Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə35/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   31   32   33   34   35   36   37   38   ...   123

108 
 
Əfəndiyev isə bu anlayışı qarşılıqlı fəaliyyətdə olan tərəflərin bir 
-  birinə  zidd  məqsədlərinin,  mövqelərinin,  görüşlərinin  toq-
quşması kimi xarakterizə edir
147
.  
Hələ  XX  əsrin  ortalarında  D.M.Çeçot,  İ.Q.Pobirçenko 
hüquqi mübahisəni hüquq münasibəti iştirakçıları arasında fikir 
ayrılığı kimi qiymətləndirərək göstərirdilər ki, hüquqi mübahisə 
tərəflərin  öz  subyektiv  hüquq  və  vəzifələri  barədə  fikirlərini 
ziddiyyətli  edir
148
.  Onların  bu  yanaşması  bir  çox  alimlər  tərə-
findən tənqid olundu. Məsələn, A.N.Kojuxar yazırdı ki, “hüquqi 
mübahisə”  anlayışına  dar  məna  verməklə  onu  tərəflərin  çə-
kişmədə  olduğu  vəziyyətə  aid  etmək  olmaz.  Belə  ki,  inzibati 
orqan  cavabdeh  qismində  çıxış  edərkən  iddiaçının  tələblərini 
inkar etməyərək öz aktının əsaslı olduğunu sübut etməklə özünə 
haqq qazandırmağa çalışmaya da bilər. Lakin, bununla yanaşı öz 
vəzifələrini yerinə yetirməyərək iddiaçıya öz hüquqlarını həyata 
keçirməkdə maneə də yarada bilər. Belə olan halda da hüququn 
məcburi  həyata  keçirilməsini  təmin  etmək  üçün  məhkəməyə 
müraciət  etmək  zərurəti  meydana  çıxır.  A.N.Kojuxarın  bu 
barədə  fikrincə, hüququn mübahisəliyi  cavabdehin  iddia tələbi 
ilə  əlaqədar  verdiyi  hansısa  izahatlarda  yox,  onun  səlahiyyətli 
şəxs tərəfindən həyata keçirilə bilməməsində ifadə olunur
149
.  
M.A.Qurviç  hüquq  haqqında  mübahisəni  müstəsna  olaraq 
prosessual kateqoriya hesab edirdi
150
. M.D.Matiyevski də hüquq 
haqqında mübahisəni və onun məzmununu prosessual baxımdan 
                                                           
147
 Əfəndiyev M.Ə. Sosiologiya. Bakı: Bakı Universiteti nəşriyyatı, 2009, s. 447 
148
  Чечот  Д.М.  Судебная  защита  субъективных  прав  и  интересов  //  Советское 
государство  и  право,  1967,  №  8,  c.  48;  Побирченко  И.Г.  Хозяйственная 
юрисдикция. Киев, РИО МВД УССР, 1973,c.27  
149
 Кожухаръ А.Н. Наличие спора о праве гражданском как предпосылка права 
на предъявление иска. Кишинев: Штиинца, 1970, c. 19-23  
150
 Гурвич М.А. Право на иск. М., Л.: Изд-во АН СССР, 1949, с. 142 


109 
 
şərh  edirdi.  Müəllif  hüquq  haqqında  mübahisəni  hüquqi  cə-
hətdən  maraqlı  şəxslərin  öz  subyektiv  hüquq  və  vəzifələrini 
hüquq mühafizə orqanının qərarı olmadan realizə edə bilməməsi 
ilə  əlaqədar  olaraq  qanunla  müəyyənləşdirilmiş  qaydada  irəli 
sürdükləri iddianın əsasını təşkil edən fikir ayrılığı kimi qiymət-
ləndirirdi
151

Hüquqi  mübahisənin  mühüm    ünsürü  olan  fikir  ayrılığı 
hüquq  subyektlərinin  hüquqi  mövqelərinin  arasındakı  fərqi, 
uyğunsuzluğu  ifadə  edir.  Bəzi  müəlliflərin  fikrincə,  hüquqi 
münaqişə tərəflərin – yəni, dövlət və onun orqanlarının, ictimai 
birliklərin,  vətəndaşların  hüquq  subyektlərinin  hüquqi  vəziy-
yətinin  və statusunun  qanuna  zidd  şəkildə  dəyişdirilməsi  məq-
sədilə yaranan qarşıdurması kimi də müəyyən olunur
152

İnzibati  orqanların  fəaliyyəti  prosesində  idarə  olunan 
obyektə göstərilən təsir onun mənfi yaxud müsbət reaksiyasına 
səbəb olur. Mənfi reaksiya isə əksər halda hüquqi mübahisənin 
meydana  çıxmasına  səbəb  olur.  Lakin,  bu  mübahisə  yalnız  
inzibati xarakterli olduğu təqdirdə inzibati məhkəmə icraatının 
predmeti  olur.  Qeyd  edək  ki,  mübahisənin  təbiətinin  düzgün 
müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləş-
dirilməsi  inzibati  prosesin  başlanması  üçün  həlledici  məqam 
kimi çıxış edir.  
İnzibati  mübahisələri  ifadə  etmək  üçün  ədəbiyyatlarda 
müxtəlif  terminlərdən  (“inzibati  hüquqi  mübahisə”,  “inzibati 
hüquqa  dair  mübahisə”,  “idarəçilik  mübahisəsi”,  “idarəetmə 
sahəsində mübahisə” və s.) istifadə olunur. E.Q.Lukyanova isə 
dövlətin  müdaxiləsini  tələb  edən  təzahürləri  səciyyələndirmək 
                                                           
151
 Матиевский М.Д. Спор о праве в советском гражданском процессе. Автореф. дисс. ... 
канд. юр. наук. М., 1978, c. 21 
152
 Тихомиров Л.В., Тихомиров М.Ю. Юридическая энциклопедия. М., 1997, с. 213  


110 
 
üçün  “hüquqi  anomaliya”  terminindən  istifadə  edir.  Onun 
fikrincə,  hüquqi  anomaliya  hüquq  pozuntularından  və  hüquqi 
mübahisələrdən ibarətdir
153

Ədəbiyyatda  daha  dar  mənalı  kateqoriya  kimi  idarəetmə 
prosesində hakimiyyətin həyata keçirilməsi ilə əlaqəli yaranan, 
həm hüquqi, həm də qeyri-hüquqi xarakterli münaqişəli münasi-
bətləri ifadə etmək üçün “idarəetmə mübahisəsi”anlayışından da 
istifadə  etmək  təklif  olunur
154
.  Qeyd  edək  ki,  idarəetmə  sahə-
sində yaranan mübahisənin təbiəti inzibati məhkəmə icraatının 
mahiyyətini  müəyyənləşdirən  bir  sıra  alimlər  tərəfindən  əsas 
meyar  kimi  qəbul  olunur.  Bunlara  M.D.Zaqryatskov,
155
  İ.T. 
Tarasov
156
, A.İ.Yelistratov
157
 A.Ş.Gözüböyük
158
, A.İ.Uyanık
159

N.Q.Salişeva,  L.A.  Nikolayeva.  D.M.Çeçot
160
,  D.N.  Baxrax, 
A.T. Bonner
161
 kimi alimləri aid etmək olar. 
Y.B. Luparev haqlı olaraq yazır ki, dövlət idarəetməsində 
mübahisələr  hüquqla  tənzimlənən  idarəetmə  hərəkətlərinin 
                                                           
153
 Лукьянова Е.Г. Теория процессуального права. М.: НОРМА, 2003, с. 62-66 
154
  Зеленцов  А.Б.,  Яхин  Ф.Ф.  О  предмете  административно-правового  спора. 
http://www.lawmix.ru/comm/3494 
155
 Загряцков М.Д. Административная юстиция и право жалобы. М.: Кооперативное изда-
тельство, 1924, с. 3  
156
 Тарасов И.Т. Краткий очерк науки административного права. Т. 1. Ярославль: Тип. Г. 
Фалька, 1888, с. 359  
157
 Елистратов А.И. Основные начала административного права. М.: 
Издание Г.А.Лемина, 
1917, с. 8-9 
158
 Gözübüyük A.Ş. Yönetim Hukuku. Ankara, 1989, с. 274 
159
 Uyanık A. İdari yargıda iptal davalarının değerlendirilmesi / Mevzuat dergisi, yıl 6, sayı 61, 
Ocak 2003. http://www.mevzuatdergisi.com/ 
160
 Чечот Д.М. Административная юстиция. Теоретические проблемы. Л., 1973, с. 13  
161
  Салищева  Н.Г.  Административный  процесс  в  СССР.  М.:  Юридическая 
литература,  1964,  с.  137  ;  Николаева  Л.А.  Судебный  надзор  за  законностью  в 
социалистическом государственном управлении. Л., 1973, с. 10, 18; Бахрах Д.Н., Боннер 
А.Т. Административная юстиция: развитие и проблемы совершенствования // Советское 
государство и право, 1975, № 8, с. 13-14 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə