Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə45/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   41   42   43   44   45   46   47   48   ...   123

139 
 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  inzibati  aktdan 
yaranan  zərər  hər  zaman  pulla  ölçülən,  təzminatla  əvəzinin 
ödənilməsi  mümkün  olan  zərər  deyildir.  R.Ə.Tiryaki  haqlı 
olaraq göstərir ki, zərər anlayışı yalnız texniki anlamda maddi 
və  ya  mənəvi  zərər  kimi  anlaşılmamalıdır
210
.  M.R.Gündayın 
fikrincə isə zərər anlayışı maddi və mənəvi zərəri nəzərdə tutsa 
da,  onun  nisbi  mənası  da  mövcuddur.  Bu  məna  isə  gələcəkdə 
məhkəmənin  inzibati  aktın  ləğvinə  dair  çıxaracağı  qərarın 
təsirsiz qalmasında və  ya təsirinin azalmasında təzahür edir
211

Vətəndaşların  şəxsi  qeyri-əmlak  hüquqlarının  pozulması 
nəticəsində əmələ gələn  zərər heç bir  iqtisadi məzmuna malik 
olmasa da fiziki şəxsə mənəvi  gərginlik və sıxıntı verir. Qeyd 
edək ki, Azərbaycan Respublikası  Ali Məhkəməsinin İnzibati-
İqtisadi Kollegiyasının qərarı ilə mənəvi zərər qeyri əmlak zərəri 
olmaqla  iqtisadi  məzmun  və  dəyər  kəsb  etməyən  hüquq 
pozuntusu kimi qiymətləndirilmişdir
212
.  
Subyektiv hüquq və maraqların müdafiə vasitəsi kimi çıxış 
edən, hüquqi  mübahisəyə xas olan bütün konstruktiv cəhətləri 
özündə əhatə edən inzibati hüquqi mübahisə  maddi-prosessual 
inzibati  hüquq  münasibətlərinin  kompleks  tipi  olub  tərəflər 
arasında  inzibati  orqanların  fəaliyyəti  prosesində  yaranan 
ziddiyyətlərin  mövcudluğu  və  ya  qanunçuluğa  olan  baxışların 
üst-üstə  düşməməsi  ilə  səciyyələnir.  İnzibati  mübahisənin 
                                                           
210
  Tiryaki  R.  İdari  yargıda  yürütmənin  durdurulması  ve  bazı  sorunlar  //  Ankara 
Barosu dergisi, 2002 /2, s. 198   
211
  Günday  M.  Yürütmənin  durdurulması  kararları  və  uyqulamada  karşılaşılan  bazı 
sorunlar. 2000 yılında idari yargı sempozyumu. Ankara 11-12 mayıs 2000. Ankara: 
Danıştay yayın Bürosu yayınları, 2000, № 59, s. 16  
212
 Azərbaycan Respublikası  Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 
mart 2013-cu il tarixli Qərarı. İş № 2-2(102)-163/2013 


140 
 
ədalətli həlli inzibati orqanlar tərəfindən insan hüquq və azad-
lıqlarına əməl olunmasının təmini və qanunun aliliyinə nail ol-
mağa yönələn mühüm zəmin kimi çıxış edir. 
İnzibati mübahisələrin məhkəmə aidiyyəti AR İPM-in 8-ci 
maddəsi  ilə  müəyyənləşdirilir.  İnzibati  mübahisələrin  ərazi 
aidiyyəti  müəyyən  edilərkən  Ar  İPM-in  8.1.1.-ci  maddəsində 
müəyyən edilən aşağıdakı qaydalar tətbiq olunur: 
- daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq 
və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin 
əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən 
baxılır; 
-  mübahisələndirmə  haqqında  iddialara  mübahisə  edilən 
inzibati  aktı  qəbul  etmiş  inzibati  orqanın  yerləşdiyi  yerin 
məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox 
məhkəmənin  yurisdiksiyasına aid  olan  ərazini  əhatə  edən inzi-
bati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara 
qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) mü-
daxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkə-
məsi  tərəfindən  baxılır.  Azərbaycan  Respublikasının  xaricdə 
yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səla-
hiyyətinə  aid  olan  ərazilərdə  Azərbaycan  Respublikasına  qarşı 
iddialara  müvafiq  icra  hakimiyyəti  orqanının  yerləşdiyi  yerin 
məhkəməsi tərəfindən baxılır; 
-  inzibati  orqanla  hakim,  dövlət  qulluqçusu  və  ya  hərbi 
qulluqçu  arasında  mövcud  olan  və  ya  əvvəllər  mövcud  olmuş 
xidməti  hüquq  münasibətləri  ilə  bağlı  həmin  orqana  qarşı 
iddialara,  habelə  belə  hüquq  münasibətlərinin  yaranması  ilə 
əlaqədar  mübahisələrə  iddiaçının  xidməti  yaşayış  sahəsinin 
olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış 
yerinin,  bu  halların  heç  birinin  olmadığı  təqdirdə  isə  ilkin 


141 
 
inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi 
yerin məhkəməsi tərəfindən baxılır; 
-  digər  hallarda  iddialara  cavabdehin  yerləşdiyi  yerin, 
yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin 
və  ya  axırıncı  yaşayış,  yaxud  olduğu  yerin  məhkəməsi  tərə-
findən baxılır
213

Predmet  və  ya  ərazi  aidiyyəti  üzrə  mübahisəyə  baxılması 
onun  səlahiyyətinə  aid  olmadığı  hallarda,  məhkəmə  tərəfləri 
dinlədikdən  sonra  xidməti  vəzifəsinə  görə  mübahisənin  aidiy-
yətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti 
üzrə  müvafiq  səlahiyyətli  məhkəməyə  göndərir.  Mübahisəyə 
baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu 
hallarda,  məhkəmə  mübahisə  ilə  bağlı  işi  iddiaçı  və  ya  ərizəçi 
tərəfindən  seçilən  məhkəməyə  göndərir.  İddiaçı  və  ya  ərizəçi 
tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə 
ilə  bağlı  işi  aidiyyət  qaydalarına  uyğun  olaraq  müvafiq 
səlahiyyətli məhkəməyə göndərir. Tərəflərdən birinin məhkəmə 
aidiyyətini  mübahisələndirdiyi  hallarda,  mübahisəyə  baxılma-
sının  onun  səlahiyyətinə  aid  olması  barədə  məsələ  məhkəmə 
tərəfindən həll edilir. 
 
 
2.2. İnzibati hüquqi mübahisənin strukturu və növləri 
 
Hüquqi mübahisənin strukturu universal xarakter daşıyaraq 
istər  xüsusi,  istərsə  də  ümumi  hüquq  sferasındakı  istənilən 
münaqişənin ifadə olunması üçün eyni dərəcədə uyğundur. Bu 
                                                           
213
 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. Bakı: Qanun, 2013,s.19-
21 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə