Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə41/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   37   38   39   40   41   42   43   44   ...   123

126 
 
mənzil və s.) həyata keçirilirsə yaranan mübahisələr xüsusi hü-
quqa aid olur. Əksinə, prosessual münasibətlər inzibati, maliyyə, 
vergi  və  digər  ümumi  (ictimai)  maddi-hüquqi  münasibətlərin 
həyata  keçirilməsinə  vasitəçi  olursa  yaranan  mübahisə  ümumi 
(publik)  hüquqa  aid  olur.  Müvafiq  olaraq  maddi  inzibati  mü-
nasibətlərin prosessual təminatı zamanı yaranan mübahisələr də 
inzibati  hüquqi  mübahisə  hesab  olunur.  Hüquq  ədəbiyyatında 
göstərilir ki, əgər mübahisənin məzmununu təşkil edən məsələ 
inzibati  hüquqa  aiddirsə  mübahisə  inzibati  hesab  olunur
190

Mübahisənin mahiyyəti maddi hüquq münasibətlərinin təbiətini 
əks  etdirir.  Maddi-hüquqi  aspekt  isə  mübahisənin  növünü 
müəyyənləşdirən əsas meyar kimi çıxış edir. 
Beləliklə, hüquqi mübahisə öz hüquqlarının və ya qanunla 
qorunan  mənafelərinin  pozulması  müvafiq  subyektə  məlum 
olandan  sonra  yaranan  ziddiyyətli  halı  obyektiv  formada  gös-
tərərək  hüquqi  faktların  mövcudluğuna  və  ya  qiymətləndiril-
məsinə  öz  mövqeyini  bildirdikdə  meydana  çıxır.  Subyektin 
sadəcə  olaraq  hüquqlarını  həyata  keçirməkdə  maneənin  oldu-
ğunu hiss etməsi özlüyündə mübahisənin yaranması üçün kifa-
yət etməyib, sırf subyektiv xarakter daşıyır.  
Lakin,  AR  İPM-də  inzibati  mübahisənin  anlayışının,  əla-
mətlərinin  müəyyən olunmaması həm elmdə, həm də təcrübədə 
bəzi    anlaşılmazlıqlara  yol  açır.  İddia  tələbinin  mahiyyətinin 
yanlış  anlaşılması  şəxsin  inzibati  iddia  ilə  səhvən  inzibati-
iqtisadi  məhkəməyə  müraciət  etməsinə  səbəb  olur.  Məhkəmə 
araşdırmasından sonra iddia tələbi  dəqiqləşdirilir  və mübahisə 
                                                           
190
  Чечот  Д.М.  Неисковые  производства.  М. :  Юрид.  лит.,  1973, с.  10  (166  с.); 
Салищева 
Н.Г., 
Хаманева 
Н.Ю. 
Административная 
юстиция 
и 
административное судопроизводство в Российской Федерации / Акад. правовой 
ун-т при Ин-те государства и права РАН. М., 2001, c.45 


127 
 
aidiyyətı üzrə göndərilir. Nəicədə iddiaçı vaxt baxımından itkiyə 
uğrayır,  mübahisənin  operativ  həlli  isə  yubanır.  Məhkəmə 
təcrübəsində  iddianın  mahiyyətinin  yanlış  anlaşılmasından 
yaranan belə xarakterli işlər az deyildir. Məsələn, 2 saylı Bakı 
İnzibati-İqtisadi  Məhkəməsinin  06  noyabr  2012-ci  il  tarixli  2 
in(82) 2401/12 saylı qərardadından məlum olur ki, iddiaçı Ş.Z. 
Alıyeva  cavabdeh  Suraxanı  rayon  İcra  Hakimiyətinə  qarşı 
“qərardadda adın düzgün yazılması vəzifəsinin həvalə edilməsi” 
tələbinə  dair  iddia  ilə  müraciət  edərək  inzibati  iş  qaldırmışdır. 
Məhkəmə işi araşdıraraq inzibati orqanla ərizəçi arasında onun 
səlahiyyətinə  aid  məsələ  barəsində  heç  bir  mübahisənin  ol-
madığı,  iddia  tələbinin  hüquqi  əhəmiyyətli  faktın  təsdiq 
olunmasından ibarət olduğu qənaətinə gəlmiş və müvafiq olaraq 
AR MPM-in 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələrin 
hüquqi əhəmiyyətli faktların müəyyənləşdirilməsinə dair işlərə 
xüsusi icraat qaydsında baxdığı üçün iddia tələbini aidiyyət üzrə 
səlahiyyətli olan Suraxanı rayon məhkəməsinə göndərmişdir
191
.  
Gördüyümüz kimi, bu misalda tələbin mahiyyətinin düzgün 
müəyyənləşdirilməməsi  üzündən  vətəndaş  yanlışlıqla  öz 
hüquqlarının  inzibati  orqan  tərəfindən  pozulduğu  qənaətinə 
gəlmiş  və məhkəmədən cavabdehin  üzərinə  müvafiq  vəzifənin 
qoyulmasını xahiş etmişdir. 
Hesab edirik ki, inzibati mübahisənin anlayışına dair vahid 
nəzəri-metodoloji  yanaşma  formalaşdırılmalıdır.  Yalnız  Təs-
nifatda  müəyyənləşdirilən  inzibati  orqanların  deyil,  bəzi  hal-
larda  inzibati  funksiyaya  malik  olmaqla  ümumi  maraqlara 
toxunan  aktlar  qəbul  edən  müəssisələrin  aktlarından  yaranan 
mübahisələr  də  inzibati  mübahisə  hesab  olunmalıdır.  Yeri 
                                                           
191
 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin arxivi. İş 2 in/82240/2012 


128 
 
gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  Kons-
titusiya Məhkəməsinin qərarında da qeyd olunur ki, Təsnifatda 
sadalanan  inzibati  orqanların  siyahısı  məhdudlaşdırıcı  deyil, 
müəssisəyə  həvalə  edilən  inzibati  funksiyalar  onları  müəyyən 
münasibətlərdə inzibati orqan adlandırmağa da əsas verir
192

İnzibati  mübahisənin  anlayışına  dair  vahid  nəzəri-me-
todoloji  yanaşma  formalaşdırılması  subyektiv  hüquqların  və 
qanunla qorunan maraqların, o cümlədən də ictimai maraqların 
hüquqi tənzimləmə mexanizminin təkmilləşdirilməsinə xidmət 
edə  bilər.  Hüquqi  mübahisənin  optimal  həlli  sisteminin  ya-
radılması kompleks vəzifə olub, fiziki və hüquqi şəxslərin hüquq 
və maraqlarının etibarlı hüquqi müdafiəsini təmin edən adekvat 
təşkilati-hüquqi  formaların  yaradılmasını  ehtiva  edir.  Belə 
formalardan biri hüquqi dövlətin mühüm əlaməti olan inzibati 
məhkəmə  icraatıdır.  Müasir  hüquqi  biliklərin  inkişaf  qanuna-
uyğunluqlarının  özü  hüquqi  mübahisənin  tədqiqini  və  onun 
ümumnəzəri  modelinin  əsasını  təşkil  edə  biləcək  konseptual 
xarakterli nəticələrin formalaşdırılması üçün adekvat metodoloji 
yanaşmaların üzə çıxarılmasını tələb edir.  
Mübahisənin mövcudluğu faktı özlüyündə inzibati orqanlar 
tərəfindən  vətəndaşların  subyektiv  hüquqlarının  həqiqətən 
pozulduğuna,  pozulacağına  və  ya  onların  həyata  keçirilməsi 
üçün  maneələr  yarandığına  dəlalət  edir.  İddia  ilə  inzibati 
məhkəmədə iş qaldırılarkən məqsəd məhz bu maneələrin aradan 
qaldırılması  və  subyektiv  hüquqların  və  qanunla  qorunan 
maraqların  müdafiəsindən  ibarət  olur.  İnzibati  orqan  isə  öz 
nümayəndəsinin  timsalında  hərəkətlərinin  əsaslı,  vətəndaşın 
                                                           
192
. Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin
 
“İnzibati icraat haqqında” 
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə 
dair”6 oktyabr 2012-ci il tarixli Qərarı / www.constcourt.gov.az 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə