Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə24/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   20   21   22   23   24   25   26   27   ...   123

72 
 
mənafeləri pozulan şəxsin öncə inzibati qaydada müvafiq yuxarı 
orqana müraciət etməsi, mübahisənin həllinə nail ola bilmədiyi 
halda  isə  inzibati  məhkəməyə  müraciət  etməsi  daha  adekvat 
nəticəyə səbəb olar.  
Respublikamızda  inzibati  mübahisələrə  dair  işlər  üzrə 
məhkəmə  icraatı  inzibati-iqtisadi  məhkəmələr  və  inzibati-
iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. 
Hazırda  prosessual  qanunvericiliyə,  daha  dəqiq  isə  AR 
İPM-nin  3.1-ci  madəsinə  görə  aşağıdakılar  istisna  olmaqla, 
bütün digər inzibati mübahisələrə birinci instansiya məhkəməsi 
qismində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır: 
1 )normativ xarakterli aktların qanunauyğunluğunun müba-
hisələndirilməsinə dair iddialar üzrə icraat
2)  siyasi  partiyalarla  bağlı  mübahisələrə  dair  işlər  üzrə 
icraat; 
3) kütləvi informasiya vasitələri ilə bağlı mübahisələrə dair 
işlər üzrə icraat
4) seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə 
bağlı işlər üzrə icraat
111

Xüsusilə qeyd etmək lazımdır ki, məhkəmə inzibati məh-
kəmə icraatı vasitəsilə yalnız pozulmuş subyektiv hüquqların və 
maraqların  bərpasını  həyata  keçirməyib,  inzibati  orqanın  fəa-
liyyətinin qanuniliyinə də nəzarət edir. B.A.Kistyakovski haqlı 
olaraq  yazırdı  ki,  inzibati  ədliyyənin  vasitəsilə  şikayət  olunan 
inzibati  aktın  qüvvədə  olan  obyektiv  hüququn  normalarına 
uyğun  gəlib  -  gəlmədiyi  müəyyənləşdirildiyi  üçün  obyektiv 
hüquq normalarının nüfuzunun möhkəmləndirilməsinin özü də 
                                                           
111
  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi.  Bakı:  Hüquq 
ədəbiyyatı, 2013, s.15-16 


73 
 
inzibati ədliyyənin subyektiv hüquqların bərpasından heç də az 
əhəmiyyətli olmayan vəzifələrindən biridir
112
.  
İnzibati-iqtisadi  məhkəmələrdə  inzibati  mübahisələrə  ha-
kim tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası apel-
lyasiya  instansiyası  məhkəmələrinin  inzibati-iqtisadi  kollegi-
yalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də 
apellyasiya  instansiyası  məhkəməsi  qismində)  inzibati  müba-
hisələrə  3  hakimdən  (daimi  sədrlik  edəndən  və  iki  hakimdən) 
ibarət məhkəmə tərkibi tərəfindən baxılır. Kassasiya qaydasında 
inzibati  mübahisələrə  dair  işlərə  3  hakimdən  (daimi  sədrlik 
edəndən  və  iki  hakimdən)  ibarət  məhkəmə  tərkibi  tərəfindən 
baxılır.  AR  İPM  ilə  başqa  qayda  müəyyən  edilməmişdirsə, 
inzibati-iqtisadi  məhkəmələrin  və  məhkəmə  kollegiyalarının 
təşkili  və  onların  hüquqi  statusu  “Məhkəmələr  və  hakimlər 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 
Qanunverici işin hallarının obyektiv araşdırılması ilə bağlı həm 
məhkəmənin, həm də proses iştirakçılarının bir sıra vəzifələrini 
müəyyən etmişdir. Bunlara aiddir: 
-  bütün  formal  xətaların  aradan  qaldırılmasına,  qeyri-
müəyyən  ifadələrin  aydınlaşdırılmasına,  işin  mahiyyəti  üzrə 
vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamam-
lanmasına, prosesin  sonrakı  mərhələlərində işin hallarının tam 
müəyyənləşdirilməsi  və  obyektiv  qiymətləndirilməsi  üçün 
əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına 
hakimin yardım etməsi; 
-  inzibati  məhkəmə  icraatının  iştirakçılarının  yazılı 
vəsatətlərini,  etirazlarını,  izahatlarını  və  bunlarla  əlaqədar 
                                                           
112
 Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. 
М.: Издательская группа НОРМА – ИНФРА - М, 2001,c.147  


74 
 
sənədləri  məhkəmə  baxışı  başlayana  qədər  təqdim  etməyə 
borclu olması; 
-  yazılı  vəsatətlərə,  etirazlara,  izahatlara  onlarda  istinad 
olunan  sənədlərin  əslinin  və  ya  surətinin  tam  və  ya  çıxarışlar 
şəklində əlavə edilməsi. 
Göstərilən  bu  vəzifələr  inzibati  mübahisənin  obyektiv 
araşdırılmasını  təmin  etməklə  yanaşı,  həm  də  idarəetmədə 
qanunçuluğun  təmin  olunmasına,  inzibati  orqanların  məsuliy-
yətinin  yüksəlməsinə  real  zəmin  kimi  çıxış  edir.  Tərəflərin 
izahatı – prosesin mərkəzi mərhələsi olan məhkəmə debatlarında 
əsas  sübutetmə  vasitəsidir.  İzahat  –  işin  ayrı-ayrı  hallarının 
dəqiqləşdirilməsinə  və  aydınlaşdırılmasına  xidmət  etməklə 
yanaşı,  inzibati  orqanların  məsuliyyət  mexanizminin  də 
hərəkətverici qüvvəsi kimi çıxış edir.  
M.S.Aslanov haqlı olaraq qeyd edir ki, vəzifəli şəxs inzibati 
prosesi həyata keçirən məhkəmədə öz hərəkətləri barəsində izahat 
verərkən məsuliyyət mexanizmi işə düşür
113
. Kollektiv xarakter 
daşıyan bu məsuliyyətdə inzibati orqan öz nümayəndəsi vasitəsilə 
təmsil  olunur.  Hələ  məhkəmə  baxışından  öncə,  hazırlıq  icraatı 
zamanı inzibati orqan proses iştirakçısı kimi şəxsən məhkəməyə 
gəlmək  barədə  hakimin  sərəncamını  alarkən  onun  məsuliyyət 
mexanizmi  işə  düşür.  O,  barəsində  şikayət  olunan  aktı  və  ya 
hərəkəti barəsində düşünür, etiraz və ya izahatının məzmunu, öz 
hərəkətini  necə  əsaslandıracağı  və  ya  barışıq  sazişi  bağlamaq 
barədə  düşünür.  Onun  məsuliyyət  mexanizmi  həm  tabeçilik 
qaydasında  özündən  yuxarı  vəzifəli  şəxsə  başlanacaq  inzibati 
proses  barəsində  izahat  verməsi,  həm  də  məhkəmə  qarşısında 
izahat verməklə vətəndaşın inzibati iddiasına qarşı hərəkətlərini 
                                                           
113
 Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Azərnəşr, 2009, s. 132 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə