Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə48/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   44   45   46   47   48   49   50   51   ...   123

149 
 
qanuniliyinin  təmininə  yönələn  bu  cəhət  inzibati  məhkəmə 
icraatının xarakterik xüsusiyyətlərindən biridir. 
 Qeyd edək ki, keçmiş Sovet ittifaqı dövründə inzibati akt 
hakimiyyət  səlahiyyətinə  malik  orqanın  birtərəfli  iradə  ifadəsi 
kimi  qiymətləndirildiyindən,  inzibati  hüquq  vətəndaşa  deyil, 
dövlətə  ünvanlandığından  nə  inzibati  aktların  qəbul,  icra 
olunması  və  ya  ləğv  qaydaları  ilə  bağlı  inzibati  orqanlar  tərə-
findən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, nə prinsipləri 
və prosedur qaydaları, nə də onların qəbulu ilə əlaqədar yaranan 
inzibati mübahisələrin aidiyyət qaydaları müəyyən olunmurdu.  
Dövlət  müstəqilliyinin  bərpasından  sonra  hüquqi  dövlət 
quruculuğu  istiqamətində  milli  qanunvericiliyin,  insan  hüquq-
larının  müdafiə  və  təminat  mexanizmlərinin  beynəlxalq  stan-
dartlara  uyğunlaşdırılması,  inzibati  orqanlarla  vətəndaşlar  ara-
sındakı münasibətlərdə etimadın və şəffaflığın, idarəetmədə qa-
nunçuluğun və səmərəliliyin təmin olunması aparılan məhkəmə-
hüquq islahatlarının prioritet istiqamətlərindən biri kimi müəy-
yən olundu.  
Əsas  Qanunun  62-ci  maddəsində  hər  kəsin  onun  işinə 
qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit 
edilmişdir. Bu  norma bəhs olunan hüququ təsbit etməklə işlərin 
aidiyyət  qaydasınının  əhəmiyyətini  əks  etdirən  fundamental 
prinsip kimi də çıxış edir.Məhkəmə aidiyyətı əsassız və qeyri-
qanuni  dəyişdirilə  bilməz
219
.  İşlərin  Azərbaycan  Respublika-
sının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətının 
                                                           
219
 Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin
 
“İnzibati icraat haqqında” 
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə 
dair”6 oktyabr 2012-ci il tarixli Qərarı / www.constcourt.gov.az 


150 
 
dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından 
alınması qadağandır
220

 “İnzibati icraat haqqında” AR qanununun və AR İPM-nin 
qəbulu  və  inzibati-iqtisadi  məhkəmələrin  fəaliyyətə  başlama-
sından sonra inzibati  mübahisələrin aidiyyəti ixtisaslaşdırılmış 
məhkəmələrə – inzibati-iqtisadi məhkəmələrə aid edildi. Başqa 
aidiyyət  qaydasının  müəyyən  edilmədiyi  təqdirdə  inzibati 
mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati-iqtisadi 
məhkəmələr  və  inzibati-iqtisadi  kollegiyalar  tərəfindən  həyata 
keçirilməsi müəyyən olundu
221

Lakin,  maddənin  məzmunundan  da  aydın  olduğu  kimi, 
qanunverici inzibati hüquqi mübahisələrin aidiyyətini imperativ 
deyil,  dispozitiv  qaydada  müəyyənləşdirilmişdir.  Yəni,  əgər 
həmin mübahisənin başqa icraat qaydasında baxılması nəzərdə 
tutulmayıbsa ona inzibati - iqtisad məhkəməsində baxılır.  
H.X.Muradov haqlı olaraq məhkəmə aidiyyətinin müəyyən 
edilməsində hansı aktların inzibati akt, hansı orqanların inzibati 
orqan  olmasının,  habelə,  mübahisə  ilə  bağlı  inzibati  orqanın 
fəaliyyətinin ümumi və ya xüsusi hüquq sahəsinə aid olmasının 
düzgün  müəyyənləşdirilməsinin  xüsusi  əhəmiyyət  daşıdığını 
qeyd  edir
222.
  Həqiqətən  də  aidiyyət  qaydalarının  dəqiq  müəy-
yənləşdirilməməsi, inzibati orqanların dairəsinin konkret olma-
ması  səbəbindən  məhkəmə  təcrübəsində  eyni  qəbildən  olan 
işlərin  həm  ümumi,  həm  də  inzibati-iqtisadi  məhkəmələrdə 
                                                           
220
  “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan  Respublikası  Qanunu. 
Bakı:Hüquq ədəbiyyatı, 
2014, s.15 
221
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013, s.14 
222
  Muradov  X.H.  İnzibati  mübahisələrin  məhkəmə  aidiyyatına  dair  mülahizələr 
//Naxçıvan  MR  Ali  Məhkəməsinin  Bülleteni,  2012  (1) 
http://www.supremecourt. 
nakhchivan.az/bulleten_2012_1_s6c1.html
 


151 
 
baxılması  halları  müşahidə  olunur.  Hətta,Təsnifatda  inzibati 
orqan  kimi  müəyyən  olunmayan,  inzibati  akt  qəbul  etmək 
səlahiyyəti qanunvericilikdə təsbit olunmayan orqanların aktları 
da  bəzən  inzibati  məhkəmə  icraatı  qaydasında  baxılır.  Bu,  isə 
təbii  olaraq  təcrübədə  mübahisəli  halların  yaranmasına  səbəb 
olur. Bununla əlaqədar olaraq iş üzrə məhkəmə aidiyyətı məsə-
ləsinin həlli zamanı yaranan çətinliyin həlli üçün Konstitusiya 
Məhkəməsinə də müraciət halları müşahidə olunur.  
Məsələn, Şəki Apellyasiya Məhkəməsi “Azərenerji” Açıq 
Səhmdar Cəmiyyətinin yerli qurumlarının inzibati orqan, onun 
tərtib  etdiyi  aktın  inzibati  akt  hesab  edilib-edilməməsi  baxı-
mından “İnzibati icraat haqqında” AR qanununun şərh olunması 
üçün  AR-sının  Konstitusiya    Məhkəməsinə  müraciət  etmişdir. 
Konstitusiya  Məhkəməsinin  qərarı  ilə  Təsnifatda  inzibati 
orqanların siyahısına aid olmasa da, təbii inhisar subyektlərinin 
publik hüquq sahəsinə aid olan qərarlarından, hərəkətlərindən və 
ya  hərəkətsizliyindən  irəli  gələn  mübahisələrə  inzibati  icraat 
qaydasında  inzibati-iqtisadi  məhkəmələr  tərəfindən  baxıldığı 
müəyyən  olunmuşdur
223
.  Beləliklə,  mübahisənin  aid  olduğu 
hüquq  sahəsi  onun  aidiyyət  qaydasını  müəyyənləşdirən  zəruri 
amil kimi təsbit olunmuşdur. Fikrimizcə, bu məsələnin AR İPM-
də də konkretləşdirilməsi zəruridir. 
İnzibati prosessual qanunvericilik predmet və ərazi aidiy-
yətını  müəyyənləşdirmişdir.  Mübahisəyə  baxılmasının  birdən 
artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə 
mübahisə  ilə  bağlı  işi  iddiaçı  və  ya  ərizəçi  tərəfindən  seçilən 
məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim 
                                                           
223
 Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin
 
“İnzibati icraat haqqında” 
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə 
dair”6 oktyabr 2012-ci il tarixli Qərarı / www.constcourt.gov.az 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə