Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə44/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   40   41   42   43   44   45   46   47   ...   123

136 
 
Belə ki, D.Lütfi inzibati orqanların və vəzifəli şəxslərin inzibati 
hüquqla  nizama  salınan  məsələlərlə  əlaqədar  öz  iradələrini 
açıqlamasını inzibati akt hesab edir
204
. Y.Yıldızxan isə inzibati 
akt  dedikdə  inzibati  orqanın  fərdlər  barəsində  hüquqi  nəticəyə 
səbəb  olan  birtərəfli  aktlarını  nəzərdə  tutur
205
.  M.Günday  da 
inzibati aktın birtərəfliyini vurğulayaraq yazır ki, inzibati aktlar 
inzibati  orqanın  malik  olduğu  hakimiyyət  səlahiyyətindən  
yararlanaraq qəbul etdiyi birtərəfli aktlardır
206
.  
 “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanu-
nunda  inzibati  akta  “inzibati  orqan  tərəfindən  ümumi  (publik) 
hüquq  sahəsinə  aid  olan  müəyyən  (konkret)  məsələni  nizama 
salmaq  və  ya  həll  etmək  məqsədilə  qəbul  edilmiş  və  ünvan-
landığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi 
nəticələr  yaradan  qərar,  sərəncam  və  ya  digər  növ  hakimiyyət 
tədbiri” kimi anlayış verilir
207
.  
Qanunda konkret  icraatın təşkili  və həyata keçirilməsi  ilə 
bağlı inzibati orqan tərəfindən qəbul edilən akt – “aralıq inzibati 
akt” (qanunun 2.0.9-cu maddəsi), maraqlı şəxsə hüquq verən və 
ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş 
vəzifəni  (vəzifələri)  götürən  akt  –  “əlverişli  inzibati  akt”  (qa-
nunun  2.0.10-cu  maddəsi),  maraqlı  şəxsi  hüquqdan  məhrum 
edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə 
müəyyən vəzifə (vəzifələr) qoyan akt isə “əlverişsiz (yükləyici) 
inzibati akt” (qanunun 2.0.11-ci maddəsi) kimi müəyyən olunur. 
İnzibati  aktın  “iradə  ifadəsi”  və  “hüquqi  nəticə”  kimi  iki 
elementi vardır. Ədəbiyyatda haqlı olaraq göstərilir ki, məhz bu 
                                                           
204
 Lütfi D. İdare Hukuku Ders Notları. İstanbul: Fakülteler Matbaası, 1982, s.385 
205
 Yıldızhan  Y. “İdare hukuku”.   İstanbul: Filiz Kitabevi, 1985, s. 81  
206
 Metin G. “İdare hukuku”. 5. Baskı. Ankara: İmaj Yayıncılık,  2002, s. 109   
207
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu.  Bakı:  Hüquq  ədəbiyyatı, 
2012, s. 5 


137 
 
iki  element  bir  yerdə  olduğu  təqdirdə  inzibati  akt  meydana 
çıxır
208
.  
İnzibati orqanların inzibati aktları ilə yanaşı hərəkətləri və 
hərəkətsizliyi  də  inzibati  mübahisənin  əsası  ola  bilər.  Hərəkət 
dedikdə, inzibati orqanların akt qəbul edilməsi və ya aktın icra 
edilməsi  ilə  bağlı  olmayan,  lakin,  iddiaçının  hüquq  və  ya 
mənafelərinə  toxunan  faktiki  xarakterli  hərəkətləri  nəzərdə 
tutulur.  Qeyd  edək  ki,  “inzibati  hərəkət”  anlayışı  qanunverici-
likdə müəyyən olunmasa da AR İPM-in 2.2-ci maddəsinin məz-
munundan aydın olur ki, üç növ hərəkətlər inzibati mübahisənin 
əsası və deməli, inzibati iddianın predmeti ola bilər: 
Birincisi, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan 
və  bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını  pozan  qanunsuz 
müdaxilə kimi çıxış edən hərəkətlər; 
İkincisi, inzibati orqanların hüquqi və fiziki şəxslərə ziyan 
vurulmasına   səbəb olan qanunsuz hərəkətləri
Üçüncüsü, inzibati nəzarət orqanlarının hərəkətləri. 
Göründüyü kimi qanunverici yalnız inzibati aktın qəbulu ilə 
əlaqədar  olmayan,  qanunsuz  müdaxilə  kimi  çıxış  edən  inzibati 
hərəkətlərdən  məhkəməyə  şikayət  imkanını  nəzərdə  tutmuşdur. 
Qanunverici  “inzibati  hərəkət”  anlayışının  məzmunu  qanunveri-
cilikdə müəyyənləşdirilmədiyindən təcrübədə və nəzəriyyədə haqlı 
olaraq  bir  sıra  anlaşılmamazlıqlar  meydana  çıxır.  Məhz,  hansı 
xüsusiyyətlərinə görə inzibati hərəkətin inzibati aktdan fərqləndiyi, 
ümumiyyətlə inzibati hərəkətlərə hansı subyektlərin hərəkətlərinin 
aid edildiyi, inzibati hərəkətdən şikayət verilməsi üçün tələb olunan 
şərtlər və s. barədə məsələlər qeyri-müəyyən olaraq qalır.  
                                                           
208
 Akyazan A.E. Maddi acıdan idari işlemler. Idari işlemler / TBB Dergisi, 2009, sayı 
85, s. 221  


138 
 
Hazırda AR İPM-in 34.2.-ci madəsində müəyyən hərəkət-
ləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçıya cavab-
dehdən  inzibati  akt  sayılmayan  əlverişsiz  hərəkətlərin  edil-
məməsini və ya dayandırılmasını tələb etmək hüququ verilsə də 
bu  hərəkətlərin  dairəsi  və  əlamətləri  müəyyən  olunmamışdır. 
İnzibati hərəkətlərin edilmə forması da burada mühüm məqam 
kimi çıxış edir.  
Fikrimizcə,  qanunvericilikdə  “inzibati  hərəkət”  anlayışı, 
əlamətləri,  subyektləri  dəqiq  müəyyənləşdirilməli,  onlardan 
inzibati  iddia  verilə  bilən  halların  dairəsi  aydınlaşdırılmalıdır. 
Hesab edirik  ki,   hərəkətləri inzibati  iddianın  şikayət  predmeti 
kimi  nəzərdə  tutan  qanunverici  bu  hərəkətlərin  zəruri  əlamət-
lərini və onlardan şikayət veriləcəyi təqdirdə hansı müdafiə və 
təsir tədbirlərinin tətbiq olunacağını müəyyənləşdirməlidir.  
Ziyana səbəb olmuş hərəkətə qarşı iddianın qaldırılması da 
özlüyündə anlaşılmazlıq yaradır. Belə ki, əgər bu ziyan inzibati 
aktın  icrası  ilə  əlaqədar  baş  veribsə  iddianın  predmeti  olan 
aktdan şikayət verilməlidir. Əksinə, heç bir inzibati aktın icrası 
məqsədilə  deyil,  müstəqil  törədilmiş  inzibati  hərəkətlər  məh-
kəmədə qaldırılan iddia icraatının predmeti ola bilər. Fikrimizcə, 
qanunverici  bu məsələyə  aydınlıq  gətirmək üçün  ziyana səbəb 
olmuş  qanunsuz  hərəkətlərə  aydınlıq  gətirməli,  bunların  qa-
nunsuz aktdan irəli gəlməsi, yaxud müstəqil surətdə törədilməsi 
məsələsinə  də  toxunmalıdır.  Hüquq  ədəbiyyatında  haqlı  qeyd 
olunur  ki,  maddi  zərərə  səbəb  olmayan,  maraqlı  şəxsin  hüqu-
qunu və ya qanuni mənafeyini məhdudlaşdıran bu cür hərəkətlər 
olduqda hərəkətdən deyil, inzibati aktdan şikayət verilməlidir
209
.  
                                                           
209
 Mehdiyev F.S. İnzibati idarəetmə hüququ: Dərs vəsaiti.  Bakı: Qafqaz Universiteti 
Yayınları, 2008, s. 257 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə