Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə55/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   51   52   53   54   55   56   57   58   ...   123

170 
 
orqanın  hüquqi  aktlarının,  yaxud,  hərəkətlərinin  qanuniliyi  ilə 
yanaşı,  subyektiv  hüquq  və  vəzifələr  də  aid  olur.  Beləliklə, 
subyektiv inzibati mübahisənin predmeti “ikili” xarakterə malik 
olur.  Məhkəmə  yalnız  aktın  qanunayğunluğu  barədə  məsələyə 
baxmır, həm də subyektiv hüquq haqqında mübahisəni həll edir.  
Subyektiv  inzibati  hüquq  barədə  mübahisənin  spesifik 
xüsusiyyəti ondadır ki, onun predmetinə inzibati orqanın aktının 
və  ya  hərəkətinin  qanuna  uyğunluğu  barədə  məsələnin  daxil 
edilməsi  həmişə  mütləq  şərt  deyildir.  Aktın  (hərəkətin) 
qanuniliyinə  dair məsələ  yalnız o halda mübahisənin  predmeti 
olur ki, hansısa aktın qəbulu və ya hərəkətin edilməsi ilə şəxsin 
subyektiv hüquq, vəzifə və ya qanuni maraqları arasında əlaqə 
olsun. 
Yaranmasının  əsasından  asılı  olaraq  inzibati  mübahisənin 
iki növünü fərqləndirmək olar: 
1) inzibati orqanın qanuna uyğun olmayan aktı nəticəsində 
yaranan inzibati mübahisələr. 
2)  inzibati  orqanın  hüquqazidd,  qanunsuz  hərəkəti  və  ya 
hərəkətsizliyi nəticəsində yaranan inzibati mübahisələr. 
İnzibati mübahisə - inzibati hüququn subyektləri arasında 
hüquq,  vəzifə  və  qanunla  qorunan  maraqların  yalnız  inzibati 
aktlarla  deyil,  həm  də  inzibati  hərəkətlərlə  (hərəkətsizliklə) 
pozulmasından  və  ya  onların  qanuniliyinin  fərqli  anlaşılma-
sından  irəli  gələn  və  hüquqi  əhəmiyyətli  hərəkətlərdə  ifadə 
olunan fikir ayrılığıdır. İnzibati aktları müvafiq inzibati orqanın 
adından iradə bildirmək səlahiyyəti olan şəxs qəbul edə bildiyi 
təqdirdə, inzibati hərəkətləri hər hansı bir dövlət qulluqçusu edə 
bilər.  Bu  səbəbdən  inzibati  hərəkətlər  daha  geniş  çeşidə 
malikdir. İnzibati orqan yalnız özünün inzibati aktlarının deyil, 
həm  də  inzibati  hərəkətlərinin  nəticələrinə  görə  məsuliyyət 


171 
 
daşımalıdır.  Qüvvədə  olan  “İnzibati  icraat  haqqında”  AR 
qanununda isə inzibati aktların anlayışı verildiyi halda inzibati 
hərəkətlərin anlayışı verilmir. 
Fikrimizcə, inzibati mübahisənin mühüm əsaslarından biri 
kimi  inzibati  hərəkətlərin  qanunvericilikdə  anlayışının  və  əla-
mətlərinin,  mübahisələndirilmə  qaydasının  dəqiqləşdirilməsi 
məqsədəuyğun olardı.  
İnzibati  hüquqi  mübahisənin  əsası  dedikdə,  öz  hüquqi 
qüvvəsinə  görə mübahisəli vəziyyətin müxtəlif şərtlərini ifadə 
edən  faktiki  hallar  başa  düşülür.  Bu  faktiki  halları  A.B. 
Zelentsov şərti olaraq üç qrupa bölür: 
-  Subyektlər  arasındakı  mübahisəli  münasibətləri  hüquqi 
cəhətdən xarakterizə edən faktlar
-  Tərəfləri  konkret  inzibati  mübahisənin  iştirakçıları  kimi 
müəyyənləşdirən legitimləşdirici faktlar
- Vətəndaşların hüquqlarının və qanuni maraqlarının həyata 
keçirilməsinə  maneə  yaradan  və  obyektiv  hüquq  qaydasının 
normal fəaliyyətinə mane olan faktlar
266

N.Y.Xamanyova  qeyd  edir  ki,  inzibati  mübahisənin 
yaranma  əsası  məhkəməyə  iddia  ilə  müraciətdir.  M.S.Aslanov 
isə haqlı olaraq bu fikirlə razılaşmayaraq bildirir ki, bu mübahisə 
vətəndaşın subyektiv hüququnun pozulduğu andan dərhal sonra 
meydana  çıxır  və  “gizli”  xarakter  daşıyır,  sonradan  isə 
vətəndaşın “incikliyi” şikayətin ideyasına çevrilir
267

Fikrimizcə, inzibati mübahisənin yaranmasına aşağıdakılar 
əsas ola bilər: 
1. Mübahisəli inzibati aktlar
                                                           
266
 Зеленцов А.Б. Теоретические основы правового спора: Автореф. дис. ... докт. 
юр .наук. М., 2005, с. 46 
267
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009,  s. 113   


172 
 
İnzibati  akt  hüquqi  nəticə  yaradır  və  bu  nəticə  bilavasitə 
hüquqi  faktlarla  bağlıdır.  Bildiyimiz  kimi,  iradəvi  meyardan 
asılı  olaraq  hüquqi  faktlar  hadisələrə  və  hərəkətlərə  bölünür. 
Hərəkətlər mübahisəli hüquq münasibətinin yaranmasına səbəb 
ola  bilən  hüquqi  faktlardır.  Hüquqi  faktlar  dedikdə,  hüquq 
normalarına  uyğun  olaraq  müəyyən  hüquqi  nəticələrin  baş 
verməsinə - hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə 
və  xitamına  səbəb  olan  konkret  sosial  hallar  (hadisələr, 
hərəkətlər) başa düşülür. 
M.F.Məlikova  qeyd  edir  ki,  hüquq  normasında  nəzərdə 
tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və 
xitam  olunmasının  əsasını  təşkil  edən  həyati  hallar  hüquqi 
faktlar  adlandırılır
268
.  Daha  sonra  M.F.Məlikova  göstərir  ki, 
hərəkətlər  insanların  iradə  ifadəsi  ilə  əlaqədar  olaraq  əmələ 
gələn  hüquqi  faktlardır.  Hərəkətlər  qanunun  göstərişinə  uyğun 
olduqda hüquqa uyğun, qanuna zidd olduqda, onu pozduqda isə 
qeyri-qanuni olur
269

İnsanların  davranışında,  inzibati  orqanlarının  aktlarında 
ifadə  oluna  bilən  hərəkətlər  hüquqauyğun  və  hüquqazidd 
hərəkətlərə  bölünür.  Hüquqauyğun  hərəkətlərdə  hüquqauyğun 
davranış  ifadə  olunduğu  təqdirdə,  hüquqazidd  hərəkətlər  isə 
hüquqi  göstərişlərə  zidd  olub,  cəmiyyətin  və  dövlətin  maraq-
larına  ziyan  vurur.  Hərəkətlərə  aid  olan  hüquqi  aktlar  birbaşa 
olaraq hüquqi nəticənin əldə olunmasına yönəlir.  
Deməli,  mübahisəli  aktlar  həm  hərəkət,  həm  də  hərəkət-
sizlik formasında təzahür edə bilər. F.S.Mehdiyev haqlı olaraq 
idarəetmə  orqanlarının  susmasından  və  ya  hərəkətsizliyindən 
                                                           
268
 Məlikova M.F. Dövlət və hüquq nəzəriyyəs: Dərslik.Bakı:Maarif, 1988, s. 308 
269
 Məlikova M.F. Dövlət və hüququ nəzəriyyəsi:Dərslik. Bakı:Maarif, 1988, s. 308  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə