Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə28/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   24   25   26   27   28   29   30   31   ...   123

84 
 
sahəsində  beynəlxalq  konvensiyalara  qoşulan  Azərbaycan 
Respublikası  bu  sahədə  bütün  beynəlxalq  təşəbbüslərdə  fəal 
iştirak  edir,  Avropa  Şurası,  ATƏT,  İqtisadi  Əməkdaşlıq  və 
İnkişaf  təşkilatının  (OECD)  Şərqi  Avropa  və  Mərkəzi  Asiya 
üzrə  Antikorrupsiya  Şəbəkəsi  çərçivəsində  İstanbul  Fəaliyyət 
Planı, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və digər beynəl-
xalq təşkilatlarla da sıx əməkdaşlıq edir. 
Korrupsiyaya  qarşı  səmərəli  mübarizə  zərurətilə  əlaqədar 
olaraq  ölkədə  korrupsiyaya  qarşı  səmərəli  mübarizənin  yeni 
metodlarının tətbiq olunması, şəffaflığın təmin edilməsi, inzibati 
orqanların məsuliyyət və nəzarət mexanizmlərinin gücləndiril-
məsi üçün həyata keçirilən mühüm tədbirlərdən biri də inzibati 
orqanlar  tərəfindən  insan  hüquq  və  azadlıqlarına  əməl  olun-
masına və qanunun aliliyinin təmin olunmasına nail olmaq üçün 
inzibati  icraat  qaydalarının  və  inzibati  məhkəmə  icraatının 
formalaşdırılması olmuşdur.  
Qeyd  edək  ki,  qanunvericilikdə  inzibati  aktların  qəbul 
edilməsi,  icra  olunması  və  ya  ləğv  edilməsi  ilə  bağlı  inzibati 
orqanların fəaliyyətinin hüquqi əsaslarının, prinsiplərinin müəy-
yən edilməsi, həmçinin inzibati şikayətlər üzrə icraatın, inzibati 
orqanların  və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələlərin 
nizama  salınması  bu  sahədə  atılan  mühüm  addımlardandır. 
Səmərəli inzibati məhkəmə icraatının həyata keçirilməsi ölkədə 
“vətəndaş  -  dövlət  qulluqçusu”  və  “vətəndaş  -  inzibati  orqan” 
münasibətlərinin  sistemlərində  yeni  antikorrupsiya  modelinin 
yaranmasına da zəmin ola bilər. 
İnzibati  proses  çərçivəsindən  səmərəli  və  ədalətli  inzibati 
məhkəmə  icraatının  həyata  keçirilməsi  ölkədə  məhkəmə  haki-
miyyətinin  nüfuzunun  yüksəlməsi  ilə  yanaşı,  dövlət  idarə-
çiliyində qanunçuluğun və intizamın möhkəmləndirilməsinə də 


85 
 
zəmin  olan  hallardandır.  Məhkəmənin  inzibati  işlərə  operativ 
baxması  idarəçilik  təcrübəsinin  təkmilləşməsinə,  idarəçilikdə 
intizamın  möhkəmlənməsinə,  inzibati  orqanların  və  onların 
vəzifəli  şəxslərinin  fərdi  məsuliyyət  hissinin  yüksəlməsinə  və 
onlarda  vətəndaş  hüquqlarına  və  məhkəmə  sisteminə  hörmət 
ruhunun formalaşmasına da səbəb ola bilər. 
İnzibati orqanların vətəndaşlarla münasibətdə vicdanlı dav-
ranışa əməl etməsi, vətəndaş məmnunluğunun təmin olunmasına 
çalışması onların fəaliyyətində səmərənin və şəffaflığın artması 
və  cəmiyyətin  inzibati  orqanlara  və  dövlət  qulluqçularına 
etimadının  yüksəldilməsi  üçün  mühüm  meyardır.  Akademik 
R.Ə.Mehdiyev haqlı olaraq göstərir ki, vicdan anlayışı etikanın 
ilk anlayışı, yaxşılıq anlayışı isə onun əsas anlayışıdır
120

İnzibati  məhkəmə  icraatının  həyata  keçirilməsi  isə  bütün 
inzibati orqanlar üçün etik inzibati davranış qaydalarının  forma-
laşması tendensiyasını da üzə çıxarır. Belə ki, inzibati orqanların 
vətəndaşlarda  narazılıq  doğuran  aktlarından,  hərəkətlərindən 
(hərəkətsizliyindən)  yaranan  mübahisələrin  məhkəmədə  baxıl-
ması onların yalnız formal həllinə deyil, həm də onları yaradan 
səbəblərin aşkara çıxarılmasına, inzibati orqanların fəaliyyətinə 
hüquqi  qiymət  verilməsilə  onlara  müvafiq  psixoloji  təsirin  də 
göstərilməsinə səbəb olur. İnzibati proses iştirakçıları tərəfindən 
öz  hərəkətinin  qiymətləndirilməsi,  müxtəlif  aspektlərdən  araş-
dırılması ilə üzləşən inzibati orqan prosesdə etiraf etməsə də, öz 
daxilində  müəyyən  hərəkətlərinin  səbəblərini,  davranış  tərzini, 
vətəndaşla olan münasibətinin neqativ cəhətlərini dəyərləndirir. 
Bu  isə  özlüyündə  inzibati  orqanlarda  etik  inzibati  davranış 
qaydalarının  yaranmasına,  fərdi  inzibati  məsuliyyət  hissinin 
                                                           
120
 Mehdiyev R.Ə. Fəlsəfə: Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, s. 301 


86 
 
yüksəlməsinə, şəxsi maraqlarından inzibati icraat prinsiplərinin 
və qaydalarının daha üstün olması və s. barədə düşüncə tərzinin 
formalaşmasına səbəb olur. Bu, hüquqi dövlətdə dövlət orqan-
larına  ictimai  etimadın  formalaşmasına,  biganəlikdən  doğan 
sosial münaqişələrin qarşısının alınmasına kömək edən mühüm 
faktordur.  
Hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, hər hansı bir 
hüquqpozma  öz  ilk  məcrasını  əxlaqi  dəyərlərə  etinasız  yanaş-
madan və insanların hüquq və azadlıqlarına biganə münasibət-
dən  başlayır
121
.  İnzibati  orqanların  fəaliyyətində  biganəlik, 
özbaşınalıq, süründürməçilik kimi neqativ hallara yol verilmə-
məsi üçün inzibati məhkəmə icraatı qanunçuluğun və intizamın 
möhkəmləndirilməsinə, inzibati orqanların fəaliyyətində şəffaf-
lığın və vətəndaş məmnunluğunun təmin olunmasına və bununla 
da cəmiyyətdə sosial münaqişələrin qarşısının alınmasına yönə-
lən bir sıra vəzifələr daşıyır. Hüquqi dövlətin mahiyyəti ilə şərt-
lənən bu vəzifələr inzibati  prosesdə  aşağıdakı  əsas funksiyalar 
vasitəsilə həyata keçirilir:  
1) ədalət mühakiməsi
2)  pozulmuş  hüquqların,  azadlıqların  və  qanunla  qorunan 
mənafelərinin bərpası və inzibati orqanların fəaliyyətinin qanu-
niliyinə  nəzarət; 
3) inzibati orqanlara hüquqi-psixoloji təsir; 
4)  inzibati  hüquqi  mübahisənin  tərəflərinin  prosessual 
statusundakı  bərabərsizliyi  kompensasiya  etmək  üçün  sübut-
etmə vəzifəsinin inzibati orqanlara həvalə olunması; 
                                                           
121
 İsmayılov İ.İ. Məhkəmə etikasının bəzi məsələləri. Bakı:  ADPU-nun nəşriyyatı, 
2007, s. 4  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə