Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə47/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   43   44   45   46   47   48   49   50   ...   123

146 
 
konkret  inzibati  iş  üzrə  iddia  təqdim  etməyə  olan  subyektiv 
hüququn  yaranması  üçün  hüquqi  fakt  rolunda  çıxış  edir.  AR 
İPM-də bu şərtlərə aşağıdakılar aid olunur: 
1.  Prosessual  hüquq  qabiliyyəti.  Fiziki  şəxslər,  hüquqi 
şəxslər,  dövlət  orqanları  və  ya  bələdiyyələr  prosessual  hüquq 
qabiliyyətinə  malik  olub  inzibati  məhkəmə  icraatında  iştirak 
etmək hüququna malikdirlər (AR İPM-in 25-ci maddəsi). 
2.  Prosessual  fəaliyyət  qabiliyyəti.  Bu  cür  qabiliyyət 
inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüqu-
qunu nəzərdə tutur. Mülki hüquq normalarına uyğun olaraq tam 
fəaliyyət  qabiliyyətli  sayılan şəxslər prosessual fəaliyyət  qabi-
liyyətinə  malikdirlər.  Qeyd  edək  ki,  mülki  hüquq  normalarına 
əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin, inzibati 
məhkəmə  icraatının  predmetinə  münasibətdə  ümumi  hüquq 
normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan 
şəxslər də prosessual fəaliyyət qabiliyyətli hesab olunurlar (AR 
İPM-in 26.1.2.- ci maddəsi). 
3. İddianın mümkünlüyü. AR İPM-də başqa qayda nəzərdə 
tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul 
edilməsi  və  ya  qəbul  edilməsindən  imtina  olunması,  yaxud 
inzibati orqanın hərəkəti və  ya hərəkətsizliyi nəticəsində onun 
hüquqlarının  və  qanunla  qorunan  maraqlarının  pozulduğunu 
əsaslandırdığı  hallarda  mübahisələndirmə  haqqında,  məcbur-
etmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərə-
kətləri  etməkdən  çəkinməyə  dair  iddia  mümkün  sayılır  (AR 
İPM-in 35-ci maddəsi). 
4.  İddia  müddəti.  İddiaçının  müvafiq  iddia  tələbi  ilə 
məhkəməyə  müraciət  edə  bilməsi  üçün  qanunverici  iddianın 
məzmunundan  asılı  olaraq  üç  növ  iddia  müddəti  müəyyənləş-
dirmişdir.  


147 
 
AR  İPM-in  38.1-ci  maddəsinə  görə  mübahisələndirmə 
haqqında iddia inzibati  aktın təqdim (elan) olunduğu vaxtdan, 
şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair 
qəbul  olunan  inzibati  aktın  təqdim  olunduğu  vaxtdan  30  gün 
müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia isə tələb 
olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya 
müvafiq  inzibati  aktın  təqdim  edildiyi  və  ya  bu  barədə  yazılı 
məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 
İnzibati  orqanın  hərəkətsizliyindən  müdafiə  ilə  bağlı  iddia 
müddəti isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 
35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun 
müddətin  müəyyən  olunduğu  hallar  istisna  olmaqla)  müəyyən 
olunmuşdur
216
.  AR  İPM  ilə  başqa  qayda  nəzərdə  tutulmamış-
dırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin 
Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə 
anından  başlanır.  Müəyyən  olunmuş  müddət  proses  iştirak-
çısının  təqsiri  olmadan  buraxıldığı  hallarda,  məhkəmə  həmin 
şəxsin  ərizəsinə  əsasən  buraxılmış  prosessual  müddəti  bərpa 
etməlidir.  
5.  Aidiyyət  qaydası.  Hələ  XIX  əsrdə  inzibati  məhkəmə 
icraatının  tərəfdarları  onun  fəaliyyətinin  predmeti  olan  idarə-
etmə sahəsinin spesifik xüsusiyyətlərə malik olmasına əsaslana-
raq inzibati məhkəmələrin yaradılmasının zəruriliyini əsaslandı-
rırdılar. 
Elmdə  inzibati  mübahisənin  predmeti  kimi,  aidiyyət  qay-
daları  da diskussiya doğuran məsələlərdəndir. Sovet  dövründə 
                                                           
216
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.37-38 


148 
 
bir  qrup  alimlər  inzibati  mübahisələrin  əhatə  dairəsinin  müəy-
yənləşdirilməsi  üçün  konkret  meyarlar  siyahısının  işlənib 
hazırlanmasını  və  mütəmadi  şəkildə  genişləndirilməsini  təklif 
edirdilər. Bunlara L.A.Nikolayevanı, D.M.Çeçotu, V.İ.Remnevi 
və başqalarını aid edə bilərik.
217
 
Müəlliflərin  digər  qrupu  isə  idarəetmə  sahəsində  qəbul 
olunan və  vətəndaşların  və  təşkilatların hüquq və mənafelərini 
pozan hər bir aktdan (qanunda birbaşa göstərilən aktlar istisna 
olmaqla) məhkəməyə inzibati iddia ilə müraciət etmək imkanını 
nəzərdə  tutan  ümumi  aidiyyət  qaydasının  tətbiqini  təklif  edir-
lər.
218
  
Fikrimizcə,  inzibati  orqanlar  tərəfindən  insan  hüquq  və 
azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə 
nail  olmaq  üçün  bu  orqanların  qəbul  etdikləri  bütün  inzibati 
aktlardan  məhkəməyə  inzibati  iddia  verilməsi  imkanını  təsbit 
edən  ümumi  aidiyyət  qaydası  hüquqi  dövlətin  mahiyyətinə  də 
uyğun gələr. İnzibati orqanların qəbul etdikləri hər bir akta görə 
fərdi məsuliyyət  hissinin  yüksəlməsinə  və  ümumi  (publik)  hü-
quq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama sal-
maq və ya həll etmək məqsədilə qəbul edilmiş inzibati aktların 
                                                           
217
 Николаева Л.А. Судебный надзор за законностью в  советком гос. управле-
нии / Административная юстиция и административное судороизводство. Сбор-
ник. СПБ.: Юрид. Центр Пресс, 2004, с. 241-318; Чечот Д.М. Административная 
юстиция  (теоретические  проблемы).  Л.:  Изд.  ЛГУ,  1973,  с.  31;  Ремнев  В.И. 
Право жалобы и административная юстиция в СССР // Советское государство и 
право, 1986, № 6, с. 30-31 
218
 Боннер А.Т., Квиткин В.Т. Судебный контроль в области государственного 
управления. М.: МГУ, 1973, c. 104-106 ; Хаманева Н.Ю. Обжалование в суд дей-
ствий и решений, нарушающих права и свободы граждан России // Государство 
и право, 1993, № 11, с. 5; Соловьева А.К. Концепция административной юсти-
ции: материально-правовой  аспект // Правоведение, 1998, № 1, с. 66-72 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə