  Halbuki  inzibati  ixtilaflar  bir  “ümumi  hüquq 
ixtilafıdır”  və  tətbiq  olunan  həm  maddi,  həm  də  prosessual 
qaydalar xeyli fərqlidir
225

İnzibati  hüquqi  mübahisənin  qarşı  tərəfi  olan  inzibati 
orqanların inzibati aktların qəbul edilməsi, icra edilməsi və ya 
ləğv  edilməsinə  dair  fəaliyyəti  “İnzibati  icraat  haqqında” 
Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Göstərilən 
qanun  qəbul  olunana  qədər  milli  qanunvericilikdə  inzibati  or-
qanların anlayışı, fəaliyyətinin prosedur qaydaları və s. tənzim-
lənmir, mövcud qaydalar pərakəndə xarakter daşıyırdı. Hazırda 
isə  inzibati  orqanın  anlayışı  qanunvericilikdə  belə  müəyyən 
olunmuşdur: inzibati orqan – Azərbaycan Respublikasının mü-
vafiq  icra  hakimiyyəti  orqanları  (Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), 
onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə, 
qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər 
hansı fiziki və ya hüquqi şəxsdir
226

Qanunverici  inzibati  orqanların  geniş  əhatə  dairəsini 
müəyyənləşdirməklə vətəndaşların hüquqlarını, azadlıqlarını və 
qanunla  qorunan  maraqlarını  pozan  inzibati  orqanların  və 
onların  vəzifəli  şəxslərinin  özbaşınalığından  mümkün  qədər 
səmərəli müdafiə mexanizmini formalaşdırmağa çalışmışdır. 
Qeyd  edək  ki,  beynəlxalq  təcrübədə  inzibati  orqanların 
dairəsi  fərqli  şəkildə  müəyyənləşdirilir.  Məsələn,  Gürcüstanda 
inzibati orqanlara siyasi partiyalardan və dini birliklərdən başqa 
ümumi hüquq sahəsində fəaliyyət göstərən bütün hüquqi şəxslər 
                                                           
225
 Mehdiyev F.S. İnzibati hüquq: Dərs vəsaiti. Bakı: Qafqaz Universiteti yayınları, 2010, s.99 
226
  İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanunu. Bakı: Qanun, 2013, s.2-3 


154 
 
aid  edilir
227
.Türkiyədə isə inzibati  akt  qəbul etmək səlahiyyəti 
olan ictimai qurumlar və təşkilatlar, həmçinin, orqanın adından 
qərar  qəbul  etmək  səlahiyyətinə  malik  şəxslər  və  qanunla 
səlahiyyət  verilən  hallarda  xüsusi  hüquq  sahəsində  fəaliyyət 
göstərən bütün hüquqi şəxslər də inzibati orqanlara aiddir
228

İnzibati prosesdə cavabdehin vəziyyəti iddiaçının vəziyyəti 
ilə müqayisədə daha mürəkkəbdir. Qanunvericilikdə hər iki tərəf 
inzibati məhkəmə icraatının bərabər hüquqlu iştirakçıları hesab 
olunsalar  da,  inzibati  prosesdə  sübutetmə  vəzifəsi  cavabdehə 
həvalə olunur. Cavabdehin inzibati prosesdə iddiaçı ilə bərabər 
hüquqi vəziyyətə malik olması iddiaçının öz iddiasını müdafiə 
etmək üçün malik olduğu bütün prosessual vasitələrdən onun da 
eyni dərəcədə istifadə etmək imkanında ifadə olunur
229
.  Lakin, 
bu prosessual vasitələrdən istifadə edə bilsə də o, iddiaçı ilə eyni 
prosessual vəzifələrə malik olmur. Belə ki, hərəkəti və ya qərarı 
inzibati mübahisənin yaranmasına səbəb olmuş subyekt olaraq 
o, özünün haqlı və əsaslı olduğunu sübut etməli, müvafiq yazılı 
izahat verməli, tələb olunan sənədləri təqdim etməlidir.  
İnzibati hüquqi mübahisənin struktur elementlərindən olan 
predmet  onun  hansı  məsələ  ilə  əlaqədar  meydana  çıxmasını 
bildirir.  Ədəbiyyatlarda  inzibati  hüquqi  mübahisənin  predmeti 
barədə çoxsaylı diskusiyalar mövcuddur. Bir qrup müəlliflər
230
 
vətəndaşların  və  təşkilatların  yalnız  hüquqlarının  inzibati 
                                                           
227
 Gürcüstanın  Ümumi İnzibati Məcəlləsi (25.06.1999) / http://www.carim-east.eu 
228
 
Genel İdari  Usul kanunu / yayin.todaie.gov.tr  
229
 Усанов В.Е. Проблемы формирования административной юстиции в России // Право и 
жизнь, 2001, № 8 / http://pravogizn.h1.ru/KSNews/PIG_idx18.htm 
230
  Лозина-Лозинский  М.А.  Административная  юстиция  и  преобразование  Правитель-
ствующего Сената // Журнал Министерства юстиции, 1907, № 1,  с. 42; Николаева Л.А. 
Судебный надзор за законностью в советском государственном управлении. Л.: Изд-во 
ЛГУ, 1973, с. 11 ; Салищева Н.Г. Административный процесс в СССР. М.: Юрид. лит., 
1964, с. 137-139 ; Чечот Д.М. Административная юстиция (теоретические проблемы). Л.: 
Изд-во ЛГУ, 1973, с. 74-75  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə