Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə46/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   42   43   44   45   46   47   48   49   ...   123

142 
 
konstruksiya münaqişəli vəziyyətləri xarakterizə edən şərtlərin 
təsnifləndirilməsini,  həmçinin,  onlara  təsir  göstərilməsini  və 
müvafiq  hüquqi  tədbirlərin  həyata  keçirilməsini  müəyyən 
etməyə  imkan  verir.  Hüquqi  mübahisənin  strukturu  pozulan, 
yaxud  mübahisə  olunan  hüququn  sahəvi  aidiyyətindan  asılı 
olaraq  dəyişmir.  Ünsürlərinin  xüsusiyyətləri  və  hüquqi  müba-
hisənin həll formaları onların yaratdığı hüquq münasibətlərinin 
xarakteri  ilə  şərtlənir.  İnzibati  hüquqi  mübahisəyə  sistem-
quruluş baxımından yanaşdıqda onun tərkibində tərəfləri, pred-
meti və əsası fərqləndirmək olar. 
Məlum  olduğu  kimi,  inzibati  icraatdan  inzibati  prosesə 
keçidlə  əlaqədar  olaraq  iştirakçıların  statusunda  müvafiq 
dəyişikliklər baş verir. İnzibati icraatda maraqlı şəxs aktın qəbul 
edilməsi  və  ya  müvafiq  hərəkətin  edilməsi  ilə  bağlı  inzibati 
orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş 
və  ya  müvafiq  hərəkət  (hərəkətsizlik)  edilmiş  şəxs  və  yaxud 
inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya 
qəbul  edilmiş inzibati  aktın və  ya inzibati  orqanın hərəkətinin 
hüquqlarına  və  ya  qanunla  qorunan  maraqlarına  birbaşa  təsir 
etdiyi  və  ya  təsir  edə  biləcəyi  və  öz  vəsatətinə  əsasən  və  ya 
xidməti  vəzifəsindən  irəli  gələn  hallarda  inzibati  orqanın 
təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya 
hüquqi şəxsdir
214

 İddia  institutu  inzibati  icraatdakı  maraqlı  şəxsin  aparılan 
icraat  qaydalarından  və  ya  icraatın  hüquqi  nəticələrindən  olan 
narazılığına rəsmi xarakter qazandırır. 
                                                           
214
  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının    Qanunu.  Bakı:  Qanun, 
2013, s.3 


143 
 
Tərəf  kimi  həm  fiziki,  həm  də  hüquqi  şəxslər  iddiaçı  ola 
bilərlər. Bu, vətəndaşların Azərbaycan Respublikasının Konsti-
tusiyasının  57-ci  maddəsinin  birinci  hissəsi  ilə  müəyyənləş-
dirilmiş dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi 
və  kollektiv  yazılı  müraciətlər  göndərmək  hüququndan  irəli 
gəlir.  
Maraqlı  şəxs  inzibati  aktdan  və  ya  inzibati  aktın  qəbul 
edilməsindən  imtinadan  məhkəmə  qaydasında  inzibati  iddia 
təqdim  etməklə  inzibati hüquqi  mübahisənin  məhkəmə  qayda-
sında həllini xahiş edən tərəf, yəni, iddiaçı hesab olunur. 
Məhkəməyə  inzibati  iddianın  təqdim  olunması  ilə  tərəflər 
arasındakı  münasibətlər  rəsmən  mübahisəli  xarakter  qazanır. 
Subyektiv hüquqların və qanunla qorunan mənafelərin müdafiə 
vasitəsi  kimi  iddia  mühüm  əhəmiyyət  kəsb  edir.  İddia  hüququ 
ikili  məna  daşıyır.  Maddi  mənada  yanaşdıqda,  iddia  hüququ 
iddiaçının cavabdehə qarşı olan maddi hüquqi tələbinin məcburi 
surətdə həyata keçirməsi kimi başa düşülür. İnzibati məhkəmə 
icraatı  prosesində  iddiaçının  maddi  mənada  iddia  hüququnun 
olub-olmadığı müəyyən olunur. Prosessual mənada yanaşdıqda 
isə  iddia  hüququ  müdafiə  üçün  məhkəməyə  iddia  vasitəsilə 
müraciət etməyi nəzərdə tutur. 
Mübahisəli  münasibət  konkret  inzibati  iş  üzrə  həyata  ke-
çirilən  inzibati  prosesin  obyekti  qismində  çıxış  edir.  Məhkə-
mənin vəzifəsi bu cür mübahisəli münasibətləri tənzimləməkdən 
ibarət olur. İddiaçının öz iddiasından imtina etməsi eyni tərəflər 
arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən 
iddia qaldırma imkanını istisna edir.  
Tərəflər  arasında  inzibati  hüquqi  mübahisənin  mövcud 
olub-olmaması,  onun  məzmunu,  iddiaçının  hüquqlarının  və 
qanunla qorunan maraqlarının həqiqətən də cavabdeh tərəfindən 


144 
 
pozulub-pozulmadığı  məhkəmənin  işə  mahiyyəti  üzrə  baxma-
sından sonra aydın olur. İnzibati iddianın məhkəmənin icraatına 
qəbul olunması ilə başlanan inzibati məhkəmə icraatında tərəflər 
aşağıdakı xüsusiyyətlərə malik olurlar:  
1) tərəflərin adından inzibati iş üzrə məhkəmə prosesi hə-
yata keçirilir; 
2)  iddianın  təqdim  olunması  ilə  tərəflər  arasında  inzibati 
hüquqi  mübahisədən  yaranan  mübahisəli  münasibətlər  rəsmi 
xarakter qazanır; 
3)  mübahisəli  inzibati  hüquq  münasibətinin  subyektləri 
kimi  tərəflər inzibati  işin həllində  maddi-hüquqi  cəhətdən ma-
raqlı olurlar; 
4.) inzibati iş üzrə çıxarılan məhkəmə qərarı tərəflərin mad-
di  hüquqlarına,  azadlıqlarına  və  qanunla  qorunan  maraqlarına 
təsir edir;  
4)  məhkəmə  ilə  prosessual  hüquq  münasibətlərinə  daxil 
olan  tərəflər  işin  nəticəsindən  prosessual  cəhətdən  maraqlı 
olurlar.  
5) tərəflər prosessual hüquq və vəzifələrə malik olurlar. 
Bu  xüsusiyyətlər  inzibati  prosesdə  tərəfləri  məhkəmə 
icraatının digər iştirakçılarından fərqləndirir.  
 Qeyd  edək  ki,  iddiaçı  prosesdə  fəal  tərəf  hesab  olunur. 
Çünki, onun hüqlarının və maraqlarının müdafiəsi üçün edilən 
hərəkətlər inzibati prosesin yaranmasına səbəb olur. Bu, həm də 
onun statusundan irəli gəlir. Belə  ki,  Sovet  dövründə vətəndaş 
yalnız şikayətlə müraciət etmək hüququ ilə təmin olunduğundan 
işə  baxılarkən  cavabdehlə  bərabər  hüquqi  vəziyyətə  malik 
olmur,  məhkəmə  prosesinin  özü  isə  cəzalandırıcı  xüsusiyyət 
daşıyırdı. Müasir hüquqi dövlətdə isə inzibati orqanla vətəndaş 
bərabər  prosessual  statusa  malik  olduğundan  müvafiq  olaraq 


145 
 
vətəndaş da inzibati iddia hüququ və prosesdə cavabdehlə bəra-
bər hüquq və vəzifələrlə təmin olunur.  
Lakin,  bü fəallıq  yalnız iddiaçının subyektiv fəallığı  kimi 
qiymətləndirilə  bilməz.  Hüquqi  dövlətdə  hakim  də  inzibati 
prosesdə fəal rol oynayıb, həqiqətin üzə çıxarılmasına, inzibati 
orqanların  məsuliyyət  mexanizminin  möhkəmləndirilməsinə 
zəmin olan hüquqi-psixoloji təsir funksiyasını yerinə yetirir, id-
diaçıya yardım etmək vəzifəsini daşıyır. 
Subyektiv  hüquqlar  yarandıqları  vaxtdan  etibarən  şəxsin 
onlara olan münasibətindən asılı olmadan obyektiv təzahür kimi 
mövcud olurlar. Müvafiq maddi-hüquqi tələbin irəli sürülməsi 
hüquq  sahibinin  subyektiv  mülahizəsindən,  şəxsi  marağından 
asılı olur. Maddi-hüquqi cəhətdən iddianı iddiaçının cavabdehə 
ünvanladığı  tələb,  prosessual  cəhətdən  yanaşdıqda  isə  hüquq-
larının müdafiəsi  üçün  məhkəmədən  etdiyi  tələb kimi  qiymət-
ləndirmək  olar.  Maddi-hüquqi  tələb  iddia  icraatı  formasında 
müəyyən prosessual qaydalara riayət olunmaqla baxılması üçün 
iddiaçının  müvafiq  yurisdiksiyon  orqana  müraciət  etməsi  ilə 
iddiaya  çevrilir.  Ədəbiyyatda  iddianın  ikili  mənaya  malik 
olduğu haqda səslənən fikirləri
215
 dəstəkləyərək hesab edirik ki
inzibati  iddia  iddiaçının  maddi  tələbləri  ilə  prosessual  tələb-
lərinin ayrılmaz  əlaqədə  təzahür etdiyi hüquqi  müdafiə  vasitə-
sidir. 
İnzibati prosessual qanunvericilik iddia ilə müraciət etmək 
hüququnu  müəyyən  zəruri  şərtlərlə  əlaqələndirir.  Bu  şərtlər 
                                                           
215
 Добровольский А.А., Иванова С.А. Основные проблемы исковой формы за-
щиты права. М.: Изд-во Моск. ун-та, 1979, с. 12-29; Гражданский процесс / Под 
ред. Н.А.Чечиной и Д.М.Чечота. М.: Юрид. лит., 1968, с. 142-144 ; Чечот Д.М. 
Иск и исковые формы защиты права // Правоведение, 1969,  № 4, с. 71-79; Клей-
нман А.Ф. Новейшие течения в советской науке гражданского процессуального 
права. М.: Изд-во МГУ, 1967, с. 30-32 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə