Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə52/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   48   49   50   51   52   53   54   55   ...   123

161 
 
tutulmuş  vəzifəni  yerinə  yetirməyi  əmr  edir.  “İndjankşn”  adlı 
qərarla isə məhkəmə inzibati orqana və ya vəzifəli şəxsə qanunla 
səlahiyyətinə aid olmayan müəyyən hərəkətləri etməyi qadağan 
edir və ya müvafiq hərəkətlərinə son qoymağı tələb edir
250

Çexiya  qanunvericiliyində  isə  inzibati  mübahisələrin  nö-
vündən asılı olaraq inzibati məhkəmə icraatının daxilində aşa-
ğıdakı icraat növləri fərqləndirilir:  
- qanunsuz inzibati aktların yoxlanılması üzrə icraat
- hərəkətsizlikdən yaranan mübahisələr üzrə icraat
-  vətəndaşların  şəxsi  həyatına  hüquqazidd  müdaxilədən 
yaranan mübahisələr üzrə icraat; 
- vətəndaşların şikayətləri üzrə icraat; 
- seçki hüququnun realizəsindən yaranan mübahisələr üzrə 
icraat
 251

Beləliklə, göründüyü kimi istər qanunvericilikdə, istərsə də 
elmdə  inzibati  mübahisələr  müxtəlif  meyarlara  əsasən  təsnif-
ləndirilir.  Bu  meyarlar  hər  bir  ölkədə  mövcud  olan  idarəçilik 
forması, siyasi rejim, hüquq düşüncəsi, hüquq mədəniyyəti, in-
zibati  icraatın  prinsipləri  və  s.  hallardan  asılı  olaraq  müəy-
yənləşdirilir. Hesab edirik ki, inzibati mübahisənin predmetinə 
dair  elmdə  gedən  mübahisələrə  son  qoymaq  üçün  qanunveri-
cilikdə  bu  mübahisələrin  anlayışı  verilməli,  təsnifat  növləri 
müəyyənləşdirilməlidir.  
Hesab  edirik  ki,  inzibati  hüquqi  mübahisənin  predmetini 
müəyyənləşdirilməsinə ilk növbədə onun növünün müəyyənləş-
dirilməsindən  başlamaq  lazımdır.  Predmet  qanunvericiliklə 
                                                           
250
 Лафитский В.И.  Административная юстиция в США // ЖРП, 1997, № 7, с. 
123-125 
251
 Çexiya Respublikasının “İnzibati ədliyyə haqqında” № 150/2004  saylı qanununun 
4-cü paraqrafı / http://www.justicemaker.ru 


162 
 
müəyyənləşdirildiyi  hallarda  elmdə,  həm  də  təcrübədə  müba-
hisəli fikirlərə aydınlıq gətirə bilər. Məsələn, Gürcüstan Respub-
likasının İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati müba-
hisənin predmetini inzibati aktların qanunvericiliyə uyğunluğu, 
inzibati  müqavilənin  bağlanması,  icrası  və  ya  xitamı,  inzibati 
orqanların vurduqları zərərin ödənilməsi, inzibati aktların qəbul 
edilməsi və ya digər hərəkətlərin edilməsi barədə öhdəliyi və s. 
təşkil edə bilər
252

Göründüyü kimi inzibati müqavilədən irəli gələn məsələlər 
də inzibati hüquq mübahisələrin predmeti kimi göstərilir. Hüquq 
ədəbiyyatında  inzibati  müqavilə  inzibati  hüququn  subyektləri 
arasında  bağlanan,  təşkilati  məzmuna  malik  olan,  məhkəmə 
müdafiəsi  ilə  təmin  olunan  və  tərəflərindən  birinin  və  ya  hər 
ikisinin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə yetirilmə-
sinə görə məsuliyyət daşıyan müqavilə kimi xaraterizə edilir.
253
 
Hesab  edirik  ki,  əməkdaşlıq  barədə  inzibati  müqavilədən 
irəli gələn mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə həll 
olunması daha məqsədəmüvafiqdir. Bu cür mübahisələrin həl-
linə üçüncü tərəfin müdaxiləsi onu dövlət idarəçiliyində səmə-
rənin artırılması mexanizmindən ləngitmə mexanizminə çevirə 
bilər.  
Qeyd  edək  ki,  hazırda  AAR  İPM-nin  2.2-ci  maddəsində 
inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları təsniflən-
dirən  maddənin  məzmununda  müəyyən  anlaşılmazlıq  özünü 
göstərir.  Maddədə  qanunverici  inzibati  iddiaların  növlərində 
                                                           
252
.  Административно  -  процессуальный  кодекс  Грузии.  Закон  Грузии  от  23 
1999г. № 23 52-ВС. Тбилиси, 2003 / http://policy.mofcom.gov.cn /english  
253
 Abışov V.G., İsmayılov A.V., Eyvazov N.Q. İnzibati hüquq. Dərs vəsaiti. I hissə. 
Bakı: Qanun, 2004, s. 222-227  


163 
 
predmet  kimi  gah  şəxsin  hüquq  və  vəzifələrini
254
,  gah  da 
azadlıqlarını
255
  göstərmişdir.  Maddənin  məntiqinə  baxdıqda 
şəxsin qanunla qorunan maraqlarının inzibati məhkəmə icraatı 
qaydasında  baxılan  iddiaların  predmeti  kimi  çıxış  etmədiyi 
barədə qənaətə gəlmək olar. Halbuki, iddianın mümkünlüyünü 
müəyyənləşdirən digər maddədə AR İPM-in 35.1-ci maddəsində 
göstərilir  ki,  şəxsin  hüquqlarının  və  “qanunla  qorunan  maraq-
larının” pozulduğunu əsaslandırdığı hallarda aşağıdakı iddialar 
mümkün sayılır. 
- mübahisələndirmə haqqında iddialar
- məcburetmə haqqında iddialar; 
- öhdəliklərin icrası haqqında iddialar; 
-  müəyyən  hərəkətləri  etməkdən  çəkinmək  haqqında  id-
dialar. 
Beləliklə,  qanunverici  mübahisələndirmə,  məcburetmə, 
öhdəliyin icrası, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair 
iddiaların  predmetinin  qanunla  qorunan  maraqlar  olduğunu 
müəyyən etsə də, inzibati iddiaların təsnifləndirildiyi maddədə 
maraqları predmet qismində müəyyən etmir. Halbuki, qanunla 
qorunan maraqlar insanların fəaliyyətinin hərəkətverici qüvvəsi, 
onları  əhatə  edən  gerçəkliyə  olan  spesifik  münasibəti,  hansısa 
predmetə yiyələnmək və onu öz tələbatını ödəməyə yararlı et-
mək cəhdi kimi çıxış edir.  
Hesab  edirik  ki,  inzibati  məhkəmə  icraatının  başlanması 
üçün  əsas  olan  pozulmuş  və  ya  pozulması  ehtimal  edilən 
maraqlara aşağıdakı xüsusiyyətlər xasdır: 
- bu maraqlar qanunla qorunan olmalıdır; 
                                                           
254
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.14
 
255
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013,s.15 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə