Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə39/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   35   36   37   38   39   40   41   42   ...   123

120 
 
müəllif  bir  tərəfdən  mübahisənin  kompleks  xarakterini  vurğu-
layır,  digər  tərəfdən  isə  onun  münaqişə  ilə  qarşılıqlı  əlaqəsini 
forma  ilə  məzmun  arasındakı  əlaqə  kimi  xarakterizə  edir. 
Halbuki, münaqişə mübahisənin  sadəcə olaraq ilkin  şərti kimi 
çıxış  edə  bilər.  Beləliklə,  münaqişə  hüquqi  anlamda  mübahi-
sənin  meydana  çıxmasının  ilkin  şərti  ola  bilər.  Lakin,  bütün 
inzibati  mübahisələr  də  münaqişə  bazasında  inkişaf  etmir. 
Fikrimizcə,  bütün  mübahisələri  münaqişə  hesab  etmək  və 
inzibati  mübahisəni  həmişə  sosial  münaqişənin  növü  hesab 
etmək  olmaz.  Münaqişə  tərəflərinin  digər  subyektlərin  hərə-
kətlərinə  münasibəti  hüquqi  çərçivədə  olub  inzibati  hüquqi 
mübahisənin  yaranmasına  da  səbəb  ola  bilər,  hüquqazidd 
formada müəyyən ictimai təhlükəli əməldə də təzahür edə bilər.  
Ədəbiyyatda  münaqişə  sosial  subyektlərin  tələbatından, 
maraq  və  məqsədlərindən,  eləcə  də  sosial  statuslarından  və 
funksiyalarından  irəli  gələn  ziddiyyətlərlə  şərtlənən  əks 
hərəkətləri  ilə  xarakterizə  olunan  sosial  qarşılıqlı  əlaqələrin 
tiplərindən  biri  kimi  müəyyən  olunur
178
.  Akademik  R.Ə.Meh-
diyev  haqlı qeyd edir ki,  vətəndaşların  azadlıqlarını məhdud-
laşdıran, insanın fərdi muxtariyyətini, onun niyyət və tələbatının 
sərbəst ifadə və təmin edilməsi imkanlarını buxovlayan və əzən 
şərait yarandıqda münaqişələr meydana çıxır
179
. A.B. Zelentsov 
inzibati  münaqişəni  xarakterizə  edərkən  “konstruktiv  hüquqi 
münaqişə”  anlayışını  müəyyyənləşdirir  və  onu  inzibati  müba-
hisə hesab edir
180
.  
                                                           
178
 Социальные технологии. Толковый словарь / Отв. ред. В.Иванов. М.: Белгород: Луч - 
Центр социальных технологий, 1995, с. 61  
179
 Mehdiyev R.Ə. Fəlsəfə: Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, s. 346  
180
  Зеленцов  А.Б.  Конфликты  в  управлении  и  управление  конфликтами:  опыт 
комплексного исследования предмета н форм административной юрисдикции. 
М.: РУДИ, 2001, с. 106  


121 
 
Hesab  edirik  ki,  münaqişə  bir  qayda  olaraq  onun  sub-
yektlərinə  münasibətdə  konstruktiv  xüsusiyyət  daşıya  bilməz. 
Sadəcə  onun  inkişafının  hər  hansı  bir  mərhələsində  tərəflər 
mübahisənin konstruktiv həlli barədə qərara gələ bilərlər.  
Hüquq haqqında mübahisənin hüquqi münaqişənin növlə-
rindən biri olmasına dair yanaşmanı dəstəkləyən İ.M.Zaytsev də 
hüquq haqqında mübahisəni hüquqi münaqişə anlayışı vasitəsilə 
müəyyənləşdirir  və  onu  maddi  və  müvafiq  prosessual  hüquq 
arasındakı zəruri birləşdirici həlqə kimi qiymətləndirir. 
181
 
Müəlliflərdən  N.N.Tarusina  İ.M.Zaytsevin  bu  konsepsi-
yasındakı ziddiyyətlərə diqqət yönəldərək yazır ki, hüquq haq-
qında mübahisə tənzimləyici hüquq münasibətləri, digər tərəf-
dən isə mühafizəedici hüquq münasibətidir. O, hüquq haqqında 
mübahisəni “ziddiyyət”, “münaqişə” adlandırır və hüquqi müba-
hisəni deviant (ümumqəbul olunmuş normalardan kənara çıxan) 
davranışa aid edir
182

Fikrimizcə,  N.N.Tarusinanın  da  mövqeyi  müəyyən  dərə-
cədə ziddiyyətlidir. Hesab edirik ki, hüquqi mübahisə - mümkün 
hüquqauyğun  davranış  çərçivəsini  formalaşdırır,  müəyyən 
edilmiş prosedur qaydalardan kənara çıxdıqda isə deviant olur. 
Bu  anlamda  inzibati  mübahisə  inzibati  orqanların  hüquqazidd 
hərəkətlərindən  (aktlarından)  müdafiə  üçün  istifadə  olunan 
hüquqi vasitədir. Mübahisə münaqişəli davranış forması kimi bu 
halda  pozitiv  mühafizəedici  istiqamətə  malik  olub,  inzibati 
hüquq münaqişəsinin ikili xarakterini  əks etdirir.  
                                                           
181
 Зайцев И.М. Сущность хозяйственных споров. Саратов: Изд-во Саратовского 
ун-та, 1974, с. 20  
182
 Тарусина Н.Н. О теоретических предпосылках исследования понятия “спор 
о праве” / Проблемы защиты субъективных прав и советское гражданское судо-
производство. Ярославль: Ярославский гос. ун-т, 1981, с. 65-68 


122 
 
Şübhəsiz  ki,  hüquqi  mübahisənin  yaranması  münaqişəli 
halın  tərəflərinin  faktı  dərk  etməsini  və  qiymətləndirməsini 
ehtiva  edir.  Buna  baxmayaraq  hüquq  haqqında  mübahisəni 
müəyyən  psixoloji  fonda  ideyaların  qarşıdurması  kimi  yox, 
müəyyən  prosessual  normalara  əsasən  irəli  sürülən  etiraz  və 
tələblərin  mübadiləsi  kimi  başa  düşmək  lazımdır.  İnzibati 
mübahisə  hüquq,  vəzifə,  qanunla  qorunan  mənafelər  barədə 
inzibati aktların, hərəkətlərin (hərəkətsizliyin) hüquqiliyinə aid 
fikir ayrılığında ifadə olunan konstruktiv hüquqi münaqişədən 
irəli gələ bilər. 
Hüquqi mübahisələrə “münaqişəli” yanaşma onun “maddi 
və  “prosessual”  nəzəriyyələr  çərçivəsində  birmənalı  şərhinin 
qarşısını  ala  bilən  inteqrativ  konsepsiyanın  hazırlanmasına 
səbəb ola bilər. Buna görə hüquqi mübahisənin tədqiqində onun 
subyektiv  və  obyektiv  tərəflərini  birgə  nəzərdən  keçirmək 
fikrimizcə, daha məqsədəuyğundur. 
Qeyd  edək  ki,  inzibati  hüquq  münasibətlərinin  tərəfləri 
arasında  yaranan  istənilən  narazılığı  mübahisə  hesab  etmək 
olmaz. Bu narazılıq inzibati məhkəməyə rəsmi qaydada təqdim 
olunan  inzibati  iddiada  öz  əksini  tapdıqda  inzibati  mübahisə 
yaranır.  Fərdlər  arasındakı  ünsiyyətin  xüsusiyyətlərindən  biri 
qarşılıqlı anlayışın əldə olunması və konkret problemlərin həlli 
yolunun  müəyyənləşdirilməsi  olduğundan  mübahisə  obyektiv 
zərurət kimi çıxış edir. Ədəbiyyatda sosial ünsiyyətdə mübahisə 
şəxsiyyətin  sosiallaşma  formalarından  biri  kimi  qiymət-
ləndirilir.
183
 
                                                           
183
  Зеленцова  А.Б.  Административно-правовой  спор:  вопросы  теории.  M., 
2005,c.49 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə