Baxşiyeva nəRMİN ƏNVƏr qizi hüquq üzrə fəlsəfə doktoru İNZİbati HÜquqi MÜbahiSƏLƏR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə20/123
tarix31.08.2018
ölçüsü2,61 Mb.
#65540
1   ...   16   17   18   19   20   21   22   23   ...   123

60 
 
4) müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia
92
.  
Məhkəmə  təcrübəsində  bəzən  məhkəmənin  iddianın 
mümkünlüyünü  düzgün  müəyyənləşdirmədiyi  də  ortaya  çıxır. 
Məsələn, məhkəmə təcrübəsindən Şəki İnzibati-iqtisadi Məhkə-
məsinin  çıxardığı,  Şəki  Apellyasiya  Məhkəməsinin  İnzibati-
İqtisadi  Kollegiyasının  qüvvədə  saxladığı  qərarla  həll  etdiyi 
mübahisənin əslində inzibati mübahisə olmadığının Ali Məhkə-
mənin  müvafiq  kollegiyasının  Qərarı  ilə  müəyyənləşdiridiyi 
hallar  da  məlumdur.  Belə  ki,  hüquqi  mövqeyi  apellyasiya 
instansiya  məhkəmələri  üçün  məcburi  olan  Ali  Məhkəmənin 
İnzibati-İqtisadi kollegiyasının Qərarı ilə müəyyən olunmuşdur 
ki,  tərəflər  arasında  inzibati  icraat  barədə  qanunvericilikdən 
deyil,  mülki  qanunvericiliklə  tənzimlənən  hüquq  münasibətlə-
rindən  yaranmış  mübahisə  inzibati  məhkəmə  icraatı  çərçivə-
sində baxılmışdır. Ali Məhkəmə bəhs olunan  iddianı mümkün 
hesab  etmədiyindən  adı  çəkilən  məhkəmənin  qərarını  ləğv 
etmişdir
93
 
Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azər-
baycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yara-
dılmış qeyri-hökumət təşkilatları iddia ərizəsində inzibati aktın 
qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud 
inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin 
maraqların  pozulduğunu  əsaslandırdıqları  hallarda  qeyri-
hökumət təşkilatları tərəfindən də yuxarıda göstərilən iddiaların 
qaldırılmasına yol verilir
94
 
                                                           
92
 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, s.36 
93
  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  İnzibati-İqtisadi  Kollegiyasının  20 
noyabr 2013-cü il tarixli, 2-2 (102)-811/13 nömrəli qərarı /Azərbaycan Respublikası 
Ali Məhkəməsi arxivi, 2014 
94
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, s.36
 
 


61 
 
Qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq  inzibati 
məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:  
-  şəxsin  hüquq  və  vəzifələri  ilə  bağlı  inzibati  orqan  tərə-
findən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv 
olunmasına  və  ya  dəyişdirilməsinə)  dair  iddialar  (mübahisə-
ləndirmə haqqında iddia); 
- inzibati orqanın  üzərinə inzibati aktın qəbul  edilməsi  ilə 
bağlı  müvafiq  öhdəliyin  qoyulmasına  dair  iddialara  və  ya 
inzibati  orqanın  hərəkətsizliyindən  müdafiəyə  dair  iddialar 
(məcburetmə haqqında iddia); 
- inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə 
əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar 
(öhdəliyin icrası haqqında iddia); 
- inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar 
olmayan  və  bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını  pozan 
qanunsuz  müdaxiləsindən  müdafiəyə  dair  iddialar  (müəyyən 
hərəkətləri etməkdən çəkinməyə dair iddia); 
-  inzibati  hüquq  münasibətinin  mövcud  olmasına  və  ya 
olmamasına,  habelə  inzibati  aktın  etibarsız  sayılmasına  dair 
iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia); 
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 
səlahiyyətlərinə  aid  olan  məsələlər  istisna  olmaqla,  normativ 
xarakterli  aktların  qanunauyğunluğunun  yoxlanılmasına  dair 
iddialar (qanunauyğunluq haqqında iddia); 
-  inzibati  mübahisələrin  həlli  ilə  bağlı  əmlak  tələbinə, 
habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və 
ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə 
kompensasiyanın ödənilməsi tələbinə dair iddialar


62 
 
- bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə 
qarşı  və  ya  inzibati  nəzarət  orqanlarının  bələdiyyələrə  qarşı 
iddiaları
95

İddianın  mühüm  ünsürlərindən  biri  də  onun  müddətidir. 
Müddət  iddianın  növündən  asılı  olaraq  müəyyənləşdirilir. 
Qüvvədə  olan  AR    İPM-də  müxtəlif  növ  iddia  müddəti  belə 
müəyyənləşdirilmişdir: 
1) Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim 
(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi 
hallarda  isə  şikayətə  dair  qəbul  olunan  inzibati  aktın  təqdim 
olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər
96

2) Məcburetmə  haqqında iddia tələb olunan inzibati  aktın 
qəbul  edilməsindən  imtina  barədə  iddiaçıya  müvafiq  inzibati 
aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi 
vaxtdan 30 gün müddətində qaldırıla bilər
97
 . 
İddia  ərizəsi  aidiyyəti  üzrə  müvafiq  məhkəməyə  yazılı 
şəkildə  verilir  və  proses  iştirakçılarının  sayına  görə  iddia 
ərizəsinin  və  digər  sənədlərin  surətləri  iddia  ərizəsinə  əlavə 
olunur.  İddia  ərizəsi  məhkəməyə  daxil  olduğu  gündən  icraata 
qəbul edilmiş sayılır. İddia ərizəsinin icraata qəbul edilməsi AR 
İPM-in  45-ci  maddəsinə  əsasən  aşağıdakı  hüquqi  nəticələri 
doğurur: 
-  iddia  ilə  bağlı  işin  məhkəmənin  icraatında  olduğu 
müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə 
müraciət edə bilməz
                                                           
95
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013,s.37 
96
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, s.37 
97
 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2013, s.41 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə