Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə42/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   38   39   40   41   42   43   44   45   ...   123

129 
 
tələbinin  əsassız  olduğunu  sübut  etməli  olur.  Hesab  edirik  ki, 
inzibati məhkəmə icraatının prosessual tərkibinin dəqiq hüquqi 
tənzimlənməsinə  olan  praktiki  tələbat  da  “inzibati  mübahisə” 
anlayışının və onun əlamətlərinin müəyyənləşdirilməsini zəruri 
edir.  Onun  təsnifat  sisteminin  qanunvericilikdə  müəyyənləş-
dirilməsi  inzibati  məhkəmə  icraatının  elmi  konsepsiyasının 
hazırlanması üçün vacib əhəmiyyətli məsələlərdən biridir. 
İnzibati  hüquqi  mübahisənin  spesifik  xüsusiyyətləri  onun 
hüquqi  sərhədlərinin  və  hüquqi  təbiətinin  konseptual  qaydada 
müəyyənləşdirilməsini və inzibati məhkəmə icraatında baxılan 
inzibati mübahisələrin dairəsinin dəqiqləşdirilməsini tələb edir. 
Beləliklə, inzibati hüquqi mübahisə inzibati orqanla vətən-
daş arasında hüquqların və qanunla qorunan mənafelərin pozul-
masından, yaxud, inzibati aktların, hərəkətlərin (hərəkətsizliyin) 
qanuniliyinin fərqli anlaşılmasından irəli gələn, hüquqi əhəmiy-
yətli hərəkətlərdə ifadə olunan fikir ayrılığıdır.  İnzibati hüquqi 
mübahisə hüquqi müdafiənin məzmununu və həcmini müəyyən-
ləşdirir, inzibati prosessual fəaliyyətin predmeti kimi çıxış edir. 
Buna  görə  də  bir  çox  inzibati  prosessual  institutların  inkişaf 
etdirilməsi inzibati mübahisənin spesifik xüsusiyyətlərini, sub-
yekt  tərkibini,  məzmununu,  dinamikasını  və  s.  müəyyənləş-
dirmədən mümkün deyildir. Əsaslandırılmış elmi konsepsiyanın 
işlənib  hazırlanması  fikrimizcə,  inzibati  hüquqi  tənzimləmə 
mexanizminin daha dolğun inkişafına kömək ola bilər.  
İnzibati  mübahisələrin  dairəsi  və  məzmunu  fərqlənsə  də 
onların  hamısını  birləşdirən  ümumi  cəhət  ümumi  (publik) 
hüquqi xarakterə malik olmalarıdır.Yalnız fərdlərin deyil, həm 
də  dövlətin  və  cəmiyyətin  maraqlarının  müdafiəsi  üsulu  olan 
inzibati mübahisə inzibati orqanların fəaliyyətində özbaşınalıq, 
səlahiyyət həddini aşma, qərəzlilik, korrupsiya, süründürməçilik 


130 
 
kimi  neqativ  təzahürlərin  məhkəmə  nəzarəti  vasitəsilə  aradan 
qaldırılmasını  təmin  edən  inzibati  məhkəmə  icraatının  başlan-
ması üçün yeganə əsasdır.  
Onu da qeyd edək ki, inzibati hüquqi mübahisənin anlayışı, 
növləri  kimi  əlamətləri  də  elmdə  diskussiya  doğuran  məsə-
lələrdəndir. Məsələn, M.S. Aslanov inzibati hüquqi mübahisənin 
əlamətlərinə  onun  dövlət  idarəetməsinin  həyata  keçirilməsi 
prosesində  yaranmasını,  xüsusi  subyekt  tərkibinə,  obyekt  və 
predmetə malik olmasını aid edir.
193
 
A.B.Zelentsov  isə  inzibati  hüquqi  mübahisənin  xüsusiy-
yətlərinə bunları aid edir
194

-  dövlət  idarəetməsi  sferasında  icra  hakimiyyəti  orqan-
larının öz idarəetmə funksiyalarını həyata keçirməsi prosesində 
yaranması; 
-  tərəflərindən  biri  kimi  fərdlərin  və  ümumi  idarəetmə 
orqanlarının çıxış etməsi; 
-  tərəflərinin  biri-birilə  hüquq  münasibətlərində  olmama-
sına  baxmayaraq  aralarındakı  faktiki  əlaqələrin  xarakterinə, 
sosial  rollarına  və  bu  əlaqələr  sistemində  hüquq  normaları  ilə 
təşkilati cəhətdən qeyri - barəbər olması; 
-  bu  mübahisələrin  tərəflərindən  biri  kimi  mütləq  ümumi 
idarəetmə orqanının çıxış etməsi; 
-  məhkəməyə  iddia  ərizəsinin  verilməsi  yolu  ilə  qaldırıl-
ması; 
                                                           
193
 Aslanov M.S. İnzibati-hüquqi mübahisənin əlamətləri / “Qloballaşan cəmiyyətdə 
hüquq elminin aktual problemləri” mövzusunda elmi-praktiki konfransın materialları. 
Bakı, 2009, s. 25 
194
 Зеленцов А.Б. Административно – правовой спор: теоретико-методологиче-
ские подходы к исследованию // Правоведение, 2000, № 1, c. 68-79 


131 
 
-  predmeti  kimi  həm  subyektiv  ümumi  hüquqların  (vəzi-
fələrin) və inzibati aktların qanuniliyinin, həm də yalnız inzibati 
aktların qanuniliyinin çıxış etməsi; 
-  müəyyən  hüquqi  prosedur  qaydalara  əsasən  qaldırılması 
və həll olunması. 
Müəlliflərdən  Y.N.Starilov  isə  inzibati  mübahisələrin 
əlamətlərinə  onların  dövlət  orqanları,  yerli  özünüidarəetmə 
orqanları, vəzifəli şəxslərlə (bir tərəfdən)  hüququn başqa sub-
yektləri  (digər  tərəfdə)  arasında  yaranmasını,  qanunazidd  in-
zibati  normayaradıcılıq  fəaliyyətinin  həyata  keçirilməsi  nəti-
cəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının pozul-
ması ilə əlaqədar meydana çıxmasını, müəyyən  prosedur qay-
dada məhkəmə tərəfindən həll edilməsini və onların  pozulmuş 
hüquq və azadlıqların müdafiəsini, habelə hüquq subyektlərinin 
müəyyən edilmiş inzibati-hüquqi statusunun tam həcmdə həyata 
keçirilməsini təmin etməsini aid edir.
195
 
E.B.  Luparevin  fikrincə,  inzibati  mübahisələrin  hamısı 
üçün  ümumi  olan  cəhət  onların  əsasən,  inzibati  hüquq  müna-
sibətləri  çərçivəsində  inkişaf  etməsi  və  onların  həll  olunması 
zamanı  dövlətin  idarəetmə  fəaliyyətinin  təhlil  olunmasının 
zəruriliyidir.
196
  
Hesab edirik ki, müəllifin müəyyənləşdirdiyi bu əlamətlər 
yalnız  müəyyən  çərçivədə  yaranan  inzibati  mübahisələr  üçün 
yetərli ola bilər. Lakin, bütün inzibati mübahisələr üçün onların 
vahid  əlamət  kimi  müəyyənləşdirilməsi  fikrimiscə,  inzibati 
                                                           
195
  Старилов  Ю.Н.  Административное  право.  В  2  частях.  Ч.2.  Книга  первая. 
Субъекты.  Органы управления. Государственная служба. Воронеж: ВГУ, 2001, 
c. 334   
196
  Лупарев  Е.Б.  Административно-правовые  споры.  Дисс.  ...  докт.  юр.  наук. 
Воронеж, 2003, с. 31 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə