Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə27/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   23   24   25   26   27   28   29   30   ...   123

81 
 
baxılması deməkdir. Çünki, tərəf öz izahatında təsdiqə ehtiyacı 
olan bir çox mübahisəli faktları etiraf edə bilər
117

Doğrudur, izahatın bəhs etdiyimiz bu funksiyası fakültətiv 
xarakter daşıyır. Belə ki, cavabdeh inzibati məhkəmə icraatında 
nümayəndə  ilə  də  təmsil  oluna  bilər.  AR  İPM-nin  26.2-ci 
maddəsinə əsasən,  dövlətin, bələdiyyələrin və  ya hüquqi  şəxs-
lərin adından prosessual hərəkətləri onların nümayəndələri və ya 
dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən xüsusi səlahiyyət 
verilmiş şəxslər həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər 
tərəfindən  səlahiyyət  verilmiş  nümayəndə  ilə  təmsil  olunmuş 
inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata 
keçirə bilər. 
Fikrimizcə,  inzibati  məhkəmə  icraatında  cavabdehin  nü-
mayəndə ilə təmsil olunmaq imkanının hüdudları müəyyənləş-
dirilməlidir.  Cavabdehin  şəxsən  iştirakının  təmin  olunması 
inzibati  mübahisənin  yaranmasına  səbəb  olan  halların  aradan 
qaldırılmasına və ictimai etimadın bərpasına təsir edən mühüm 
amildir. Belə ki, vətəndaşların subyektiv hüquqlarını mütəmadi 
pozan,  onların  qanunla  qorunan  maraqlarına  müdaxilə  edən 
inzibati  orqan  cəmiyyətdə  inzibati  icraat  üsullarına,  məhkə-
mənin  hüquqların  və  maraqların  müdafiəsindəki  real  roluna, 
dövlət mexanizminin səmərəli işinə etimadın azalmasına səbəb 
olur.  İnzibati  orqanın  öz  hərəkətlərinə  görə  məhkəmədə  gəlib 
şəxsən izahat verməsi inzibati mübahisəyə səbəb olmuş vəzifəli 
şəxsin  “fərdi”  məsuliyyət  mexanizminin  hərəkətə  gəlməsinə 
səbəb olar.  
                                                           
117
Логинов П.В., Курылев С.В. Объяснения сторон как доказательство в совет-
ском гражданском процессе.  М.: Госюриздат, 1956, с. 89  


82 
 
Hesab edirik ki, məhkəmənin hərəkəti (hərəkətsizliyi) və ya 
aktları  ilə  dəfələrlə  inzibati  mübahisəyə  səbəb  olmuş  vəzifəli 
şəxsin  məhkəmə  iclasına  şəxsən  gəlib  izahat  verməsini  zəruri 
hesab etmək imkanı olmalıdır. Bu, inzibati orqanların və onların 
vəzifəli  şəxslərinin  fəaliyyətinin  qanuniliyi  üzərində  məhkəmə 
nəzarətinin səmərəsinin yüksəlməsinə, vətəndaşla inzibati orqan 
arasındakı mübahisəli halların azalmasına səbəb ola bilər. 
Hakimin inzibati prosesdə rolu, iddiaçıya dəstəyi nə qədər 
fəal olsa da, iddiaçı geniş təminatlara malik olmalıdır ki, inzibati 
orqanın  fəaliyyətindən  olan  narazılığını  hüquqi  formada  məh-
kəmə  qarşısında  ifadə  etməklə  məhdudlaşmayıb,  iddiasının 
təmini üçün müvafiq hüquqi tədbirlərin görülməsi təşəbbüsünü 
də irəli sürə bilsin.  
Qüvvədə  olan  inzibati  prosessual  qanunvericilikdə  iddia-
çının öz iddiasının təmininə yönəlmiş təminat tədbirləri - “mü-
vəqqəti  xarakterli  müdafiə  tədbirləri”  adlanır.  Milli  qanun-
vericilik  üçün  nicbətən  yenilik  xarakteri  daşıyan  bu  tədbirlər 
gələcəkdə iddianın asan təmin olunmasına hüquqi şərait yarat-
mağa  xidmət  edir  (İPM-in  40.1-ci  maddəsi).  Bu  tədbirlərə 
aşağıdakılar aiddir: 
- inzibati aktın icrasının dayandırılması; 
-  cavabdehin  üzərinə  müəyyən  hərəkətləri  etmək  və  ya 
müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifənin qo-
yulması; 
- cavabdehin üzərinə müəyyən hərəkətlərə dözmək barədə 
vəzifənin qoyulması;  
-  qanuni  əsaslar  olduğu  hallarda  üçüncü  şəxslərin  üzərinə 
belə vəzifələrin qoyulması. 
Qeyd  edək  ki,  mübahisəli  aktın  icrasının  dayandırılması 
iddiaçını özünün müdafiə hüququnu reallaşdırması üçün malik 


83 
 
olduğu mühüm hüquqi müdafiə tədbiridir. Bu tədbir mübahisəli 
aktın  icrasından  vətəndaşlara  ziyan  vurulmasının  qarşısını 
mümkün  olduğu  qədər  almağa  yönəlmişdir.  Lakin,  iddianın 
qaldırılması  faktı  özlüyündə  həmin  aktın  icrasının  mexaniki 
olaraq  dayandırılmasına  səbəb  olmur.  Ədəbiyyatda  bu  prinsip 
“mübahisələndirmənin  icranı  dayandırmaması”  adlandırılır
118

Əgər  məhkəmə  işin  faktiki  və  hüquqi  hallarının  ilkin  araş-
dırılması  nəticəsində  iddianın  böyük  ehtimalla  uğurlu  olacağı 
qənaətinə  gələrsə,  iddiaçının  vəsatəti  əsasında  inzibati  aktın 
icrasının dayandırılması barədə qərardad qəbul edə bilər.  
İnzibati  məhkəmə  icraatının  inzibati  prosesdə  rolundan 
bəhs  edərkən  onun  antikorrupsiya  potensialını  da  qeyd  etmək 
lazımdır.  Artıq  özünün  yeni  inkişaf  mərhələsinə  daxil  olmuş 
Azərbaycan  Respublikasında  yürüdülən  hazırki  siyasi  kurs 
insanların yüksək sosial rifahına nail olmağa, cəmiyyətdə sosial 
münaqişələrin qarşısını almağa, inzibati orqanların fəaliyyətinə 
ictimai etimadın formalaşmasına yönəlmişdir. Bu səbəbdən də 
ölkənin dinamik inkişafını təmin etmək üçün bu proseslərə mane 
olan faktorlara, xüsusilə də korrupsiyaya qarşı keyfiyyətcə yeni 
müstəvidə mübarizə aparılması  dövrün zəruri tələblərindən bi-
rinə çevrilmişdir.  
Beynəlxalq  hüququn  səmərəliliyi,  beynəlxalq  müqavilə-
lərin  müddəalarının  həyata  keçirilməsi  və  beynəlxalq  öhdəlik-
lərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və 
hüquqi  tədbirlərdən  asılıdır.
119
  Korrupsiyaya  qarşı  mübarizə 
                                                           
118
 Akyazan A.E. Maddi acıdan idari işlemler / TBB Dergisi, 2009, sayı 85, s. 226  
119
 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 
"Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı  "İnsan  hüquqlarının  və  əsas 
azadlıqların  müdafiəsi  haqqında"  Avropa  Konvensiyası  müddəalarının  və  insan 
hüquqları  üzrə  Avropa  Məhkəməsinin  presedentlərinin  tətbiqi  haqqında"  Qərarı  / 
http://e-qanun.az 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə