Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə53/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   49   50   51   52   53   54   55   56   ...   123

164 
 
-  bu  maraqlar  həm  maddi,  həm  də  mənəvi  xarakterli  ola 
bilər; 
-  bu  maraqların  pozulmasının  iddiaçıya  birbaşa  və  yaxud 
dolayısı yolla təsiri olmalıdır.  
Fikrimizcə, predmetinə görə inzibati mübahisənin iki əsas 
növünü fərqləndirmək olar: 
1. Obyektiv inzibati hüquq barədə mübahisələr, yəni, pred-
metini  yalnız  inzibati  aktların  qanuniliyi  təşkil  edən  mübahi-
sələr. 
2. Subyektiv inzibati hüquq barədə mübahisələr, yəni, pred-
metini ümumi hüquq münasibətlərinin iştirakçılarının subyektiv 
hüquq, vəzifə və qanunla qorunan maraqları təşkil edən müba-
hisələr. 
 
 
 
İndi isə inzibati mübahisənin birinci növünün mahiyyətini 
izah edək.  
Demokratik  və  sosial  dövlətdə  inzibati  orqan  qanunla 
müəyyən  olunmuş  vəzifələrini  dövlətin  məqsədlərinin  yerinə 
yetirilməsi üçün həyata keçirir. Bu vəzifələr əsasən tək tərəfli və 
ictimai gücə dayanan inzibati aktların qəbul olunması ilə yerinə 
yetirilir.  Hegemon  dövlət  anlayışından  demokratik  dövlətə 
keçidlə əlaqədar olaraq inzibati aktın məzmunu da dəyişikliyə 
uğradı. 
Obyektiv  inzibati  hüquq  barədə  mübahisələr  inzibati 
orqanların bu və ya digər aktının qanuniliyinin qiymətləndiril-
məsindən  yaranır.  Onların  xüsusiyyətlərindən  birini  məhz  qa-
nunla  qorunan  maraqlara  müdaxilə  olunması  təşkil  edir.  Belə 
mübahisələrdə  predmet  kimi  müstəsna  olaraq  obyektiv  hüquq 
xarakterli məsələ,  yəni,  mübahisələndirilən aktın qanuniliyinin 
qiymətləndirilməsi çıxış edir. Beləliklə, mübahisələndirilən ak-
tın  özü  obyektiv  mübahisənin  predmeti  olur.    V.M.Juykov 


165 
 
obyektiv mübahisələri “birbaşa mübahisələndirmə” və ya “xalis 
mübahisələndirmə” adlandırır
256
.  
Qeyd edək ki, ayrı-ayrı xarici ölkələrin inzibati hüququnda 
obyektiv hüquq haqqında mübahisə  yalnız  normativ xarakterli 
aktlara  deyil,  həm  də  administrasiyasının  fərdi  aktlarına  şamil 
olunur. Buna daha çox fransız inzibati  ədliyyə sistemində rast 
gəlinir. Onlar ilk növbədə hakimiyyət səlahiyyətlərinin aşılması 
ilə  bağlı  verilən  şikayətlərdir.  Hakimiyyət  səlahiyyətlərinin 
aşılmasından verilən iddia ərizələri fransız sistemində adminis-
trasiyaya  qarşı  yox,  konkret  hüquqi  akta  qarşı  istiqamətlənən 
protest kimi qiymətləndirilir. Buna görə də hesab olunur ki, bu 
cür  hallarda  mübahisəli  hüquq  münasibətləri  yox,  hüquqi 
səlahiyyətlərin aşılması ilə əlaqədar irəli sürülən obyektiv iddia 
mövcud olur
257

Onu da qeyd edək ki, inzibati hüququn subyektləri arasında 
fikir  ayrılığı  yalnız  tənzimləyici  inzibati  hüquq  münasibət-
lərindəki  hüquq  və  vəzifələr  barədə  deyil,  həm  də  normativ 
aktların  üstün  hüquqi  qüvvəli  normativ  aktlara  uyğunluğu 
barədə məsələlərdən yarana bilər. Bu zaman tərəflər arasındakı 
fikir  ayrılığı  əsas  etibarilə  pozitiv  hüquqa  dair  məsələlərə  aid 
olur  və  obyektiv  hüquq  haqqında  mübahisənin  məzmununu 
təşkil  edir.  Öz  dövründə  A.F.Yeftixiyev  belə  mübahisələri 
“obyektiv qanunçuluq barədə” mübahisələr adlandırırdı
258

İnzibati akt məhkəmənin müvafiq qərarı ilə etibarsız hesab 
edilmədiyi  təqdirdə  qanuna  uyğun  sayılır  və  onun  tətbiqinə 
                                                           
256
  Жуйков  В.М.  Проблемы  гражданского  процессуального  права. М.:  Городец,  2001,  с. 
116 
257
 Брэбан Г. Французское административное право / Под ред. С.В.Боботова. М.: Прогресс, 
1988, с. 456-457  
258
  Евтихиев  А.Ф.  Основы  советского  административного  права.  Харьков:  Юрид.  изд-
во НКЮ УССР, 1925, с. 313  


166 
 
davam  edilir.  Qanunçuluq  rejiminin  əsaslarından  birini  təşkil 
edən  bu  müddəa  “inzibati  aktın  qanuniliyi  prezumpsiyası” 
adlanır
259
.  Bu  prezumpsiya  aktın  qanuniliyinə  şübhənin  olma-
sının  onun  tətbiqinə  mane  olmadığını  nəzərdə  tutur.  İnzibati 
məhkəmə  icraatında  isə  artıq  bu  prezumpsiya  öz  qüvvəsini 
dayandırır və məhkəmə aktın qanuniliyini lazımi meyarlar əsa-
sında müəyyənləşdirir. Qeyd edək ki, qanunçuluq prezumpsiyası 
hüquqi  dövlətin  mahiyyətindən  və  qanunçuluq  prinsipinin 
tələbindən irəli gəlir. Belə ki, ölkənin hüquq sistemində mühüm 
əhəmiyyət kəsb edən hüquqi aktların qanuniliyindən şübhə edən 
hər  kəsə  onu  icra  etməmək  hüququnun  verilməsi  ölkədə 
özbaşınalığa, qanunçuluq prinsipinin pozulmasına yol aça bilər.  
Aktların  qanunauyğunluq  xüsusiyyəti  özünü  aşağıdakı 
cəhətlərdə göstərir: 
- Məhkəmə qərarına ehtiyac olmadan dərhal hüquqi nəticə 
kəsb edir; 
-  Yönəldiyi  şəxslər  üçün  dərhal  hüquq  və  ya  vəzifələr 
yaradır; 
-  Mübahisə  yarandığı  halda  məhkəməyə  müraciət  etməli 
olan tərəf inzibati orqan deyil, aktın yönəldiyi şəxslər olur
- Onun mübahisələndirilməsi özü-özlüyündə aktın icrasını 
dayandırmır və s.  
Bildiyimiz kimi, inzibati aktların üzərində məhkəmə nəza-
rətinin səmərəsi onun meyarlarının düzgün seçilməsindən bila-
vasitə asılıdır. Nəzarətin meyarları inzibati məhkəmə icraatının 
məqsədinə nail olmaq üçün açar rolunda çıxış edir. Bu meyarlar 
vətəndaş  cəmiyyətində  dövlət  mexanizminin  işinə,  inzibati 
orqanların  aktlarına  qarşı  etimadın  formalaşmasına,  məhkəmə 
                                                           
259
 Бахрах Д.Н. Административное право: Учебник для вузов. М.: БЕК, 1999, с. 165  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə