Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə50/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   46   47   48   49   50   51   52   53   ...   123

155 
 
orqanlar tərəfindən pozulmasını inzibati mübahisənin predmeti 
hesab  edirlər.  Məsələn,  A.K.Solovyova  hesab  edir  ki,  inzibati 
mübahisə yalnız “hüquq haqqında mübahisə” ola bilər, inzibati 
ədliyyə  orqanı  qanunla  nəzərdə tutulmayan marağın pozulma-
sına görə işlərə baxa bilməz.
231
 N.M.Korkunov yazır ki, hüquq 
və maraqların fərqləndirilməsi inzibati məhkəmə icraatını başa 
düşmək  üçün  açar  rolunda  çıxış  edir.  Əks  təqdirdə  inzibati 
məhkəmə icraatı orqanları ədalət mühakiməsi orqanından ope-
rativ,  qeyri-hüquqi  xarakterli  məsələləri  araşdıran  idarəetmə 
orqanına çevrilə bilərlər
232
.  
Ədəbiyyatda göstərilir ki, inzibati mübahisə inzibati hüquq 
münasibətlərindən  irəli  gələn  mübahisəli  hallardan  yaranır.
233
 
  A.A.Dyomin  isə  yazır  ki,  hər  hansı  bir  hüquq  münasibətinin 
ümumi  xarakteri  onun  əməyin  ictimai  bölgüsü  və  cəmiyyətin 
hüquqla tənzimlənən maraqları ilə bağlılıq dərəcəsi ilə müəyyən 
olunur.
234
  Y.A.  Tixomirov  göstərir  ki,  cəmiyyətin  maraqları 
müxtəlif ola bildiyi üçün ümumi hüquqa aid elementləri olan hər 
mübahisə inzibati hüquqi mübahisə deyildir.
235
 
Bir  qrup  müəlliflər  isə  haqlı  olaraq  ümumi  hüquqlarla 
yanaşı maraqları da inzibati mübahisənin predmeti hesab edirlər. 
Qeyd edək ki,  bu cür  yanaşma nəzəri cəhətdən ilk dəfə alman 
alimi  R.Qneystin  əsərində  əsaslandırılmışdı.  Təsadüfi  deyildir 
ki,  onu Almaniyada “inzibati  ədliyyənin  atası” adlandırırdılar. 
1872-ci ildə Prussiyada keçirilən inzibati ədliyyə islahatlarının 
                                                           
231
 Соловьева А.К. Концепция административной юстиции: материально-правовой аспект 
// Правоведение, 1998,  № 4, с. 52 
232
 Коркунов H.М. Очерк теорий административной юстиции / Сборник статей 1877-1897. 
СПб., 1898, с. 158  
233
 Попович С. Административное право. Общая часть. М.: Прогресс, 1968, с. 504  
234
  Дёмин  А.А.  Административное  право  Российской  Федерации:  Учебное  пособие.  М.: 
Зерцало-М, 2002, с. 11 
235
 Тихомиров Ю.А. Курс административного права и процесса. М., 1998, с. 80-81 


156 
 
banisi  olan  R.Qneystin  fikrincə,  maraqların  müdafiəsi 
diskresiyon səlahiyyətlər sahəsində idarəetmənin qərəzsizliyini 
və  obyektivliyini  təmin  edir,  onların  mümkün  həddən  aşma-
masını və məqsədəuyğunluğunu təmin edir.
 236
 
Hələ  XVIII  əsr  Fransız  materialistlərindən  K.Helvesi,  P. 
Holbax, D.Didro ictimai həyatı məhz maraqların vasitəsilə izah 
etməyə cəhd edir, onu əxlaqın, siyasətin və bütövlükdə ictimai 
qruluşun real əsası kimi qiymətləndirirdilər. Təsadüfi deyil ki, 
maraqları insanların fəaliyyətinin, onların bütün  adətlərinin və 
təsəvvürlərinin əsası hesab edən görkəmli fransız filosof-mate-
rialisti K.A.Helvesi hələ 1758-ci ildə Parisdə nəşr etdirdiyi əsə-
rində dünyanı maraqların idarə etdiyini xüsusilə qeyd edirdi
237

 N.Y.Xamanyova da inzibati mübahisınin predmetinə sub-
yektiv hüquqla yanaşı qanunla qorunan maraqları daxil edir
238

Y.B.  Luparevin  fikrincə,  mübahisənin  predmetini  dövlət 
hakimiyyət  səlahiyyətlərinə  malik  olan  orqanların  və  şəxslərin 
hərəkətləri və ya hərəkətsizliyi ilə pozulan subyektiv idarəetmə 
hüquqlarının,  vəzifələrinin  realizə  qaydası,  həmçinin  təmin 
olunmayan ümumi idarəetmə marağı təşkil edir
239
.  
İ.Y.Mokanova isə yazır ki, sırf maraqların müdafiəsi yalnız 
əmək  hüququnda  –  hüquq  haqqında  mübahisə  (hüquqi  mü-
naqişə) və maraq haqqında mübahisə (maraqların münaqişəsi) 
formasında nəzərdə tutula bilər
240

                                                           
236
  Гнейст  Р.  Правовое  государство  и  административные  суды  Германии  /  Под  ред. 
М.И.Свешников. 2-е изд., испр. и доп. СПб.: Тип. В. Безобразова и Ко, 1896, c.73 
237
 Гельвеций К.A. Об уме (перевод). М.: Мир книги, Литература, 2007, с. 34 
238
  Хаманева  Н.Ю.  Теоретические  проблемы  административно-правового  спора  //  Госу-
дарство и право, 1998, № 12, с. 31 
239
  Лупарев  Е.Б.  Административно-правовые  споры.  Дисс.  …  докт.  юр.  наук.  Воронеж, 
2003, с. 15 
240
  Моканова  И.Ю.  Трудовые  споры:  понятие,  содержание  /  Актуальные  проблемы 
правоведения.  Сборник  тезисов  научной  конференции  студентов,  аспирантов  и 
соискателей юридического факультета ЯрГУ. Ярославль, 1997, с. 64-65
 


157 
 
Onu da qeyd edək ki, ədəbiyyatlarda inzibati mübahisənin 
“predmeti”  ilə  “obyekti”  anlayışı  sinonim  mənalarda  istifadə 
olunur. B.F.Sadıxov yazır ki, obyekt subyektdən asılı olmaqla, 
onun  maraqlarına  xidmət  edir,  subyektin  yeni  münasibətlərə 
təsir  vasitəsi  kimi  çıxış  edir.
241.
  Y.N.Starilov  vətəndaşların 
ümumi hüquqlarını inzibati hüquqi mübahisənin obyekti hesab 
edir
242
.  
Respublikamızın  inzibati  prosessual  qanunvericiliyində 
“predmet” termini öz təsbitini tapsa da, İnzibati Prosessual Mə-
cəllənin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların 
növlərini  müəyyənləşdirən  2-ci  maddəsinin  məzmunundan 
məlum olur ki, qanunverici inzibati mübahisənin predmetini iki 
növə ayırmışdır: 
1.  İnzibati  aktlar  -  mübahisələndirmə  haqqında,  məcbur-
etmə haqqında, müəyyən etmə və ya tanınma haqqında, qanuna-
uyğunluq haqqında və vurulmuş ziyana görə kompensasiyanın 
ödənilməsi  tələbi  haqqında  inzibati  iddiaların  əsasında  duran 
inzibati mübahisənin predmetidir. 
2. İnzibati orqanın faktiki xarakterli fəaliyyəti (hərəkəti və 
ya hərəkətsizliyi) - öhdəliyin icrası, müəyyən hərəkətləri etmək-
dən  çəkinmək,  vurulmuş  ziyana  görə  kompensasiyanın  ödə-
nilməsi  haqqında  iddiaların,  həmçinin,  bələdiyyələrin  inzibati 
nəzarət  orqanlarının  hərəkətlərinə  qarşı  və  ya  inzibati  nəzarət 
orqanlarının  bələdiyyələrə  qarşı  iddialarının  əsasında  duran 
inzibati mübahisənin predmetidir. 
                                                           
241
  Садыков  Б.Ф.  Соотношение  субъекта  и  объекта,  объективного  и  субъективного  в 
деятельности  людей.  Философские  проблемы  сознания  и  познания  //  Научные  труды. 
Серия "Философия". Новосибирск: НГУ, 1965, вып. 1, с. 48  
242
 Старилов Ю.Н. Административная юстиция: проблемы теории. Воронеж, 1998, с. 63  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə