Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə31/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   27   28   29   30   31   32   33   34   ...   123

93 
 
prosessual  qanunvericilik  inzibati  akt  qanuna  zidd  olduqda  və 
bunun  nəticəsində  iddiaçının  hüquqlarını  pozduğu  hallarda, 
məhkəmənin həmin inzibati aktı ləğv etməsi barədə qərar qəbul 
etməsinə yol verir (AR İPM-in 70.1-ci maddəsi)
133

Norma  nəzarətinin  həyata  keçirilməsi  nəticəsində  qəbul 
olunmuş  məhkəmə  aktlarını  spesifik  xüsusiyyətlərinə  və 
qüvvəsinə görə hüquq tətbiqetmə aktlarının xüsusi qrupuna aid 
etmək  olar.  Məhkəmənin  bu  cür  aktlarındakı  göstərişlərlə  bir 
normanın daha üstün hüquqi qüvvəyə malik olan digər normaya 
uyğunluğu  faktı  müəyyənləşdirilir  və  hüquq  normalarının  sta-
tusundakı dəyişikliklərdə ifadə olunan hüquqi nəticələr də mey-
dana  çıxır.  Məhkəmənn  inzibati  məhkəmə  icraatı  vasitəsilə 
həyata  keçirdiyi  norma  nəzarəti  funksiyası  qanunauyğun 
olmayan aktın qüvvəsini itirməsinə, tətbiqə yararsız sayılmasına 
səbəb olur. Bununla da inzibati məhkəmə icraatının nəticəsi olan 
məhkəmə aktı hüquq normalarının arasındakı ierarxiya kollizi-
yalarının  aradan  qaldırılması  funksiyasını  da  yerinə  yetirmiş 
olur.  
Dar mənada yanaşdıqda isə norma nəzarətinin bu növünün 
məqsədi  məhz  inzibati  orqanların  hüquqi  aktlarının  qanunve-
ricilik sisteminə uyğunluğunu təmin etməkdən ibarətdir. İnzibati 
məhkəmə icraatı norma nəzarəti funksiyasını həyata keçirməklə 
vətəndaşların  maraqları  ilə  yanaşı,  bütövlükdə  dövlətin  və  cə-
miyyətin də maraqlarına da xidmət edir. Tutduğu vəzifə ümumi 
maraqlara xidmət edən və ya ümumi hüquq sahəsinə aid  haki-
miyyət  səlahiyyətinin  tətbiqində  iştirak  edən  şəxslər  dövlətin 
suveren hakimiyyətinin bir hissəsinə malikdirlər. Buna görə də 
                                                           
133
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi.Bakı: Qanun, 2013, s.54 


94 
 
həmin  vəzifəli  şəxslərdən  xüsusi  sadiqlik  və  loyallıq  münasi-
bətləri tələb etməkdə dövlətin qanuni marağı vardır.
134
 
Cəmiyyətin və dövlətin maraqları  məcmu  halda  milli ma-
raqları təşkil etdiyindən inzibati məhkəmə icraatının bütövlükdə 
milli maraqların təmininə xidmət etdiyini göstərmək olar. Təsa-
düfi  deyil  ki,  administrasiyanın  fəaliyyəti  üzərində  məhkəmə 
nəzarəti  insan  hüquqlarının  müdafiəsinə  olan  tələbatdan  deyil, 
monarxın  öz  tabeçiliyində  olanları  nəzarətdə  saxlamaq  arzu-
sundan meydana çıxmışdır
135
.  
Hesab edirik ki, inzibati məhkəmə icraatında həyata keçi-
rilən norma nəzarətinin  təşkilinin ümumi  prinsipləri müəyyən-
ləşdirilməlidir.  Fikrimizcə,  inzibati  prosesdə  həyata  keçirilən 
norma nəzarətinin növünün dəqiqləşdirilməsi baxımından inzi-
bati  mübahisənin  predmetinin  qanunvericilikdə  müəyyənləşdi-
rilməsi də labüddür. Belə ki, abstrakt norma nəzarəti qaydasında 
qaldırılan  işin  predmetini  bütövlükdə  akt  təşkil  etdiyi  halda, 
konkret norma nəzarəti çərçivəsində baxılan mübahisənin pred-
metini aktın konkret işdə tətbiq olunan hissəsi təşkil edir.  
Norma  nəzarətinin  hüquqi  müstəvisi  məhkəmə  icraatının 
növündən və nəzarətin xarakterindən asılı olur. Məhkəmə icra-
atının digər növlərində yalnız konkret nəzarət həyata keçirildiyi 
halda,  inzibati  məhkəmə  icraatında  həm  konkret,  həm  də 
abstrakt nəzarət həyata keçirilir. Konkret norma nəzarəti kons-
titusion hüquqları və qanunla qorunan mənafeləri pozulan şəxsin 
məhkəməyə müraciəti əsasında konkret işdə tətbiq olunan və ya 
                                                           
134
Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarları. III  cild. Bakı, Zərdabi 
LTD, 2007, s.29 
135
  Бурков  А.Л.  Акты  судебного  нормоконтроля  как  источник  администра-
тивного права: Дисс. … канд. юрид. наук. Тюмень: Тюменский государствен-
ный университет, 2005, с. 15  


95 
 
tətbiq olunmalı olan konkret aktın konstitusiyaya uyğunluğunun 
yoxlanılmasını nəzərdə tutur.  
İnzibati  proses  çərçivəsində  həyata  keçirilən  məhkəmə 
icraatının funksiyalarından biri də inzibati normaların təfsiridir. 
Hüquq normalarının yaradılması üçün istifadə olunan ayrı-ayrı 
ifadələrin  dəqiq  mənasının  müəyyənləşdiriliməsi  vasitəsi  kimi 
təfsir böyük əhəmiyyətə malikdir. Məhkəmənin inzibati hüquqi 
mübahisəni  həll  edən  qərarında  hüququn  qüvvəsi  onun  bəzi 
göstərişlərinin  məzmununun  və  qüvvəsinin  izah  olunması 
vasitəsilə  təmin  olunur.  Hüquqi  tənzimləmənin  bütün  mərhə-
lələrində hüququn subyektləri məhkəmə təfsirindən istifadə edə 
bilir. İnzibati hüquq normasının təfsiri onun məzmununun, onda 
ifadə  olunmuş  dövlət  iradəsinin  müəyyənləşdirilməsi  üçün 
həyata keçirilən fəaliyyət olub, rəsmi və qeyri - rəsmi formada, 
bir  neçə  üsulla  həyata  keçirilə  bilər:  qrammatik,  məntiqi, 
sistematik, tarixi-siyasi, xüsusi-hüquqi.  
R.F. İerinq haqlı olaraq göstərir ki, qanunverici filosof kimi 
düşünməli, kəndli kimi danışmalıdır ki, nitqi aydın və anlaşıqlı 
olsun
136
. R.Lukiç isə yazır ki, hüquqşünasın istifadə etdiyi əsas 
vasitə  olan  hüquq  dilinin  nə  qədər  dəqiqləşdirilməsinə  cəhd 
olunsa  da  o,  öz  qəlizliyində  qalır.  Məhz  bu  səbəbə  görə  də 
müəllif  hüququn  təfsirinin  hər  zaman  mühüm  rola  malik 
olduğunu göstərir.
137
 Məhz təfsir vasitəsilə hüquqşünasın hüquq 
normasını  yaradarkən  istifadə  etdiyi  ayrı-ayrı  ifadələrin  dəqiq 
mənasını müəyyənləşdirmək olur.  İnzibatı  hüquq normalarının 
təfsiri onlarda təsbit olunan normativ göstərişlərin obyektiv və 
                                                           
136
  Иеринг  Р.Ф.  Юридическая  техника.  Перевод  с  Немецкого  Ф.С.Шендорфа. 
СПб., 1905, с. 86  
137
 Лукич Р. Методология права. М.: Наука, 1981, с. 280-281 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə