Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə40/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   36   37   38   39   40   41   42   43   ...   123

123 
 
Dualist yanaşmanın əsas ideyasına  görə hüquq  haqqında 
mübahisənin  maddi  aspektdə  dərk  olunması  onun  prosessual 
hüquqi anlamda dərkinə gətirib çıxarır və mübahisənin hər iki 
aspekti  eyni  bir  mübahisəli  münasibətə  tətbiq  oluna  bilir.  Bu 
yanaşmada  hüquq  haqqında  mübahisə  eyni  zamanda  iki  tip 
(tənzimləyici  və  mühafizə-prosessual)  hüquq  münasibətindən 
irəli gələn təzahür kimi qiymətləndirilir. O, tənzimləyici müna-
sibətlərdən meydana çıxır, məhkəməyə müraciət nəticəsində isə 
mühafizəedici-prosessual  münasibətlərin  yaranmasına  səbəb 
olur. Bu cür yanaşma bir tərəfdən hüquq haqqında mübahisənin 
anlayışının  vahidliyinin  bölünməsinə,  digər  tərəfdən  isə  pro-
sessual  mübahisənin  konsruksiyasının  müstəqil  hüquqi  məz-
mundan məhrum olmasına və yaxud prosessual mübahisənin elə 
səlahiyyətli orqanda baxılıb həll olunan maddi-hüquqi mübahisə 
kimi dərk edilməsinə səbəb olur. 
Y.B.Luparev inzibati hüquqi mübahisəni kompleks maddi-
hüquqi  və  prosessual  xarakterə  malik  olan,  tərəflər  arasında 
dövlət  idarəetməsi  sahəsindəki  maraqların  münaqişəsindən  və 
ya dövlət hakimiyyət səlahiyyətlərinə malik olan orqanların və 
şəxslərin təşkilati hərəkətlərinin qanuniliyinə və əsaslılığına dair 
baxışların  fərqliliyindən  irəli  gələn  ziddiyyətlərin  meydana 
çıxmasında  ifadə  olunan  inzibati  hüquq  münasibəti  kimi 
qiymətləndirir.
184
 
Dualist  yanaşmanın  nümayəndələrindən  olan  P.F.Yeli-
seykin  də  hüquq  haqqında  mübahisənin  yaranmasını  maddi-
hüquqi  təzahür  kimi  yeni,  mühafizə  xarakterli  maddi  hüquq 
                                                           
184
 Лупарев Е.Б. Административно-правовые споры. Дисс. … докт. юрид. наук. 
Воронеж, 2003, с. 14  


124 
 
münasibətlərinin yaranması ilə əlaqələndirir
185
. M.Ş.Aslanov da 
inzibati  hüquqi  mübahisəni  maddi-prosessual  inzibati  hüquq 
münasibətlərinin kompleks tipi kimi qiymətləndirir.
186
 
Müəlliflərdən  V.V.Butnev  isə  hüquq  haqqında  mübahi-
sənin  həm  tənzimləyici,  mühafizəedici, həm  də  prosessual hü-
quq  münasibətləri  ilə  eyniləşdirilməsinin  əleyhinə  çıxır.  Onun 
nəzəriyyəsinə əsasən, hüquq haqqında mübahisə subyektlərin öz 
hüquq  və  qanunla  qorunan  mənafeləri  barədə  fikir  ayrılığı, 
mübahisəli hüquq münasibəti isə mübahisənin predmetidir
187

Gördüyümüz kimi,  inzibati məhkəmə icraatının predmeti 
qanunvericilikdə  öz  təsbitini  tapmasa  da,  elmdə  diskussiya 
obyekti  olaraq  qalmaqdadır.  Ədəbiyyatda  elmi  diskussiyaların 
predmeti  olmasına  baxmayaraq  milli  qanunvericilik  və 
məhkəmə  təcrübəsinə  əsasən  deyə  bilərik  ki,  respublikamızda 
inzibati məhkəmə icraatının predmetini məhz inzibati mübahisə 
təşkil edir. 
Hüquqi  mübahisənin  növlərindən  olan  inzibati  mübahisə 
inzibati  aktlarla  və  ya  hərəkətlərlə  (hərəkətsizliklə)  hüquqları, 
azadlıqları  və  ya  qanuni  mənafeləri  pozulan  şəxslərin  öz 
müdafiə  hüququnu  həyata  keçirmək  vasitələrindən  biridir. 
Bildiyimiz  kimi,  inzibati  akt  hüquqi  aktın  növlərindən  biridir. 
Hüquqi  akt  isə  hüquqi  əhəmiyyətli  nəticənin  yaradılmasına 
yönələn iradə ifadəsidir
188
. İradə ifadəsinin hüquqi əhəmiyyətli 
                                                           
185
 Елисейкин П.Ф. Процессуальное понимание спора о праве и его критика  // 
Проблемы защиты субъективных прав и советское гражданское судопроизвод-
ство. Ярославль: Ярославский гос. ун-т, 1981 с. 7-16  
186
  Aslanov  M.S.  İnzibati  hüquqi  mübahisənin  əlamətləri  /  Qloballaşan  cəmiyyətdə 
hüquq elminin aktual problemləri” mövzusunda elmi-praktiki konfransın materialları. 
Bakı, 2009, s. 25 
187
 Бутнев В.В. Спор о праве / Проблема защиты субъективных прав и советское 
гражданское судопроизводство. Сборник науч. тр. Ярославль, 1981, с. 45 
188
 Reisoğlu S. Borclar hukuku genel hükümler. 20. Bası. İstanbul: Beta, 2008, s. 44  


125 
 
nəticəyə səbəb olması üçün bu nəticə hüquqla tənzimlənməlidir. 
Fərdlər öz iradələrinə əsasən, hüquq normalarına zidd olan nə-
ticəni müəyyənləşdirə bilməzlər. Yalnız elə davranışlar hüquqi 
əhəmiyyətli nəticəyə səbəb olur ki, onlar öncədən hüquqla tən-
zimlənmiş olsun və hüquq normasında onların meydana çıxması 
üçün imkan nəzərdə tutulsun. 
Hüquqi  mübahisəyə  xas  olan  konstruktiv    təbiət  inzibati 
hüquqi  mübahisənin  hüquqmüdafiə,  hüquqbərpa,  nəzarət,  in-
formasiya və s. kimi funksiyalarında özünü biruzə verir. İnzibati 
-  hüquqi  mübahisə  dedikdə,  maddi-prosessual  inzibati  hüquq 
münasibətlərinin elə bir kompleks tipi nəzərdə tutulur ki, tərəflər 
arasında dövlət idarəçiliyi prosesində meydana çıxan konfliktlər 
nəticəsində  yaranan  ziddiyyətlərin  mövcudluğu  və  ya  qanun-
çuluğa olan baxışların üst-üstə düşməməsi ilə xarakterizə edil-
sin
189

İnzibati hüquqi mübahisə subyektlərin arasındakı münasi-
bətlərin elə növüdür ki, burada tərəflər arasında hüquqi əhəmiy-
yətli  ziddiyyətlər mövcud olur. Bu ziddiyyətlər  mübahisə sub-
yektlərini arzu olunan nəticəyə nail olmağa aparan hüquqi fakt-
ların mövcud olub-olmamasına dair biri-birini qarşılıqlı şəkildə 
istisna edən yanaşma tərzlərində ifadə olunur. 
Qeyd  edək  ki,  inzibati  mübahisənin  xüsusi  hüquqdan  ya-
ranan mübahisələrdən mühüm fərqi iki məqamda ifadə olunur: 
maddi  (mübahisənin  məzmunu)  və  prosessual  (müdafiə  vasi-
təsi).  Mübahisənin  hüquqi  təbiətinə  təsir  edən  maddi  -  hüquqi 
şərtlər  onun  məzmununu  təşkil  edir.  Əgər  prosessual  müna-
sibətlərlə  xüsusi  hüquq  münasibətləri  (mülki-hüquqi,  ailə, 
                                                           
189
 Aslanov M.S
.
 İnzibati – hüquqi mübahisənin əlamətləri / “Qloballaşan cəmiyyətdə 
hüquq elminin aktual problemləri” mövzusunda elmi-praktiki konfransın materialları. 
Bakı, 2009, s. 25 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə